< Birinci Salnamələr 5 >

1 İsrailin ilk oğlu Ruven idi, amma atasının yatağını murdarladığı üçün onun ilk oğulluq haqqı İsrailin oğlu Yusifin nəslinə verildi və Ruvenin nəsli şəcərədə ilk oğul kimi sayılmadı.
ובני ראובן בכור ישראל כי הוא הבכור ובחללו יצועי אביו נתנה בכרתו לבני יוסף בן ישראל ולא להתיחש לבכרה׃
2 Ancaq Yəhuda qardaşları arasında daha güclü oldu və hökmdar onun nəslindən çıxdı. İlk oğulluq haqqı isə Yusifin idi.
כי יהודה גבר באחיו ולנגיד ממנו והבכרה ליוסף׃
3 İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.
בני ראובן בכור ישראל חנוך ופלוא חצרון וכרמי׃
4 Yoelin nəsli: onun oğlu Şemaya, onun oğlu Qoq, onun oğlu Şimey,
בני יואל שמעיה בנו גוג בנו שמעי בנו׃
5 onun oğlu Mikeya, onun oğlu Reaya, onun oğlu Baal,
מיכה בנו ראיה בנו בעל בנו׃
6 onun oğlu Beera. Onu Aşşur padşahı Tiqlat-Pileser sürgünə aparmışdı. Beera Ruvenlilərin başçısı idi.
בארה בנו אשר הגלה תלגת פלנאסר מלך אשר הוא נשיא לראובני׃
7 Nəsil şəcərələrinə görə onların qohumları bunlar idi: başçı Yeiel, Zəkəriyyə,
ואחיו למשפחתיו בהתיחש לתלדותם הראש יעיאל וזכריהו׃
8 Yoel oğlu Şema oğlu Azaz oğlu Bela. O, Aroerdə yaşayırdı, torpağı Nevoya və Baal-Meona qədər uzanırdı.
ובלע בן עזז בן שמע בן יואל הוא יושב בערער ועד נבו ובעל מעון׃
9 Şərqə tərəf Fərat çayının bu tayındakı çölün başlanğıc yerinə qədər torpaqlar onun idi, çünki Gilead torpağında çoxlu heyvanları var idi.
ולמזרח ישב עד לבוא מדברה למן הנהר פרת כי מקניהם רבו בארץ גלעד׃
10 Şaulun dövründə bu adamlar Həcərlilərlə müharibə edib onları məğlub etdi və Gileadın şərqindəki bütün torpaqlarda Həcərlilərin çadırlarında yaşadı.
ובימי שאול עשו מלחמה עם ההגראים ויפלו בידם וישבו באהליהם על כל פני מזרח לגלעד׃
11 Qadlılar Salkaya qədər uzanan Başan torpağında Ruvenlilərin qarşısında yaşadı.
ובני גד לנגדם ישבו בארץ הבשן עד סלכה׃
12 Başanda başçı Yoel, köməkçisi Şafam, sonra Yanay və Şafat idi.
יואל הראש ושפם המשנה ויעני ושפט בבשן׃
13 Öz nəsillərindən olan qohumları bunlardır: Mikael, Meşullam, Şeva, Yoray, Yakan, Ziya və Ever – cəmi yeddi nəfər.
ואחיהם לבית אבותיהם מיכאל ומשלם ושבע ויורי ויעכן וזיע ועבר שבעה׃
14 Bunlar Buz oğlu Yaxdo oğlu Yeşişay oğlu Mikael oğlu Gilead oğlu Yaroah oğlu Xuri oğlu Avixayilin oğulları idi.
אלה בני אביחיל בן חורי בן ירוח בן גלעד בן מיכאל בן ישישי בן יחדו בן בוז׃
15 Quni oğlu Avdiel oğlu Axi onların nəsil başçısı idi.
אחי בן עבדיאל בן גוני ראש לבית אבותם׃
16 Onlar Gileadda, Başanda və onun qəsəbələrində, Şaronun sərhədlərinə qədər uzanan bütün otlaq torpaqlarında yaşadı.
וישבו בגלעד בבשן ובבנתיה ובכל מגרשי שרון על תוצאותם׃
17 Yəhuda padşahı Yotamın və İsrail padşahı Yarovamın dövründə onların hamısı nəsil şəcərələrində qeyd olundu.
כלם התיחשו בימי יותם מלך יהודה ובימי ירבעם מלך ישראל׃
18 Ruvenlilərdən, Qadlılardan, Menaşşe qəbiləsinin yarısından olan, qalxan və qılınc daşıyan, ox atan, döyüş üçün təlim görmüş və döyüşməyi bacaran igid adamlar qırx dörd min yeddi yüz altmış nəfər idi.
בני ראובן וגדי וחצי שבט מנשה מן בני חיל אנשים נשאי מגן וחרב ודרכי קשת ולמודי מלחמה ארבעים וארבעה אלף ושבע מאות וששים יצאי צבא׃
19 Onlar Həcərlilərdən olan Yeturun, Nafişin və Nadavın nəsilləri ilə müharibə etdi.
ויעשו מלחמה עם ההגריאים ויטור ונפיש ונודב׃
20 İsraillilər düşmənləri ilə döyüşdə kömək aldıqları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub etdilər, çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və Ona güvəndikləri üçün Allah onları eşitdi.
ויעזרו עליהם וינתנו בידם ההגריאים וכל שעמהם כי לאלהים זעקו במלחמה ונעתור להם כי בטחו בו׃
21 Onlar düşmənlərinin heyvanlarını – əlli min dəvəsini, iki yüz əlli min qoyun-keçisini, iki min eşşəyini ələ keçirdi və yüz min adamını götürüb apardı.
וישבו מקניהם גמליהם חמשים אלף וצאן מאתים וחמשים אלף וחמורים אלפים ונפש אדם מאה אלף׃
22 Həlak olanlar çox oldu, çünki bu döyüş Allahdan idi. Onlar sürgün olunan zamana qədər Həcərlilərin yerlərində yaşadı.
כי חללים רבים נפלו כי מהאלהים המלחמה וישבו תחתיהם עד הגלה׃
23 Menaşşe qəbiləsinin yarısının nəsilləri də həmin torpaqda yaşadı. Onlar çoxalıb Başandan Baal-Xermona, Senirə və Xermon dağına qədər uzanan torpağa yayıldılar.
ובני חצי שבט מנשה ישבו בארץ מבשן עד בעל חרמון ושניר והר חרמון המה רבו׃
24 Onların nəsil başçıları bunlardır: Efer, İşi, Eliel, Azriel, Yeremya, Hodavya və Yaxdiel. Bunlar igid döyüşçülər, adlı-sanlı adamlar və nəsil başçıları idi.
ואלה ראשי בית אבותם ועפר וישעי ואליאל ועזריאל וירמיה והודויה ויחדיאל אנשים גבורי חיל אנשי שמות ראשים לבית אבותם׃
25 Amma onlar atalarının Allahına qarşı xainlik etdilər və onların önündə Allahın məhv etdiyi ölkə xalqlarının allahlarına sitayiş edib xəyanət etdilər.
וימעלו באלהי אבותיהם ויזנו אחרי אלהי עמי הארץ אשר השמיד אלהים מפניהם׃
26 Onda İsrailin Allahı Aşşur padşahı Pulda, yəni Tiqlat-Pileserdə niyyət oyandırdı, o da Ruvenliləri, Qadlıları və Menaşşe qəbiləsinin yarısını əsir aparıb Xalaha, Xavora, Haraya və Qozan çayının sahilində yerləşdirdi. Onlar bu günə qədər də oradadır.
ויער אלהי ישראל את רוח פול מלך אשור ואת רוח תלגת פלנסר מלך אשור ויגלם לראובני ולגדי ולחצי שבט מנשה ויביאם לחלח וחבור והרא ונהר גוזן עד היום הזה׃

< Birinci Salnamələr 5 >