< 1 Yəhya 3 >

1 Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, beləyik! Dünya Onu tanımadığına görə bizi də tanımır.
Voyez quel amour le Père nous a témoigné, que nous soyons appelés enfants de Dieu! Le monde ne nous connaît point, parce qu'il ne l'a point connu.
2 Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.
Bien-aimés, nous sommes à présent enfants de Dieu, et ce que nous serons n'a pas encore été manifesté; mais nous savons que quand il sera manifesté, nous serons semblables à lui, parce que nous le verrons tel qu'il est.
3 Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.
Et quiconque a cette espérance en lui, se purifie lui-même, comme lui est pur.
4 Günah edən hər kəs Qanunu da pozar, çünki günah Qanunu pozmaqdır.
Quiconque pèche, transgresse aussi la loi; car le péché est une transgression de la loi.
5 Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur.
Or, vous savez que Jésus-Christ a paru pour ôter nos péchés, et qu'il n'y a point de péché en lui.
6 Onda qalan hər kəs günahını davam etdirməz. Günahını davam etdirən hər kəs nə Onu görüb, nə də Onu tanıyır.
Quiconque demeure en lui, ne pèche point; quiconque pèche, ne l'a point vu et ne l'a point connu.
7 Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh olduğu kimi salehdir.
Petits enfants, que personne ne vous séduise: celui qui pratique la justice, est juste comme lui-même est juste.
8 Günahını davam etdirən şəxs iblisdəndir, çünki iblis başlanğıcdan bəri günah edir. Allahın Oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın.
Celui qui commet le péché, est du diable; car le diable pèche dès le commencement. Or, le Fils de Dieu a paru pour détruire les œuvres du diable.
9 Allahdan doğulan hər kəs günahını davam etdirməz, çünki Allahın toxumu onda qalır. O, günahını davam etdirə bilməz, çünki Allahdan doğulub.
Quiconque est né de Dieu, ne commet point le péché, parce que la semence de Dieu demeure en lui; et il ne peut pécher, parce qu'il est né de Dieu.
10 Kimin Allahın övladı, kiminsə iblisin övladı olması bundan aydın olur: saleh iş görməyən, həmçinin qardaşını sevməyən hər kəs Allahdan deyil.
C'est en cela que se révèlent les enfants de Dieu, et les enfants du diable. Quiconque ne pratique pas la justice et n'aime pas son frère, n'est point de Dieu.
11 Əvvəldən bəri eşitdiyiniz xəbər budur: bir-birimizi sevək.
Car le message que vous avez entendu dès le commencement, c'est que nous nous aimions les uns les autres;
12 Şərdən olub qardaşını öldürən Qabil kimi olmayaq. O, qardaşını niyə öldürdü? Ona görə ki öz əməlləri şər, qardaşının əməlləri isə saleh idi.
Ne faisons point comme Caïn, qui était du malin, et qui tua son frère. Et pourquoi le tua-t-il? Parce que ses œuvres étaient mauvaises, et que celles de son frère étaient justes.
13 Beləliklə, qardaşlar, dünya sizə nifrət edirsə, heyrətlənməyin.
Frères, ne vous étonnez point si le monde vous hait.
14 Qardaşlarımızı sevdiyimizə görə biz bilirik ki, ölümdən həyata keçmişik. Sevməyənsə ölümdə qalır.
Quand nous aimons nos frères, nous connaissons que nous sommes passés de la mort à la vie. Celui qui n'aime pas son frère demeure dans la mort.
15 Qardaşına nifrət edən hər kəs qatildir. Bildiyiniz kimi, heç bir qatil özündə qalan əbədi həyata malik deyil. (aiōnios g166)
Quiconque hait son frère est un meurtrier; et vous savez qu'aucun meurtrier n'a la vie éternelle demeurant en lui. (aiōnios g166)
16 Məhəbbətin nə olduğunu bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi. Biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik.
Nous avons connu la charité, en ce qu'Il a donné sa vie pour nous; nous aussi, nous devons donner notre vie pour nos frères.
17 Əgər kimsə dünya malına sahib olarkən qardaşını ehtiyac içində görüb ona rəhmi gəlmirsə, Allah məhəbbəti onda necə qala bilər?
Or, celui qui aurait des biens de ce monde, et qui, voyant son frère dans le besoin, lui fermerait ses entrailles, comment l'amour de Dieu demeurerait-il en lui?
18 Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək.
Mes petits enfants, n'aimons pas de paroles ni de la langue, mais en action et en vérité.
19 Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir.
Car c'est en cela que nous connaissons que nous sommes de la vérité, et que nous assurerons nos cœurs devant lui;
Car si notre cœur nous con-damne, Dieu est plus grand que notre cœur, et il connaît toutes choses.
21 Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik
Bien-aimés, si notre cœur ne nous condamne point, nous avons de l'assurance devant Dieu.
22 və Ondan nə diləyiriksə, alırıq. Ona görə ki Onun əmrlərinə riayət edirik və önündə Ona məqbul olan işlər görürük.
Et quoi que nous demandions, nous le recevons de lui, parce que nous gardons ses commandements, et que nous faisons ce qui lui est agréable.
23 Onun əmri də budur ki, biz Onun Oğlu İsa Məsihin adına iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi sevək.
Et c'est ici son commande-ment: que nous croyions au nom de son Fils Jésus-Christ, et que nous nous aimions les uns les autres, comme il nous l'a commandé.
24 Onun əmrlərinə riayət edən şəxs Allahda, Allah da onda qalır. Onun bizdə qaldığını bu yolla, bizə verdiyi Ruh vasitəsilə bilirik.
Celui qui garde ses commandements, demeure en Dieu, et Dieu en lui; et nous connaissons qu'il demeure en nous par l'Esprit qu'il nous a donné.

< 1 Yəhya 3 >