< Birinci Padşahlar 14 >

1 O vaxt Yarovamın oğlu Aviya xəstələndi.
בעת ההיא חלה אביה בן ירבעם׃
2 Yarovam arvadına dedi: «Qalx öz qiyafəni elə dəyiş ki, sənin Yarovamın arvadı olduğunu bilməsinlər. Şiloya get, peyğəmbər Axiya oradadır. O mənim barəmdə demişdi ki, bu xalqın padşahı olacağam.
ויאמר ירבעם לאשתו קומי נא והשתנית ולא ידעו כי אתי אשת ירבעם והלכת שלה הנה שם אחיה הנביא הוא דבר עלי למלך על העם הזה׃
3 Əlinə on kömbə çörək, qurabiyələr və bir küpə bal götürüb onun yanına get. Oğlana nə olacağını o sənə bildirəcək».
ולקחת בידך עשרה לחם ונקדים ובקבק דבש ובאת אליו הוא יגיד לך מה יהיה לנער׃
4 Yarovamın arvadı belə də etdi: qalxıb Şiloya getdi və Axiyanın evinə gəldi. Axiya artıq görə bilmirdi, çünki qocaldığı üçün gözləri zəifləmişdi.
ותעש כן אשת ירבעם ותקם ותלך שלה ותבא בית אחיה ואחיהו לא יכל לראות כי קמו עיניו משיבו׃
5 Rəbb Axiyaya demişdi: «Yarovamın arvadı oğlu barədə səndən soruşmağa gəlir, çünki oğlu xəstədir. O başqa bir qiyafədədir. Sən ona belə-belə deyərsən».
ויהוה אמר אל אחיהו הנה אשת ירבעם באה לדרש דבר מעמך אל בנה כי חלה הוא כזה וכזה תדבר אליה ויהי כבאה והיא מתנכרה׃
6 Qadın qapıdan girəndə Axiya onun ayaq səslərini eşidib dedi: «Yarovamın arvadı, içəri gəl! Sən nə üçün qiyafəni dəyişmisən? Mən sənə ağır xəbər söyləmək üçün göndərilmişəm.
ויהי כשמע אחיהו את קול רגליה באה בפתח ויאמר באי אשת ירבעם למה זה את מתנכרה ואנכי שלוח אליך קשה׃
7 Get, Yarovama söylə ki, İsrailin Allahı Rəbb belə deyir: “Mən səni xalqın içindən yüksəldib xalqım İsrailin üzərində hökmran etdim.
לכי אמרי לירבעם כה אמר יהוה אלהי ישראל יען אשר הרימתיך מתוך העם ואתנך נגיד על עמי ישראל׃
8 Padşahlığı Davudun nəslindən çəkib aldım və sənə verdim. Sən isə qulum Davud kimi olmadın. O, əmrlərimə əməl edib gözümdə yalnız doğru olan işi görmək üçün bütün ürəyi ilə Mənə xidmət edirdi.
ואקרע את הממלכה מבית דוד ואתנה לך ולא היית כעבדי דוד אשר שמר מצותי ואשר הלך אחרי בכל לבבו לעשות רק הישר בעיני׃
9 Səndən əvvəl olanların hamısından çox pislik etdin. Məni qəzəbləndirmək üçün gedib özünə başqa allahlar, tökmə bütlər düzəltdin və Məni kənara atdın.
ותרע לעשות מכל אשר היו לפניך ותלך ותעשה לך אלהים אחרים ומסכות להכעיסני ואתי השלכת אחרי גוך׃
10 Bunun üçün Mən Yarovamın nəsli üzərinə bəla gətirəcəyəm. İsraildə Yarovamın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam və onları peyin yandırılan kimi hamısı tükənənə qədər bütünlüklə yandırıb məhv edəcəyəm.
לכן הנני מביא רעה אל בית ירבעם והכרתי לירבעם משתין בקיר עצור ועזוב בישראל ובערתי אחרי בית ירבעם כאשר יבער הגלל עד תמו׃
11 Yarovamdan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək, çünki Rəbb belə söylədi”.
המת לירבעם בעיר יאכלו הכלבים והמת בשדה יאכלו עוף השמים כי יהוה דבר׃
12 Sən qalxıb evinə get. Şəhərə ayaq basdığın vaxt oğlan öləcək.
ואת קומי לכי לביתך בבאה רגליך העירה ומת הילד׃
13 Bütün İsraillilər yas tutub onu basdıracaq. Amma Yarovam nəslindən yalnız o, qəbirə gedəcək, çünki İsrailin Allahı Rəbb Yarovamın nəslindən yalnız onda yaxşı bir şey tapmışdır.
וספדו לו כל ישראל וקברו אתו כי זה לבדו יבא לירבעם אל קבר יען נמצא בו דבר טוב אל יהוה אלהי ישראל בבית ירבעם׃
14 Rəbb Özü üçün İsrail üzərində bir padşah qoyacaq, o da Yarovamın nəslini bu gün kəsib atacaq, hətta indi belə olacaq.
והקים יהוה לו מלך על ישראל אשר יכרית את בית ירבעם זה היום ומה גם עתה׃
15 Rəbb İsraili suda yellənən bir qamış kimi vuracaq və İsrailliləri atalarına verdiyi bu yaxşı torpaqdan çəkib çıxaracaq, onları Fərat çayının o tərəfinə səpələyəcək, çünki özlərinə Aşera bütləri düzəldərək Rəbbi qəzəbləndirdilər.
והכה יהוה את ישראל כאשר ינוד הקנה במים ונתש את ישראל מעל האדמה הטובה הזאת אשר נתן לאבותיהם וזרם מעבר לנהר יען אשר עשו את אשריהם מכעיסים את יהוה׃
16 Yarovamın etdiyi və İsraillilərə etdirdiyi günahları ucbatından Rəbb İsraildən üz döndərəcək».
ויתן את ישראל בגלל חטאות ירבעם אשר חטא ואשר החטיא את ישראל׃
17 Yarovamın arvadı qalxıb getdi və Tirsaya gəldi. Evin astanasına ayaq basdığı vaxt oğlan öldü.
ותקם אשת ירבעם ותלך ותבא תרצתה היא באה בסף הבית והנער מת׃
18 Bütün İsraillilər onu basdırıb yas tutdular. Beləcə Rəbbin Öz qulu peyğəmbər Axiya vasitəsilə söylədiyi sözü yerinə yetdi.
ויקברו אתו ויספדו לו כל ישראל כדבר יהוה אשר דבר ביד עבדו אחיהו הנביא׃
19 Yarovamın qalan işləri, necə döyüşdüyü və necə padşahlıq etdiyi barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי ירבעם אשר נלחם ואשר מלך הנם כתובים על ספר דברי הימים למלכי ישראל׃
20 Yarovam iyirmi iki il padşahlıq etdi. O, ataları ilə uyudu və yerinə oğlu Nadav padşah oldu.
והימים אשר מלך ירבעם עשרים ושתים שנה וישכב עם אבתיו וימלך נדב בנו תחתיו׃
21 Süleyman oğlu Rexavam Yəhudada padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anası Ammonlu olub adı Naama idi.
ורחבעם בן שלמה מלך ביהודה בן ארבעים ואחת שנה רחבעם במלכו ושבע עשרה שנה מלך בירושלם העיר אשר בחר יהוה לשום את שמו שם מכל שבטי ישראל ושם אמו נעמה העמנית׃
22 Yəhudalılar Rəbbin gözündə pis olan işlər etdilər və atalarının etdiyi bütün günahlardan da çox günah etməklə Rəbdə qısqanclıq oyatdılar.
ויעש יהודה הרע בעיני יהוה ויקנאו אתו מכל אשר עשו אבתם בחטאתם אשר חטאו׃
23 Onlar da hər yüksək təpə üzərində və hər kölgəli ağac altında özləri üçün səcdəgahlar, sütunlar və Aşera bütləri düzəltdilər.
ויבנו גם המה להם במות ומצבות ואשרים על כל גבעה גבהה ותחת כל עץ רענן׃
24 Ölkədə həm də məbəd fahişəliyi ilə məşğul olan kişilər var idi. Xalq İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin bütün iyrənc işlərinə görə davrandı.
וגם קדש היה בארץ עשו ככל התועבת הגוים אשר הוריש יהוה מפני בני ישראל׃
25 Rexavamın padşahlığının beşinci ilində Misir padşahı Sisaq Yerusəlimə hücum etdi.
ויהי בשנה החמישית למלך רחבעם עלה שושק מלך מצרים על ירושלם׃
26 O, Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi bütün qızıl qalxanları da götürdü.
ויקח את אצרות בית יהוה ואת אוצרות בית המלך ואת הכל לקח ויקח את כל מגני הזהב אשר עשה שלמה׃
27 Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizəçi rəislərin əlinə verdi.
ויעש המלך רחבעם תחתם מגני נחשת והפקיד על יד שרי הרצים השמרים פתח בית המלך׃
28 Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər.
ויהי מדי בא המלך בית יהוה ישאום הרצים והשיבום אל תא הרצים׃
29 Rexavamın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי רחבעם וכל אשר עשה הלא המה כתובים על ספר דברי הימים למלכי יהודה׃
30 Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi.
ומלחמה היתה בין רחבעם ובין ירבעם כל הימים׃
31 Rexavam ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Anası Ammonlu olub adı Naama idi. Onun yerinə oğlu Aviya padşah oldu.
וישכב רחבעם עם אבתיו ויקבר עם אבתיו בעיר דוד ושם אמו נעמה העמנית וימלך אבים בנו תחתיו׃

< Birinci Padşahlar 14 >