< Birinci Padşahlar 13 >

1 Yarovam buxur yandırmaq üçün qurbangahın yanında durduğu vaxt bir Allah adamı Rəbbin sözü ilə Yəhudadan Bet-Elə gəlib
[先知警告雅洛貝罕]正值雅洛貝罕站在祭壇那裏要獻祭焚香時,有一天主的人,奉上主的命,從猶大來到貝特耳,
2 Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”».
以上主的名義對祭壇呼喊說﹕「祭壇,祭壇! 上主這樣說﹕看,達味家要生一個兒子,名叫約史雅,他要在你上面祭殺那些在你上面焚香獻祭的高丘司祭,人們的骨骸也要在你上面焚燒。」
3 Allah adamı həmin gün bir əlamət verib dedi: «Rəbbin söylədiyi əlamət budur: “Bu qurbangah bölünəcək və üstündəki kül töküləcək”».
同時,他又提出一個預兆說﹕「這是上主所說的預兆﹕看,這祭壇要破裂,上面的灰要傾撒下來。」
4 Padşah Yarovam Allah adamının Bet-Eldə qurbangaha müraciətlə dediyi sözü eşidəndə qurbangahın üzərindən əlini uzadıb «onu tutun» dedi. Onun Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi.
雅洛貝罕王一聽見天主的人,對貝特耳祭壇呼喊的話,便從祭壇上伸出手來說﹕「抓住他! 」他向天主的人伸出來的手,即刻枯乾了,不能收回;
5 Allah adamının Rəbbin sözü ilə verdiyi əlamətə görə qurbangah bölündü və kül qurbangahdan töküldü.
同時祭壇也破裂了,灰也從祭壇上傾撒了下來,正如天主的人奉上主的命令所提出的預兆。
6 Onda padşah Allah adamına dedi: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Allah adamı Rəbbi rəhmə gətirdi və padşahın əli özünə tərəf dönüb əvvəlki kimi oldu.
君王於是對天主的人說﹕「請你為我祈禱,向上主你的天主求情,使我收回手來。」天主的人便向上主求情,君王的手即刻收回來了,恢復了原狀。
7 Padşah Allah adamına dedi: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm».
君王對天主的人說﹕「請你同我到家裏去,吃些點心,我要賜給你一個禮物。」
8 Allah adamı isə padşaha dedi: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm.
天主的人對君王說﹕「你就是將半個宮殿賜給我,我也不同你去,也不在這個地方吃飯喝水,
9 Çünki Rəbbin sözü ilə mənə belə əmr gəldi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”».
因為有上主的話吩咐我說﹕你不可吃飯,也不可喝水,也不可從你去的路上回來。」
10 Allah adamı başqa yolla getdi və Bet-Elə gəldiyi yolla geri qayıtmadı.
於是,他另取道而行,沒有從他來貝特耳的路上回去。天主的人受欺騙
11 Bet-Eldə qoca bir peyğəmbər yaşayırdı. Onun oğullarından biri gəlib Allah adamının həmin gün Bet-Eldə etdiyi bütün işlər barədə danışdı. Oğulları onun padşaha söylədiyi sözləri də atalarına bildirdilər.
有一個老先知住在貝特耳,他的兒子們前來,將天主的人當天在貝特耳所作的一切事,都告訴了他,把天主的人對君王所說的話,有都講給他們的父親聽。
12 Ata onlara dedi: «O hansı yolla getdi?» Oğulları Yəhudadan gələn Allah adamının hansı yolla getdiyini ona göstərdilər.
父親便問他們說﹕「他走了那條路﹖」他的兒子們就把從猶大來的天主的人所走的路指給他。
13 O öz oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Eşşəyi onun üçün palanladılar və o, eşşəyin üstünə minib
老先知遂吩咐他的兒子們說﹕「快給我備好驢! 」他們即為他備好了驢,他就騎上,
14 Allah adamının dalınca getdi. Onu palıd ağacının altında oturmuş halda tapdı və ona dedi: «Yəhudadan gələn Allah adamı sənsənmi?» O da «mənəm» dedi.
去追趕天主的人,發現他正坐在橡樹下,就問他說﹕「你是從猶大來的天主的人嗎﹖」他答說﹕「是。」
15 Sonra qoca peyğəmbər ona dedi: «Mənimlə birgə evə gedib nahar edək».
老先知對他說﹕「請你同我到家裏去吃點飯罷! 」
16 O dedi: «Səninlə qayıdıb evinə getmərəm, bu yerdə səninlə çörək yeyib su içmərəm.
天主的人答說﹕「我不能同你回去,也不能與你同行,更不能在者地方同你一起吃飯喝水,
17 Çünki Rəbbin sözü ilə mənə deyildi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”».
因為有上主的話對我說﹕你在那裡也不可吃飯,也不可喝水,也不可從你去的路上回來。」
18 Qoca peyğəmbər ona dedi: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq bunu ona yalandan söylədi.
老先知對他說﹕「我也如同你一樣,是個先知,有一位天使曾奉上主的命對我說﹕你去領他跟你回到你家吃飯喝水罷! 」老先知原是欺騙他。
19 Allah adamı onunla qayıtdı, onun evində çörək yeyib su içdi.
天主的人就跟老先知回去,在他家裏吃了飯,也喝了水。
20 Onlar süfrə arxasında oturarkən onu yoldan qaytaran peyğəmbərə Rəbbin sözü nazil oldu.
正當他們二人坐席時,有上主的話傳於那領天主的人回來的先知,
21 O, Yəhudadan gələn Allah adamına müraciətlə dedi: «Rəbb belə deyir: “Sən Rəbbin sözünə qarşı getdin və Allahın Rəbbin sənə etdiyi əmrə əməl etmədin,
他就對那從猶大來的天主的人喊叫說﹕「上主這樣說﹕因為你違背了上主的話,沒有遵守上主你的天主吩咐你的命令,
22 geri qayıdaraq Onun sənə ‹çörək yeyib su içmə› dediyi yerdə çörək yeyib su içdin. Buna görə də cəsədin atalarının qəbrinə girməyəcək”».
竟然回來了,在上主吩咐你不可吃飯喝水的地方,吃了飯,喝了水,為此你的屍體不得葬入你祖先的墳墓中。」
23 Yoldan qaytardığı peyğəmbər çörək yeyib su içdikdən sonra qoca peyğəmbər onun üçün eşşəyi palanladı.
他吃喝完了以後,老先知就給他所帶回來的先知備了驢,
24 Allah adamı getdi, yolda ona bir şir rast gəldi və onu öldürdü. Onun cəsədi yola sərilmişdi və eşşək onun yanında dayanmışdı, şir də cəsədin yanında durmuşdu.
他就騎上去了;途中遇見了一隻獅子將他咬死,他的屍體橫臥在路上,驢站在屍體旁邊,那隻獅子也站在屍體旁邊。
25 Adamlar onların yanından keçirdilər, yola sərilmiş cəsədi, cəsədin yanında durmuş şiri gördülər və gəlib qoca peyğəmbərin yaşadığı şəhərdə söylədilər.
有路過的人,看見屍體橫臥在路上,獅子站在屍體的旁邊,就到老先知所住的城中述說了這事。
26 Onu yoldan qaytaran peyğəmbər bunu eşidib dedi: «O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü».
那個從路上帶回天主的人的老先知聽了這事,就說﹕「這是天主的人,因為他違背了上主的命令,所以上主將他交於獅子,獅子撕裂了他,將他咬死,正如上主關於他所說的話。」
27 O, oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Onlar eşşəyi palanladılar.
老先知既吩咐自己的兒子們說﹕「給我備好驢! 」他們將驢備好。
28 O gedib yola sərilmiş cəsədi tapdı. Eşşək və şir cəsədin yanında durmuşdu. Şir cəsədi yeməmiş və eşşəyə toxunmamışdı.
老先知去了,發現天主的人屍體橫臥在路上,驢和獅子站在屍體旁邊;獅子沒有吞掉屍體,也沒有撕裂驢。
29 Qoca peyğəmbər Allah adamının cəsədini götürüb eşşəyin üstünə qoydu və yas tutub onu basdırmaq üçün öz şəhərinə geri gətirdi.
老先知就抱起天主的人的屍體,放在驢上,馱回城中,為他舉挨治喪,
30 Onun cəsədini özünün qəbrinə qoydu. «Ah, qardaşım!» deyib onun üçün yas tutdular.
將他的屍體安葬在自己的墳墓裏;人哀悼他說﹕「哀哉,吾兄! 」
31 Onu basdırandan sonra qoca peyğəmbər oğullarına dedi: «Öləndə məni Allah adamının basdırıldığı qəbirdə basdırın, sümüklərimi onun sümüklərinin yanına qoyun.
安葬它以後,老先知吩咐兒子們說﹕「我死了以後,你們要把我葬在安葬天主的人的墳墓裏,把我的遺骸安放在他的遺骸旁,
32 Çünki Bet-Eldə olan qurbangaha və Samariya şəhərlərində olan səcdəgahların bütün ibadət evlərinə müraciətlə deyilmiş Rəbbin sözü hökmən yerinə yetəcək».
因為他奉上主的命對貝特耳的祭壇,和對撒瑪黎雅各城高丘上的一切神殿所喊出的話,必要應驗。」雅洛貝罕怙惡不悛
33 Bu işdən sonra da Yarovam öz pis yolundan dönmədi. Yenə də səcdəgahlara xalqın hər təbəqəsindən olan kahinlər qoydu. O, səcdəgahların kahini olmaq istəyən hər kəsi təqdis etdi.
這事以後,雅洛貝罕始終沒有離開他作惡的道路,仍繼續從平民中選派高丘的司祭;凡是願意的,他就祝聖他們當高丘的司祭。
34 Bu günah iş Yarovam nəslinin yer üzündən silinib atılmasına və məhv olmasına səbəb oldu.
雅洛貝罕家因此陷於罪惡,招致喪亡,由地上消滅。

< Birinci Padşahlar 13 >