< Birinci Padşahlar 15 >

1 Nevat oğlu Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu.
W osiemnastym roku króla Jeroboama, syna Nebata, Abijam [zaczął] królować nad Judą.
2 O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Avişalom qızı Maaka idi.
Trzy lata królował w Jerozolimie, a jego matka miała na imię Maaka [i była] córką Abiszaloma.
3 Aviya atasının ondan qabaq etdiyi bütün günahları ilə getdi. Onun ürəyi babası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.
Szedł on śladem wszystkich grzechów swego ojca, które popełnił przed nim. Jego serce nie było doskonałe wobec PANA, swego Boga, jak serce Dawida, jego ojca.
4 Ancaq Allahı Rəbb Davudun xatirinə ona Yerusəlimdə bir çıraq verdi, özündən sonra oğlunu onun yerinə oturtdu və Yerusəlimi möhkəmləndirdi.
Jednak ze względu na Dawida PAN, jego Bóg, dał mu pochodnię w Jerozolimie, wzbudzając po nim jego syna i umacniając Jerozolimę;
5 Çünki Xetli Uriya ilə olan işindən başqa, Davud Rəbbin gözündə doğru olan işlər etdi və bütün ömrü boyu Onun əmr etdiyi heç bir şeydən kənara çıxmadı.
Ponieważ Dawid czynił to, co było prawe w oczach PANA, i nie odstąpił od niczego, co mu rozkazał, przez wszystkie dni swego życia, z wyjątkiem sprawy Uriasza Chetyty.
6 Aviyanın bütün ömrü boyu Rexavam və Yarovam arasında müharibə gedirdi.
I trwała wojna między Roboamem a Jeroboamem przez wszystkie dni jego życia.
7 Aviyanın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Aviya ilə Yarovam arasında müharibə gedirdi.
A pozostałe dzieje Abijama i wszystko, co czynił, czyż nie są zapisane w kronikach o królach Judy. I trwała wojna między Abijamem a Jeroboamem.
8 Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Asa padşah oldu.
Potem Abijam zasnął ze swoimi ojcami i pogrzebano go w mieście Dawida. I jego syn Asa królował w jego miejsce.
9 İsrail padşahı Yarovamın padşahlığının iyirminci ilində Asa Yəhuda üzərində padşah oldu.
W dwudziestym roku Jeroboama, króla Izraela, Asa królował nad Judą.
10 O, Yerusəlimdə qırx bir il padşahlıq etdi. Nənəsinin adı Avişalom qızı Maaka idi.
I królował czterdzieści jeden lat w Jerozolimie. Jego matka miała na imię Maacha [i była] córką Abiszaloma.
11 Asa babası Davud kimi Rəbbin gözündə doğru olan işlər etdi.
Asa czynił to, co było prawe w oczach PANA, jak Dawid, jego ojciec.
12 O, məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu və atalarının düzəltdiyi bütün bütləri aradan qaldırdı.
Usunął z ziemi sodomitów i wszystkie bożki, które wykonali jego ojcowie.
13 Nənəsi Maakanı da mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsib Qidron vadisində yandırdı.
Również Maachę, swoją matkę, odsunął od panowania za to, że sporządziła bożka w gaju. Asa zniszczył więc jej bożka i spalił [go] przy potoku Cedron.
14 Ancaq səcdəgahlar aradan qaldırılmadı, lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.
I chociaż wyżyny nie zostały zniszczone, jednak serce Asy było doskonałe wobec PANA przez wszystkie jego dni.
15 O, atasının və özünün təqdis etdiyi əşyaları – qızılı, gümüşü və qabları Rəbbin məbədinə gətirdi.
I wniósł do domu PANA rzeczy poświęcone przez swego ojca i rzeczy, które sam poświęcił: srebro, złoto i naczynia.
16 Asa ilə İsrail padşahı Baaşa arasında ömürləri boyu müharibə gedirdi.
I między Asą a Baszą, królem Izraela, trwała wojna przez wszystkie ich dni.
17 İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi.
Basza, król Izraela, nadciągnął przeciwko Judzie i rozbudował Rama, aby [nikomu] nie pozwolić wychodzić od Asy, króla Judy, i przychodzić do niego.
18 Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrində qalan bütün qızıl-gümüşü götürüb əyanlarına verdi. Padşah Asa onları Dəməşqdə yaşayan Aram padşahı Xezyon oğlu Tavrimmon oğlu Ben-Hadada bu xəbərlə göndərdi:
Asa wziął więc całe srebro i złoto, które pozostało w skarbcach domu PANA i w skarbcach domu królewskiego, i dał je w ręce swoich sług. Następnie król Asa posłał ich do Ben-Hadada, syna Tabrimona, syna Chezjona, króla Syrii, który mieszkał w Damaszku, mówiąc:
19 «Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş hədiyyə göndərirəm. Get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin».
Jest przymierze między mną a tobą, między moim ojcem a twoim ojcem. Oto posyłam ci dar: srebro i złoto. Idź, zerwij swoje przymierze z Baszą, królem Izraela, aby odstąpił ode mnie.
20 Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları bütün Naftali torpağına – İyona, Dana, Avel-Bet-Maakaya və bütün Kinneretə zərbə vurdu.
I Ben-Hadad posłuchał króla Asy, i posłał dowódców swoich wojsk przeciwko miastom Izraela, napadł na Ijon, Dan i Abel-Bet-Maaka oraz całe Kinerot wraz z całą ziemią Neftalego.
21 Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və Tirsada qaldı.
Gdy Basza [o tym] usłyszał, przestał rozbudowywać Rama i mieszkał w Tirsie.
22 Padşah Asa istisna etmədən bütün Yəhudalıları çağırdı və onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdılar. Bunlarla padşah Asa Binyamin torpağındakı Gevanı və Mispanı tikdi.
Wtedy król Asa zwołał cały lud Judy, bez wyjątku, a lud zabrał z Rama kamienie i drewno, z których Basza budował. I król Asa rozbudował nimi Gibea Beniamina oraz Mispę.
23 Asanın bütün qalan işləri, onun bütün hünəri, etdiyi hər şey və tikdiyi şəhərlər barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Ancaq qocalanda onun ayaqları xəstə oldu.
A pozostałe dzieje Asy, cała jego potęga i wszystko, co czynił, oraz miasta, które zbudował, czyż nie są zapisane w kronikach królów Judy? Jednak w okresie swojej starości zachorował na nogi.
24 Asa ataları ilə uyudu və atası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoşafat padşah oldu.
I Asa zasnął ze swoimi ojcami, i został pogrzebany z nimi w mieście Dawida, swego ojca. A jego syn Jehoszafat królował w jego miejsce.
25 Yəhuda padşahı Asanın padşahlığının ikinci ilində Yarovam oğlu Nadav İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.
W drugim roku Asy, króla Judy, nad Izraelem zaczął królować Nadab, syn Jeroboama i królował nad Izraelem dwa lata.
26 O, Rəbbin gözündə pis olan işlər etdi, atasının yolu və İsrailə etdirdiyi günahı ilə getdi.
I czynił to, co złe w oczach PANA, idąc drogami swego ojca i w jego grzechu, którym doprowadził Izraela do grzechu.
27 İssakar qəbiləsindən Axiya oğlu Baaşa ona qəsd hazırladı və Filiştlilərə məxsus olan Gibbetonda onu öldürdü. O zaman Nadav və bütün İsraillilər Gibbetonu mühasirəyə almışdılar.
I Basza, syn Achiasza, z domu Issachara, uknuł spisek przeciw niemu. Basza zabił go w Gibbeton, który należał do Filistynów. Nadab bowiem i cały Izrael oblegali Gibbeton.
28 Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Baaşa Nadavı öldürdü və onun yerinə padşah oldu.
Basza zabił go w trzecim roku Asy, króla Judy, i [sam] królował w jego miejsce.
29 O, padşah olan kimi Yarovamın bütün nəslini qırdı, Yarovamdan nəfəs çəkən hər kəsi məhv edənə qədər bir nəfəri sağ buraxmadı. Beləcə Rəbbin Öz qulu Şilolu Axiya vasitəsilə söylədiyi söz yerinə yetdi.
Kiedy zaczął królować, wymordował cały dom Jeroboama i nie pozostawił żywej duszy [z rodu] Jeroboama, dopóki nie wytracił go zgodnie ze słowem PANA, które wypowiedział przez swego sługę Achiasza Szilonitę;
30 İsrailin Allahı Rəbbi qəzəbləndirərək Yarovamın özünün etdiyi və İsrailə etdirdiyi günahların ucbatından bu iş oldu.
Z powodu grzechów Jeroboama, które popełnił i do których skłonił Izraela; z powodu rozdrażnienia, którym pobudził do gniewu PANA, Boga Izraela.
31 Nadavın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
A pozostałe dzieje Nadaba i wszystko, co czynił, czyż nie są zapisane w kronikach królów Izraela?
32 Asa ilə İsrail padşahı Baaşa arasında bütün ömürləri boyu müharibə gedirdi.
I między Asą a Baszą, królem Izraela, trwała wojna po wszystkie ich dni.
33 Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Axiya oğlu Baaşa bütün İsrail üzərində padşah oldu və Tirsada iyirmi dörd il padşahlıq etdi.
W trzecim roku Asy, króla Judy, nad całym Izraelem zaczął królować w Tirsie Basza, syn Achiasza. [I królował] przez dwadzieścia cztery lata.
34 O, Rəbbin gözündə pis olan işlər etdi, Yarovamın yolu və İsrailə etdirdiyi günahı ilə getdi.
I czynił to, co złe w oczach PANA, idąc drogami Jeroboama i w jego grzechu, do którego skłonił Izraela.

< Birinci Padşahlar 15 >