< Birinci Padşahlar 18 >
1 Uzun müddət sonra, quraqlığın üçüncü ilində İlyasa Rəbbin bu sözü nazil oldu: «Get, Axava görün. Mən torpağın üzərinə yağış verəcəyəm».
И бысть по днех мнозех, и глагол Господень бысть ко Илии в лето третие глаголя: иди и явися Ахааву, и дам дождь на лице земли.
2 İlyas Axava görünmək üçün getdi. O vaxt Samariyada şiddətli aclıq idi.
И иде Илиа ко Ахааву явитися, и бе глад крепок в Самарии.
3 Axav saray rəisi olan Avdiyanı çağırdı. Avdiya Rəbdən çox qorxurdu.
И призва Ахаав Авдиа строителя дому: и Авдий бе бояся Господа зело.
4 İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman Avdiya peyğəmbərlərdən yüz nəfəri aparıb onları əlli-əlli olaraq mağaralarda gizlətmiş, çörək və su ilə təmin etmişdi.
И бысть егда нача избивати Иезавель пророки Господни, и взя Авдий сто мужей пророки и скры я по пятидесяти во двоих вертепех и кормяше их хлебом и водою.
5 Axav Avdiyaya dedi: «Ölkədə olan bütün su mənbələrinə və vadilərə get. Bəlkə ot tapdıq, atları və qatırları salamat saxladıq, heyvanlar da tələf olmadı».
И рече Ахаав ко Авдию: гряди, и прейдем на землю, и на источники водныя, и на вся потоки, да негли како обрящем былие и прекормим кони и мски, да не изгибнут от скот.
6 Onlar ölkəni aralarında böldülər ki, hər tərəfi gəzib dolaşsınlar. Axav ayrıca, bir yolla, Avdiya isə ayrıca, başqa bir yolla getdi.
И разделиша себе путь ити по нему: Ахаав иде путем единым един, и Авдий иде путем другим един.
7 Avdiya yolda ikən İlyas ona rast gəldi. O, İlyası tanıdı və üzüstə yerə döşənib dedi: «Ağam İlyas, bu sənsənmi?»
И бе Авдий един на пути: и прииде Илиа на сретение ему един. И Авдий потщася, и паде на лице свое и рече: ты ли еси сам, господи мой Илие?
8 İlyas dedi: «Mənəm. Get, ağana de ki, İlyas buradadır».
И рече Илиа ко Авдию: аз есмь: иди и повеждь господину твоему, глаголя: се, Илиа.
9 O dedi: «Nə günah etmişəm ki, mən qulunu öldürmək üçün Axavın əlinə verirsən?
И рече Авдий: что согреших аз, яко предаеши раба твоего в руце Ахаавли еже умертвити мя?
10 Allahın var olan Rəbbə and olsun ki, ağamız səni axtarmağa adam göndərmədiyi bir millət, bir padşahlıq qalmadı. Onlar “o burada yoxdur” dedikləri vaxt həmin padşahlığa və millətə səni tapmadıqlarına and içdirdi.
Жив Господь Бог твой, аще есть язык или царство, аможе не посла господин мой искати тебе: и реша, несть: и закля царство и страны его, яко не обрете тебе:
11 Amma indi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”.
и ныне ты глаголеши ми: иди, возвести господину твоему: се, Илиа:
12 Sənin yanından getdiyim vaxt Rəbbin Ruhu səni bilmədiyim bir yerə aparacaq. Mən də gedib Axava bildirəndə o səni tapmayacaq və məni öldürəcək. Ancaq bu qulun cavanlığından bəri Rəbdən qorxur.
и будет егда аз отиду от тебе, и Дух Господень возмет тя в землю, еяже не вем, и вниду возвестити Ахааву, и не обрящет тебе, и убиет мя: раб же твой есть бояйся Господа от юности своея:
13 İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman mənim etdiyim iş ağama bildirilmədimi? Mən onda Rəbbin peyğəmbərlərindən yüz nəfəri əlli-əlli olaraq mağaralarda gizlətdim, onları çörək və su ilə təmin etdim.
или не возвестися тебе господину моему, яже сотворих, егда убиваше Иезавель пророки Господни, и сокрых пророки Господни сто мужей, по пятидесяти в вертепе, и кормих их хлебом и водою?
14 İndi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. Axı o məni öldürər».
И ныне ты глаголеши ми: иди, повеждь господину твоему: се, Илиа: и убиет мя.
15 İlyas dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, bu gün hökmən ona görünəcəyəm».
И рече Илиа: жив Господь Сил, емуже предстою пред Ним, яко днесь покажуся ему.
16 Avdiya Axavın yanına getdi və ona hər şeyi danışdı. Axav da İlyası qarşılamağa getdi.
И иде Авдий во сретение Ахааву и возвести ему. И ускори Ахаав и иде во сретение Илии.
17 Axav İlyası görəndə ona dedi: «Ey İsraili dərdə salan adam, bu sənsənmi?»
И бысть егда узре Ахаав Илию, и рече Ахаав ко Илии: ты ли еси развращаяй Израиля?
18 O cavab verdi: «İsraili mən yox, sən və atanın evi dərdə saldınız. Siz Rəbbin əmrlərindən dönüb Baal bütlərinə xidmət etdiniz.
И рече Илиа: не развращаю аз Израиля, но разве ты и дом отца твоего, егда остависте вы Господа Бога вашего и идосте вслед Ваала:
19 İndi bütün İsrailliləri, İzevelin süfrəsində yemək yeyən dörd yüz əlli Baal peyğəmbərini və dörd yüz Aşera peyğəmbərini Karmel dağına, yanıma çağırtdır».
и ныне посли и собери ко мне всего Израиля на гору Кармилскую, и пророки студныя Вааловы четыреста и пятьдесят, и пророков дубравных четыреста, ядущих трапезу Иезавелину.
20 Axav bütün İsrail övladlarını və peyğəmbərləri Karmel dağına çağırtdırdı.
И посла Ахаав во весь Израиль, и приведе вся пророки на гору Кармилскую.
21 İlyas bütün xalqın yanına gəlib dedi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb Allahdırsa, Ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin». Xalq onun sözünə cavab vermədi.
И приведе ко всем им Илию, и рече им Илиа: доколе вы храмлете на обе плесне вашы? Аще есть Господь Бог, идите вслед Его: аще же Ваал есть, то идите за ним. И не отвещаша людие словесе.
22 Onda İlyas xalqa dedi: «Rəbbin peyğəmbərlərindən təkcə mən qaldım, amma Baalın peyğəmbərləri dörd yüz əlli nəfərdir.
И рече Илиа к людем: аз остах пророк Господень един: и пророцы Вааловы четыреста и пятьдесят мужей, и пророков дубравных четыреста.
23 İndi qoy bizə iki buğa verilsin: onlar özləri üçün bir buğa seçsinlər, onu doğrayıb odunların üstünə qoysunlar, ancaq od vurmasınlar. Mən isə başqa buğanı hazırlayıb onu odunların üstünə qoyacağam, ancaq od vurmayacağam.
(И рече Илиа: ) да дадят нам два вола, и да изберут себе единаго, и да растешут и (на уды), и возложат на дрова, и да не возгнетят огня: и аз растешу вола другаго, и возложу на дрова, и огня не возгнещу:
24 Siz öz allahınızın adını çağırın, mən də Rəbbin adını çağıracağam; hansı odla cavab verərsə, Allah odur». Bütün xalq cavab verib «qoy belə olsun» dedi.
и да призовете имена богов ваших, и аз призову имя Господа Бога моего: и будет Бог, Иже аще послушает огнем, Той есть Бог. И отвещаша вси людие и реша: добр глагол (Илиин), егоже глагола (да будет тако).
25 İlyas Baal peyğəmbərlərinə dedi: «Bir buğanı özünüz üçün seçin və məndən əvvəl onu hazırlayın, çünki siz çoxsunuz. Siz öz allahınızın adını çağırın, ancaq od vurmayın».
И рече Илиа пророком студным: изберите себе юнца единаго, и сотворите вы прежде, яко вас есть множество: и призовите имена богов ваших, и огня не возгнещайте.
26 Onlar özlərinə verilən buğanı götürüb hazırladılar və səhərdən günortaya qədər «Ey Baal, bizə cavab ver!» deyə Baalın adını çağırdılar, ancaq heç səs-soraq çıxmadı. Onlar düzəltdikləri qurbangahın ətrafında gəzərək atılıb-düşdülər.
И пояша юнца, и сотвориша (тако), и призываху имя Ваалово от утра до полудне, и реша: послушай нас, Ваале, послушай нас. И не бе гласа, ни послушания. И ристаху около жертвенника, егоже сотвориша.
27 Günorta olanda İlyas onları lağa qoyub dedi: «Onu uca səslə çağırın. O ki allahdır, bəlkə fikrə gedib yaxud bayıra çıxıb ya da səfərdədir? Bəlkə də yatıb, oyatmaq lazımdır?»
И бысть в полудне, и поругася им Илиа Фесвитянин и рече: зовите гласом великим, яко бог есть, яко непраздность ему есть, и негли что ино строит, или спит сам, и востанет.
28 Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar.
И зовяху гласом великим, и крояхуся по обычаю своему ножами, и мнози бишася бичми, до пролития крове своея,
29 Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi.
и прорицаху, дондеже прейде вечер: и бысть егда прииде время взыти жертве, и не бе гласа, ниже послушания. И рече Илиа Фесвитянин пророком студным, глаголя: отступите ныне, да и аз сотворю жертву мою. И отступиша тии, и умолкнуша.
30 İlyas bütün xalqa dedi: «Mənim yanıma gəlin». Bütün xalq onun yanına gəldi. O, Rəbbin dağıdılmış qurbangahını bərpa etdi.
И рече Илиа к людем: приступите ко мне. И приступиша вси людие к нему.
31 İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu.
И взя Илиа дванадесять камений по числу колен Израилевых, якоже глагола к нему Господь, глаголя: Израиль будет имя твое.
32 İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi.
И созда камение во имя Господне, и изцели олтарь раскопанный, и сотвори море вмещающее две меры семене окрест олтаря.
33 Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu və
И воскладе дрова на олтарь, егоже сотвори, и растеса на уды всесожегаемая, и возложи на дрова, и воскладе на олтарь.
34 dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər.
И рече Илиа: принесите ми четыри водоносы воды, и возливайте на всесожжение и на полена. И сотвориша тако. И рече: удвойте. И удвоиша. И рече: утройте. И утроиша.
35 Su qurbangahın ətrafına axdı və xəndək də su ilə doldu.
И прохождаше вода окрест олтаря, и море исполнися воды.
36 Axşam qurbanı təqdim edilən vaxt peyğəmbər İlyas qabağa çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim.
И возопи Илиа на небо и рече: Господи Боже Авраамов и Исааков и Иаковль, послушай мене, Господи, послушай мене днесь огнем, и да уразумеют вси людие сии, яко Ты еси Господь един Израилев, и аз раб Твой, и Тебе ради сотворих дела сия:
37 Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən».
послушай мене, Господи, послушай мене огнем, и да разумеют вси людие сии, яко Ты еси (един) Господь Бог, и Ты обратил еси сердца людий сих вслед Тебе.
38 O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu.
И спаде огнь от Господа с небесе, и пояде всесожегаемая, и дрова, и воду, яже в мори, и камение и персть полиза огнь.
39 Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!»
И падоша вси людие на лице свое и реша: воистинну Господь Бог Той есть Бог.
40 İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü.
И рече Илиа к людем: поимайте пророки Вааловы, да ни един скрыется от них. И яша их, и веде я Илиа на поток Киссов, и закла их тамо.
41 İlyas Axava dedi: «Get, yeyib-iç, çünki güclü yağış səsi gəlir».
И рече Илиа ко Ахааву: взыди, и яждь и пий, яко глас есть дождевнаго хождения.
42 Axav yeyib-içməyə getdi. İlyas Karmel dağının təpəsinə çıxdı, yerə əyilib üzünü dizləri arasına qoydu.
И взыде Ахаав ясти и пити. Илиа же взыде на Кармил, и преклонися на землю, и положи лице свое между коленома своима,
43 Öz nökərinə dedi: «İndi qalx və dəniz tərəfə diqqətlə bax». Nökər qalxdı və diqqətlə baxıb «bir şey yoxdur» dedi. İlyas yeddi dəfə ona «yenə get» dedi.
и рече отрочищу своему: взыди и воззри на путь морский. И взыде, и воззре отрочищь, и рече: несть ничтоже. И рече Илиа: и ты обратися седмижды.
44 Yeddinci dəfə gedəndə nökər dedi: «Budur, dənizdən insan ovcu boyda kiçik bir bulud çıxır». İlyas dedi: «Gedib Axava söylə: “Arabanı qoşub aşağı en ki, yağış səni ləngitməsin”».
И обратися отрочищь седмижды: и бысть в седмое, и се, облак мал, аки след ноги мужеския, возносящь воду из моря. И рече: взыди и рцы Ахааву: впрязи колесницу твою и сниди, да не постигнет тебе дождь.
45 Bu vaxt göylər qalın buludlarla qaraldı, külək əsdi və güclü yağış yağmağa başladı. Axav arabaya minib İzreelə getdi.
И бысть до зде и до зде, и небо примрачися облаки и духом, и бысть дождь велий. И плакася, и иде Ахаав до Иезраеля.
46 İlyasa Rəbbin gücü gəldi və o, belini qurşayıb Axavın önündə İzreelin girəcəyinə qədər qaçdı.
И рука Господня бысть на Илии, и стягне чресла своя, и тече пред Ахаавом во Иезраель.