< Birinci Padşahlar 1 >
1 Padşah Davud qocalıb yaşa dolmuşdu. Onun üstünü örtüklərlə nə qədər örtürdülərsə, o isinmirdi.
大卫王年纪老迈,虽用被遮盖,仍不觉暖。
2 Əyanları ona dedilər: «Ağamız padşah üçün gənc bir qız axtaraq. Qoy o, padşahın önündə durub qayğısına qalsın və qoynunda yatsın ki, ağamız padşah isinsin».
所以臣仆对他说:“不如为我主我王寻找一个处女,使她伺候王,奉养王,睡在王的怀中,好叫我主我王得暖。”
3 Onlar İsrailin bütün ərazisində gözəl bir qız axtardılar və Şunemli Avişaqı tapıb padşahın yanına gətirdilər.
于是在以色列全境寻找美貌的童女,寻得书念的一个童女亚比煞,就带到王那里。
4 Qız çox gözəl idi. O, padşaha baxıb xidmət etdi, amma padşah onunla yaxınlıq etmədi.
这童女极其美貌,她奉养王,伺候王,王却没有与她亲近。
5 Davudun Haqqitdən olan oğlu Adoniya «mən padşah olacağam» deyə lovğalanırdı. O özü üçün döyüş arabaları, atlılar və önündə gedəcək əlli nəfər hazırlamışdı.
那时,哈及的儿子亚多尼雅自尊,说:“我必作王”,就为自己预备车辆、马兵,又派五十人在他前头奔走。
6 Atası Davud heç vaxt ona «Niyə belə etdin?» deməmişdi. Adoniya görkəmcə çox yaraşıqlı idi. O, Avşalomdan sonra dünyaya gəlmişdi.
他父亲素来没有使他忧闷,说:“你是做什么呢?”他甚俊美,生在押沙龙之后。
7 Adoniya Seruya oğlu Yoav və kahin Evyatarla əlbir oldu və onlar Adoniyaya kömək etdilər.
亚多尼雅与洗鲁雅的儿子约押,和祭司亚比亚他商议;二人就顺从他,帮助他。
8 Amma kahin Sadoq, Yehoyada oğlu Benaya, peyğəmbər Natan, Şimey, Rei və Davudun igidləri Adoniyanın tərəfində deyildilər.
但祭司撒督、耶何耶大的儿子比拿雅、先知拿单、示每、利以,并大卫的勇士都不顺从亚多尼雅。
9 Adoniya En-Rogel yaxınlığındakı Zoxelet qayasında qoyun-keçi, mal-qara və bəslənmiş heyvanlar qurban kəsdi. Bütün qardaşlarını – padşahın oğullarını və padşaha qulluq edən bütün Yəhudalıları çağırdı,
一日,亚多尼雅在隐·罗结旁、琐希列磐石那里宰了牛羊、肥犊,请他的诸弟兄,就是王的众子,并所有作王臣仆的犹大人;
10 amma peyğəmbər Natanı, Benayanı, igidləri və qardaşı Süleymanı çağırmadı.
惟独先知拿单和比拿雅并勇士,与他的兄弟所罗门,他都没有请。
11 Onda Natan Süleymanın anası Bat-Şevaya dedi: «Məgər eşitməmisən ki, Haqqit oğlu Adoniya ağamız Davudun xəbəri olmadan padşahlıq edir?
拿单对所罗门的母亲拔示巴说:“哈及的儿子亚多尼雅作王了,你没有听见吗?我们的主大卫却不知道。
12 İndi qulaq as, özünün və oğlun Süleymanın canını necə qurtaracağın barədə sənə məsləhət verim:
现在我可以给你出个主意,好保全你和你儿子所罗门的性命。
13 get, padşah Davudun yanına gir və ona söylə: “Ağam padşah! ‹Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq› deyib kənizinə and içmədinmi? Bəs onda nə üçün Adoniya padşahlıq edir?”
你进去见大卫王,对他说:‘我主我王啊,你不曾向婢女起誓说:你儿子所罗门必接续我作王,坐在我的位上吗?现在亚多尼雅怎么作了王呢?’
14 Sən orada padşahla danışarkən mən səndən sonra girəcəyəm və sözlərini təsdiq edəcəyəm».
你还与王说话的时候,我也随后进去,证实你的话。”
15 Bat-Şeva otağa – padşahın yanına girdi. Padşah çox qoca idi və Şunemli Avişaq ona qulluq edirdi.
拔示巴进入内室见王,王甚老迈,书念的童女亚比煞正伺候王。
16 Bat-Şeva padşahın önündə diz çöküb təzim etdi. Padşah «Nə istəyirsən?» dedi.
拔示巴向王屈身下拜;王说:“你要什么?”
17 Bat-Şeva ona dedi: «Mənim ağam! “Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq” deyib kənizinə Allahın Rəbbin haqqı üçün and içdin.
她说:“我主啊,你曾向婢女指着耶和华—你的 神起誓说:‘你儿子所罗门必接续我作王,坐在我的位上。’
18 Ağam padşah, indi isə Adoniya padşahlıq edir və sənin bundan xəbərin yoxdur.
现在亚多尼雅作王了,我主我王却不知道。
19 O, çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi. Padşahın bütün oğullarını, kahin Evyatarı və ordu başçısı Yoavı çağırdı, amma qulun Süleymanı çağırmadı.
他宰了许多牛羊、肥犊,请了王的众子和祭司亚比亚他,并元帅约押;惟独王的仆人所罗门,他没有请。
20 Ağam padşah, bütün İsrailin gözü səndədir; sən onlara bildirməlisən ki, ağam padşahdan sonra taxtında kim oturacaq.
我主我王啊,以色列众人的眼目都仰望你,等你晓谕他们,在我主我王之后谁坐你的位。
21 Yoxsa ağam padşah ataları ilə uyuyanda mən və oğlum Süleyman müqəssir sayılacağıq».
若不然,到我主我王与列祖同睡以后,我和我儿子所罗门必算为罪人了。”
22 Bat-Şeva hələ padşahla danışarkən peyğəmbər Natan gəldi.
拔示巴还与王说话的时候,先知拿单也进来了。
23 Padşaha «peyğəmbər Natan gəldi» dedilər. O, padşahın hüzuruna gəldi və üzüstə əyilib təzim etdi.
有人奏告王说:“先知拿单来了。”拿单进到王前,脸伏于地。
24 Natan dedi: «Ağam padşah! “Məndən sonra Adoniya padşah olacaq və taxtımda o oturacaq” deyib söyləmisənmi?
拿单说:“我主我王果然应许亚多尼雅说‘你必接续我作王,坐在我的位上’吗?
25 Adoniya bu gün gedib çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi və padşahın bütün oğullarını, ordu başçılarını və kahin Evyatarı çağırdı. Budur, “Yaşasın padşah Adoniya!” deyərək onun önündə yeyib-içirlər.
他今日下去,宰了许多牛羊、肥犊,请了王的众子和军长,并祭司亚比亚他;他们正在亚多尼雅面前吃喝,说:‘愿亚多尼雅王万岁!’
26 Ancaq o mən qulunu, kahin Sadoqu, Yehoyada oğlu Benayanı və qulun Süleymanı çağırmadı.
惟独我,就是你的仆人和祭司撒督,耶何耶大的儿子比拿雅,并王的仆人所罗门,他都没有请。
27 Məgər bu iş ağam padşahın əmri ilə olub? Bəs sən nə üçün qullarına bildirmədin ki, ağam padşahdan sonra taxtında kim oturacaq?»
这事果然出乎我主我王吗?王却没有告诉仆人们,在我主我王之后谁坐你的位。”
28 Padşah Davud cavab verib «Bat-Şevanı yanıma çağırın!» dedi. Bat-Şeva padşahın hüzuruna gəlib önündə durdu.
大卫王吩咐说:“叫拔示巴来。”拔示巴就进来,站在王面前。
29 Padşah and içib dedi: «Canımı bütün bəlalardan qurtarmış var olan Rəbbə and olsun ki,
王起誓说:“我指着救我性命脱离一切苦难、永生的耶和华起誓。
30 “məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və mənim əvəzimə taxtımda o oturacaq” deyib sənin üçün İsrailin Allahı Rəbbə içdiyim andı bu gün yerinə yetirəcəyəm».
我既然指着耶和华—以色列的 神向你起誓说:你儿子所罗门必接续我作王,坐在我的位上。我今日就必照这话而行。”
31 Bat-Şeva padşahın önündə üzüstə yerə əyilib təzim etdi və «Ağam padşah Davud əbədi yaşasın!» dedi.
于是,拔示巴脸伏于地,向王下拜,说:“愿我主大卫王万岁!”
32 Padşah Davud dedi: «Kahin Sadoqu, peyğəmbər Natanı və Yehoyada oğlu Benayanı mənim yanıma çağırın». Onların hamısı padşahın hüzuruna gəldi.
大卫王又吩咐说:“将祭司撒督、先知拿单、耶何耶大的儿子比拿雅召来!”他们就都来到王面前。
33 Padşah onlara dedi: «Ağanızın əyanlarını yanınıza alın və oğlum Süleymanı mənim qatırıma mindirib Gixon bulağına endirin.
王对他们说:“要带领你们主的仆人,使我儿子所罗门骑我的骡子,送他下到基训;
34 Orada kahin Sadoq və peyğəmbər Natan onu İsrail padşahı olmaq üçün məsh etsinlər. Şeypur çalıb “Yaşasın padşah Süleyman!” söyləyin.
在那里,祭司撒督和先知拿单要膏他作以色列的王;你们也要吹角,说:‘愿所罗门王万岁!’
35 Sonra onun dalınca qalxın, o da gəlib taxtımda otursun, çünki mənim yerimə padşah olacaq. Onu İsrail və Yəhudaya hökmdar təyin etdim».
然后要跟随他上来,使他坐在我的位上,接续我作王。我已立他作以色列和犹大的君。”
36 Yehoyada oğlu Benaya cavab verib dedi: «Amin! Ağam padşahın Allahı Rəbb belə istəyir.
耶何耶大的儿子比拿雅对王说:“阿们!愿耶和华—我主我王的 神也这样命定。
37 Rəbb ağam padşaha yar olduğu kimi Süleymana da yar olsun və onun taxtını ağam padşah Davudun taxtından daha uca etsin».
耶和华怎样与我主我王同在,愿他照样与所罗门同在,使他的国位比我主大卫王的国位更大。”
38 Kahin Sadoq, peyğəmbər Natan, Yehoyada oğlu Benaya, Keretlilər və Peletlilər Süleymanı padşah Davudun qatırına mindirib aşağı endilər və onu Gixona qədər apardılar.
于是,祭司撒督、先知拿单、耶何耶大的儿子比拿雅,和基利提人、比利提人都下去使所罗门骑大卫王的骡子,将他送到基训。
39 Kahin Sadoq ibadət çadırından yağ buynuzunu götürüb Süleymanı məsh etdi. Şeypur çalındı və bütün camaat «Yaşasın padşah Süleyman!» söylədi.
祭司撒督就从帐幕中取了盛膏油的角来,用膏膏所罗门。人就吹角,众民都说:“愿所罗门王万岁!”
40 Camaat onun dalınca qalxıb getdi. Onlar ney çalaraq elə sevinirdilər ki, səslərindən yer titrəyirdi.
众民跟随他上来,且吹笛,大大欢呼,声音震地。
41 Adoniya və onunla olan bütün qonaqlar yeməklərini qurtaranda bu səsi eşitdilər. Yoav şeypur səsini eşidəndə dedi: «Şəhərdən niyə gurultu gəlir?»
亚多尼雅和所请的众客筵宴方毕,听见这声音;约押听见角声就说:“城中为何有这响声呢?”
42 O, sözünü qurtarmamış birdən kahin Evyatarın oğlu Yonatan gəldi. Adoniya ona dedi: «Gəl, sən igid adamsan, yaxşı xəbər gətirərsən».
他正说话的时候,祭司亚比亚他的儿子约拿单来了。亚多尼雅对他说:“进来吧!你是个忠义的人,必是报好信息。”
43 Yonatan Adoniyaya cavab verib dedi: «Yox, elə deyil, ağamız padşah Davud Süleymanı padşah etmişdir.
约拿单对亚多尼雅说:“我们的主大卫王诚然立所罗门为王了。
44 Padşah kahin Sadoqu, peyğəmbər Natanı, Yehoyada oğlu Benayanı, Keretliləri və Peletliləri Süleymanla birgə göndərdi və onu padşahın qatırına mindirdilər.
王差遣祭司撒督、先知拿单、耶何耶大的儿子比拿雅,和基利提人、比利提人都去使所罗门骑王的骡子。
45 Kahin Sadoq və peyğəmbər Natan Gixonda onu padşah olmaq üçün məsh etdilər. Oradan sevinclə qalxıb getdilər və şəhər canlandı. Eşitdiyiniz səs budur.
祭司撒督和先知拿单在基训已经膏他作王。众人都从那里欢呼着上来,声音使城震动,这就是你们所听见的声音;
46 Üstəlik Süleyman padşahlıq taxtında oturdu.
并且所罗门登了国位。
47 Ağamız padşah Davudu təbrik etməyə gələn əyanları da “Sənin Allahın Süleymanın adını sənin adından daha böyük, taxtını sənin taxtından daha uca etsin!” deyəndə padşah yatağının üstündən əyildi.
王的臣仆也来为我们的主大卫王祝福,说:‘愿王的 神使所罗门的名比王的名更尊荣;使他的国位比王的国位更大。’王就在床上屈身下拜。
48 Sonra belə dedi: “İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün hələ gözlərim görərkən taxtımda oturan bir nəfər verdi!”»
王又说:‘耶和华—以色列的 神是应当称颂的;因他赐我一人今日坐在我的位上,我也亲眼看见了。’”
49 Bunu eşidəndə Adoniyanın bütün qonaqları təşvişə düşüb qalxdılar və hər kəs öz yolu ilə getdi.
亚多尼雅的众客听见这话就都惊惧,起来四散。
50 Adoniya isə Süleymandan qorxaraq qalxıb getdi və qurbangahın buynuzlarından yapışdı.
亚多尼雅惧怕所罗门,就起来,去抓住祭坛的角。
51 Bunu Süleymana bildirib dedilər: «Adoniya padşah Süleymandan qorxur və qurbangahın buynuzlarından yapışaraq “qoy padşah Süleyman bu gün mənə and içsin ki, bu qulunu qılıncla öldürməyəcək” deyir».
有人告诉所罗门说:“亚多尼雅惧怕所罗门王,现在抓住祭坛的角,说:‘愿所罗门王今日向我起誓,必不用刀杀仆人。’”
52 Süleyman dedi: «Əgər o, ləyaqətli adam olsa, başından bir tük belə, əskik olmaz, amma onda bir pislik tapılsa, öləcək».
所罗门说:“他若作忠义的人,连一根头发也不致落在地上;他若行恶,必要死亡。”
53 Padşah Süleyman Adoniyanı qurbangahdan düşürüb gətirtdi. O da gəlib padşah Süleymana təzim etdi və Süleyman ona «Evinə get!» dedi.
于是所罗门王差遣人,使亚多尼雅从坛上下来,他就来,向所罗门王下拜;所罗门对他说:“你回家去吧!”