< Birinci Salnamələr 28 >
1 Davud İsrailin bütün başçılarını – qəbilə başçılarını, padşaha xidmət edən bölmələrin başçılarını, minbaşıları və yüzbaşıları, padşahla oğullarının bütün mülkünə və heyvanlarına baxanların başçılarını, saray xidmətçilərini, sərkərdələri və bütün igid adamları Yerusəlimə topladı.
大卫招聚以色列各支派的首领和轮班服事王的军长,与千夫长、百夫长,掌管王和王子产业牲畜的,并太监,以及大能的勇士,都到耶路撒冷来。
2 Padşah Davud ayağa qalxıb dedi: «Ey qardaşlarım və xalqım, məni dinləyin! Ürəyimdə Allahımızın kətili və Rəbbin Əhd sandığı üçün bir rahatlıq evi tikmək arzusu var idi və onu tikmək üçün hazırlıq gördüm.
大卫王就站起来,说:“我的弟兄,我的百姓啊,你们当听我言,我心里本想建造殿宇,安放耶和华的约柜,作为我 神的脚凳;我已经预备建造的材料。
3 Ancaq Allah mənə dedi: “Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki sən hərb adamısan və qan tökmüsən”.
只是 神对我说:‘你不可为我的名建造殿宇;因你是战士,流了人的血。’
4 Lakin İsrailin Allahı Rəbb İsrail üzərində əbədi olaraq padşah olmaq üçün bütün nəslimdən məni seçdi, çünki hökmdar olmaq üçün O, Yəhudanı və Yəhuda qəbiləsindən mənim nəslimi seçdi. Bütün İsrail üzərində padşah etmək üçün nəslimin arasında mən xoşuna gəldim.
然而,耶和华—以色列的 神在我父的全家拣选我作以色列的王,直到永远。因他拣选犹大为首领;在犹大支派中拣选我父家,在我父的众子里喜悦我,立我作以色列众人的王。
5 Rəbbin mənə verdiyi çoxlu oğul arasından da İsrail üzərində Rəbbin padşahlıq taxtında oturmaq üçün oğlum Süleymanı seçdi.
耶和华赐我许多儿子,在我儿子中拣选所罗门坐耶和华的国位,治理以色列人。
6 Rəbb mənə dedi: “Oğlun Süleyman da həmin adamdır ki, Mənim məbədimi və həyətlərimi tikəcək, çünki onu Özümə oğul seçdim və Mən ona Ata olacağam.
耶和华对我说:‘你儿子所罗门必建造我的殿和院宇;因为我拣选他作我的子,我也必作他的父。
7 Əgər bu gün olduğu kimi əmrlərimə və hökmlərimə əməl etməkdə sadiq olsa, onun padşahlığını əbədi olaraq möhkəmləndirəcəyəm”.
他若恒久遵行我的诫命典章如今日一样,我就必坚定他的国位,直到永远。’
8 İndi isə bütün İsraillilərin, Rəbbin camaatının gözü önündə və Allahımız eşidərkən belə tapşırıram: “Allahınız Rəbbin bütün əmrlərinə əməl edin, onları öyrənin ki, bu nemətli torpaqda qalasınız və sizdən sonra övladlarınıza onu əbədi miras verəsiniz”.
现今在耶和华的会中,以色列众人眼前所说的,我们的 神也听见了。你们应当寻求耶和华—你们 神的一切诫命,谨守遵行,如此你们可以承受这美地,遗留给你们的子孙,永远为业。
9 Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq.
“我儿所罗门哪,你当认识耶和华—你父的 神,诚心乐意地事奉他;因为他鉴察众人的心,知道一切心思意念。你若寻求他,他必使你寻见;你若离弃他,他必永远丢弃你。
10 İndi bax Rəbb səni Müqəddəs məkan olan bir ev tikmək üçün seçmişdir, sən də möhkəm ol və bu işi gör».
你当谨慎,因耶和华拣选你建造殿宇作为圣所。你当刚强去行。”
11 Davud oğlu Süleymana eyvanın, onun evlərinin, xəzinələrinin, yuxarı otaqların, iç otaqların, Kəffarə yerinin, fikrində olan bütün bunların təsvirini və
大卫将殿的游廊、旁屋、府库、楼房、内殿,和施恩所的样式指示他儿子所罗门,
12 Ruhun vasitəsilə ona aşkar olmuş bütün bunların təsvirini verdi: Rəbbin məbədinin həyətləri, ətrafdakı bütün otaqlar, Allah məbədinin xəzinələri, təqdis olunan şeylərin xəzinələri,
又将被灵感动所得的样式,就是耶和华 神殿的院子、周围的房屋、殿的府库,和圣物府库的一切样式都指示他;
13 kahinlərin və Levililərin bölükləri, Rəbbin məbədində hər cür xidmət işi, Rəbbin məbədində olan bütün xidmət əşyaları,
又指示他祭司和利未人的班次与耶和华殿里各样的工作,并耶和华殿里一切器皿的样式,
14 hər cür xidmət üçün işlədilən bütün qızılın çəkisinə görə qızıl əşyalar, hər cür xidmət üçün işlədilən gümüşün çəkisinə görə gümüş əşyalar,
以及各样应用金器的分两和各样应用银器的分两,
15 hər çıraqdanın və onun çıraqlarının çəkisinə görə qızıl çıraqdanlar və onların qızıl çıraqları, hər cür xidmət üçün çəkisinə görə gümüş çıraqdanlar və onların çıraqları,
金灯台和金灯的分两,银灯台和银灯的分两,轻重各都合宜;
16 təqdis çörəkləri qoyulan masalar üçün hər masanın çəkisinə görə qızıl, hər gümüş masa üçün gümüş,
陈设饼金桌子的分两,银桌子的分两,
17 xalis qızıldan olan çəngəllər, piyalələr və dolçalar, hər kasanın çəkisinə görə qızıl kasalar, hər kasanın çəkisinə görə gümüş kasalar,
精金的肉叉子、盘子,和爵的分两,各金碗与各银碗的分两,
18 çəkisinə görə xalis qızıldan buxur qurbangahı. Davud həm də qanadlarını açıb Əhd sandığını örtən Rəbbin arabası olan qızıl keruvların təsvirini verdi.
精金香坛的分两,并用金子做基路伯;基路伯张开翅膀,遮掩耶和华的约柜。
19 Davud dedi: «Bunların hamısının təsviri bütün təfsilatı ilə yazılı şəkildə Rəbb tərəfindən mənə aşkar edildi».
大卫说:“这一切工作的样式都是耶和华用手划出来使我明白的。”
20 Davud oğlu Süleymana dedi: «Möhkəm və cəsarətli ol, bu işi gör, qorxma və ruhdan düşmə, çünki Rəbb Allah, mənim Allahım səninlədir. O, Rəbbin məbədinin bütün xidmət işi sona çatmamış səni atmaz və tərk etməz.
大卫又对他儿子所罗门说:“你当刚强壮胆去行!不要惧怕,也不要惊惶。因为耶和华 神就是我的 神,与你同在;他必不撇下你,也不丢弃你,直到耶和华殿的工作都完毕了。
21 Allah məbədinin bütün xidməti üçün kahinlərin və Levililərin bölükləri hazır durub. Sənin yanında bütün işlər üçün hər cür xidməti bacaran könüllü adamlar da var. Rəislər və bütün xalq sənin hər əmrini gözləyir».
有祭司和利未人的各班,为要办理 神殿各样的事,又有灵巧的人在各样的工作上乐意帮助你;并有众首领和众民一心听从你的命令。”