< Birinci Salnamələr 27 >

1 İlin hər ayında bir bölmə növbə çəkirdi. Hər bölmədə iyirmi dörd min nəfər var idi. Bu bölmələrin bütün işlərində padşaha xidmət edən İsraillilərin nəsil başçılarının, minbaşıların, yüzbaşıların və məmurların siyahısı budur:
ובני ישראל למספרם ראשי האבות ושרי האלפים והמאות ושטריהם המשרתים את המלך לכל דבר המחלקות הבאה והיצאת חדש בחדש לכל חדשי השנה המחלקת האחת עשרים וארבעה אלף׃
2 birinci ay üçün birinci bölməyə Zavdiel oğlu Yaşoveam başçılıq edirdi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
על המחלקת הראשונה לחדש הראשון ישבעם בן זבדיאל ועל מחלקתו עשרים וארבעה אלף׃
3 O, Peres nəslindən idi və birinci ay üçün bütün ordu başçılarının böyüyü idi.
מן בני פרץ הראש לכל שרי הצבאות לחדש הראשון׃
4 İkinci ayın bölməsinə Axoahlı Doday başçılıq edirdi. Miqlot onun köməkçisi idi və onun bölməsində iyirmi dörd min nəfər var idi.
ועל מחלקת החדש השני דודי האחוחי ומחלקתו ומקלות הנגיד ועל מחלקתו עשרים וארבעה אלף׃
5 Üçüncü ay üçün üçüncü qoşun başçısı kahin Yehoyadanın oğlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
שר הצבא השלישי לחדש השלישי בניהו בן יהוידע הכהן ראש ועל מחלקתו עשרים וארבעה אלף׃
6 «Otuz igid»dən biri və «otuz igid»in başçısı olan Benaya budur. Oğlu Ammizavad onun köməkçisi idi.
הוא בניהו גבור השלשים ועל השלשים ומחלקתו עמיזבד בנו׃
7 Dördüncü ay üçün dördüncü başçı Yoavın qardaşı Asahel idi, ondan sonra oğlu Zevadya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
הרביעי לחדש הרביעי עשה אל אחי יואב וזבדיה בנו אחריו ועל מחלקתו עשרים וארבעה אלף׃
8 Beşinci ay üçün beşinci başçı İzrahlı Şamhut idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
החמישי לחדש החמישי השר שמהות היזרח ועל מחלקתו עשרים וארבעה אלף׃
9 Altıncı ay üçün altıncı başçı Teqoalı İqqeşin oğlu İra idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
הששי לחדש הששי עירא בן עקש התקועי ועל מחלקתו עשרים וארבעה אלף׃
10 Yeddinci ay üçün yeddinci başçı Efrayimlilərdən Pelonlu Xeles idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
השביעי לחדש השביעי חלץ הפלוני מן בני אפרים ועל מחלקתו עשרים וארבעה אלף׃
11 Səkkizinci ay üçün səkkizinci başçı Zerah nəslindən Xuşalı Sibbekay idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
השמיני לחדש השמיני סבכי החשתי לזרחי ועל מחלקתו עשרים וארבעה אלף׃
12 Doqquzuncu ay üçün doqquzuncu başçı Binyaminlilərdən Anatotlu Aviezer idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
התשיעי לחדש התשיעי אביעזר הענתתי לבנימיני ועל מחלקתו עשרים וארבעה אלף׃
13 Onuncu ay üçün onuncu başçı Zerah nəslindən Netofalı Mahray idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
העשירי לחדש העשירי מהרי הנטופתי לזרחי ועל מחלקתו עשרים וארבעה אלף׃
14 On birinci ay üçün on birinci başçı Efrayimlilərdən Piratonlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
עשתי עשר לעשתי עשר החדש בניה הפרעתוני מן בני אפרים ועל מחלקתו עשרים וארבעה אלף׃
15 On ikinci ay üçün on ikinci başçı Otnielin nəslindən Netofalı Xelday idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
השנים עשר לשנים עשר החדש חלדי הנטופתי לעתניאל ועל מחלקתו עשרים וארבעה אלף׃
16 İsrail qəbilələri üzərində olan başçılar bunlardır: Ruvenlilərin başçısı Zikri oğlu Eliezer; Şimeonluların başçısı Maaka oğlu Şefatya;
ועל שבטי ישראל לראובני נגיד אליעזר בן זכרי לשמעוני שפטיהו בן מעכה׃
17 Levililərin başçısı Qemuel oğlu Xaşavya, Harun nəslinin başçısı Sadoq;
ללוי חשביה בן קמואל לאהרן צדוק׃
18 Yəhudalıların başçısı Davudun qardaşlarından biri Elihu; İssakarlıların başçısı Mikael oğlu Omri;
ליהודה אליהו מאחי דויד ליששכר עמרי בן מיכאל׃
19 Zevulunluların başçısı Avdiya oğlu İşmaya; Naftalililərin başçısı Azriel oğlu Yerimot;
לזבולן ישמעיהו בן עבדיהו לנפתלי ירימות בן עזריאל׃
20 Efrayimlilərin başçısı Azazya oğlu Huşə; Menaşşelilərin yarısının başçısı Pedaya oğlu Yoel;
לבני אפרים הושע בן עזזיהו לחצי שבט מנשה יואל בן פדיהו׃
21 Gileadda olan Menaşşelilərin yarısının başçısı Zəkəriyyə oğlu İddo; Binyaminlilərin başçısı Avner oğlu Yaasiel;
לחצי המנשה גלעדה ידו בן זכריהו לבנימן יעשיאל בן אבנר׃
22 Danlıların başçısı Yeroxam oğlu Azarel. Bunlar İsrail qəbilələrinin başçılarıdır.
לדן עזראל בן ירחם אלה שרי שבטי ישראל׃
23 Davud iyirmi yaşında və bundan aşağı yaşda olanları hesaba almadı, çünki Rəbb İsraili göydəki ulduzlar qədər çoxaldacağını vəd etmişdi.
ולא נשא דויד מספרם למבן עשרים שנה ולמטה כי אמר יהוה להרבות את ישראל ככוכבי השמים׃
24 Seruya oğlu Yoav siyahıya almağa başladı, ancaq bunu başa çatdırmadı. Bu siyahıyaalmadan ötrü Rəbbin qəzəbi İsrail üzərinə gəldi və siyahıyaalma padşah Davudun salnamələr kitabına daxil olmadı.
יואב בן צרויה החל למנות ולא כלה ויהי בזאת קצף על ישראל ולא עלה המספר במספר דברי הימים למלך דויד׃
25 Padşahın anbarlarına nəzarət edən Adiel oğlu Azmavet; tarlalarda, şəhərlərdə, kəndlərdə və qalalarda olan anbarlara nəzarət edən Uzziya oğlu Yonatan;
ועל אצרות המלך עזמות בן עדיאל ועל האצרות בשדה בערים ובכפרים ובמגדלות יהונתן בן עזיהו׃
26 tarlada çalışan əkinçilərin üzərində nəzarətçi Keluv oğlu Ezri;
ועל עשי מלאכת השדה לעבדת האדמה עזרי בן כלוב׃
27 üzüm bağlarına nəzarət edən Ramalı Şimey; üzüm bağlarındakı şərab anbarlarına yığılan üzüm məhsuluna nəzarət edən Şifemli Zavdi;
ועל הכרמים שמעי הרמתי ועל שבכרמים לאצרות היין זבדי השפמי׃
28 yamaclı-düzənlikli bölgədə olan zeytunluqlar və firon ənciri ağaclarına nəzarət edən Gederli Baal-Xanan; yağ anbarlarına nəzarət edən Yoaş;
ועל הזיתים והשקמים אשר בשפלה בעל חנן הגדרי ועל אצרות השמן יועש׃
29 Şaron düzənliyində otlayan mal-qaraya baxan Şaronlu Şitray; dərələrdə olan mal-qaraya baxan Adlay oğlu Şafat;
ועל הבקר הרעים בשרון שטרי השרוני ועל הבקר בעמקים שפט בן עדלי׃
30 dəvələrə baxan İsmailli Ovil; eşşəklərə baxan Meronotlu Yexdeya;
ועל הגמלים אוביל הישמעלי ועל האתנות יחדיהו המרנתי׃
31 qoyun-keçiyə baxan Həcərli Yaziz. Bunların hamısı padşah Davudun mülklərinə baxan rəislər idi.
ועל הצאן יזיז ההגרי כל אלה שרי הרכוש אשר למלך דויד׃
32 Davudun əmisi Yonatan məsləhətçi idi. O çox ağıllı və savadlı idi. Xakmoni oğlu Yexiel padşah oğullarının tərbiyəçisi idi.
ויהונתן דוד דויד יועץ איש מבין וסופר הוא ויחיאל בן חכמוני עם בני המלך׃
33 Axitofel padşahın məsləhətçisi idi. Arklı Xuşay padşahın həmsöhbəti idi.
ואחיתפל יועץ למלך וחושי הארכי רע המלך׃
34 Axitofeldən sonra yerinə Benaya oğlu Yehoyada və Evyatar oldu. Padşahın ordu başçısı isə Yoav idi.
ואחרי אחיתפל יהוידע בן בניהו ואביתר ושר צבא למלך יואב׃

< Birinci Salnamələr 27 >