< Birinci Salnamələr 26 >

1 Qapıçıların bölükləri belədir: Qorah nəslindən, Asəfin övladlarından olan Qore oğlu Meşelemya.
למחלקות לשערים לקרחים משלמיהו בן קרא מן בני אסף׃
2 Meşelemyanın oğulları: ilk oğlu Zəkəriyyə, ikincisi Yediael, üçüncüsü Zevadya, dördüncüsü Yatniel,
ולמשלמיהו בנים זכריהו הבכור ידיעאל השני זבדיהו השלישי יתניאל הרביעי׃
3 beşincisi Elam, altıncısı Yehoxanan, yeddincisi Elyehoenay.
עילם החמישי יהוחנן הששי אליהועיני השביעי׃
4 Oved-Edomun oğulları: ilk oğlu Şemaya, ikincisi Yehozavad, üçüncüsü Yoah, dördüncüsü Sakar, beşincisi Netanel,
ולעבד אדם בנים שמעיה הבכור יהוזבד השני יואח השלשי ושכר הרביעי ונתנאל החמישי׃
5 altıncısı Ammiel, yeddincisi İssakar, səkkizincisi Peulletay, çünki Allah Oved-Edoma xeyir-dua vermişdi.
עמיאל הששי יששכר השביעי פעלתי השמיני כי ברכו אלהים׃
6 Onun oğlu Şemayanın da oğulları oldu və onlar nəsil başçıları oldu, çünki igid adamlar idi.
ולשמעיה בנו נולד בנים הממשלים לבית אביהם כי גבורי חיל המה׃
7 Şemayanın oğulları: Otni, Refael, Oved və Elzavad. Qohumları Elihu və Semakya da igid adamlar idi.
בני שמעיה עתני ורפאל ועובד אלזבד אחיו בני חיל אליהו וסמכיהו׃
8 Bunların hamısı Oved-Edomun nəslindən idi. Özləri, oğulları və qohumları xidmət işində bacarıqlı və igid adamlar idi. Hamısı birlikdə altmış iki nəfər idi. Onlar Oved-Edomdan idi.
כל אלה מבני עבד אדם המה ובניהם ואחיהם איש חיל בכח לעבדה ששים ושנים לעבד אדם׃
9 Meşelemyanın oğullarından və qohumlarından olan igid adamlar on səkkiz nəfər idi.
ולמשלמיהו בנים ואחים בני חיל שמונה עשר׃
10 Merari nəslindən olan Xosanın oğulları: ilk oğlu olmadığı halda atasının böyük başçı qoyduğu Şimri,
ולחסה מן בני מררי בנים שמרי הראש כי לא היה בכור וישימהו אביהו לראש׃
11 ikincisi Xilqiya, üçüncüsü Tevalya, dördüncüsü Zəkəriyyə. Xosanın bütün oğulları və qohumları on üç nəfər idi.
חלקיהו השני טבליהו השלשי זכריהו הרבעי כל בנים ואחים לחסה שלשה עשר׃
12 Bu adamların başçılıq etdiyi qapıçı bölükləri başqa qohumları kimi Rəbbin məbədində xidmət etmək üçün vəzifələrinə təyin olundular.
לאלה מחלקות השערים לראשי הגברים משמרות לעמת אחיהם לשרת בבית יהוה׃
13 Böyüyü də, kiçiyi də ata nəsillərinə görə hər qapı üçün püşk atdı.
ויפילו גורלות כקטן כגדול לבית אבותם לשער ושער׃
14 Şelemya üçün püşk Şərq qapısına düşdü. Onun oğlu ağıllı məsləhətçi olan Zəkəriyyə üçün də püşk atdılar. Onun püşkü Şimal qapısına düşdü.
ויפל הגורל מזרחה לשלמיהו וזכריהו בנו יועץ בשכל הפילו גורלות ויצא גורלו צפונה׃
15 Oved-Edom üçün püşk Cənub qapısına, oğulları üçün isə anbar evinə düşdü.
לעבד אדם נגבה ולבניו בית האספים׃
16 Şuppim və Xosa üçün püşk Qərb qapısına və yuxarı qalxan yolda olan Şalleket qapısına düşdü. Bunların hamısı növbə ilə beləcə keşik çəkirdi.
לשפים ולחסה למערב עם שער שלכת במסלה העולה משמר לעמת משמר׃
17 Şərq qapısı üçün altı Levili, Şimal qapısı üçün gündə dörd Levili, Cənub qapısı üçün gündə dörd Levili və hər iki anbar üçün iki Levili.
למזרח הלוים ששה לצפונה ליום ארבעה לנגבה ליום ארבעה ולאספים שנים שנים׃
18 Qərb tərəfdə olan həyət üçün isə yolda dördü, həyətdə ikisi dururdu.
לפרבר למערב ארבעה למסלה שנים לפרבר׃
19 Bunlar Qorah və Merari nəsillərindən olan qapıçı bölmələridir.
אלה מחלקות השערים לבני הקרחי ולבני מררי׃
20 Allah evinin xəzinələrinə və təqdis olunan şeylərin xəzinələrinə nəzarət edən Levililər – onların qohumları bunlardır:
והלוים אחיה על אוצרות בית האלהים ולאצרות הקדשים׃
21 Gerşonlulardan olan Ladanın nəslindən Ladanın nəsil başçısı Gerşonlu Yexieli,
בני לעדן בני הגרשני ללעדן ראשי האבות ללעדן הגרשני יחיאלי׃
22 Rəbbin məbədinin xəzinələrinə nəzarət edən Yexielinin oğulları Zetam və onun qardaşı Yoel.
בני יחיאלי זתם ויואל אחיו על אצרות בית יהוה׃
23 Amramın, İsharın, Xevronun və Uzzielin nəsillərindən
לעמרמי ליצהרי לחברוני לעזיאלי׃
24 Musa oğlu Gerşomun nəslindən olan Şevuel xəzinələr üzərində baş nəzarətçi idi.
ושבאל בן גרשום בן משה נגיד על האצרות׃
25 Gerşomun qardaşı Eliezerin nəsli: onun oğlu Rexavya, onun oğlu Yeşaya, onun oğlu Yoram, onun oğlu Zikri, onun oğlu Şelomit.
ואחיו לאליעזר רחביהו בנו וישעיהו בנו וירם בנו וזכרי בנו ושלמות בנו׃
26 Şelomit və onun qohumları bütün təqdis olunan şeylər xəzinələri üzərində nəzarətçi idi. Bu şeyləri padşah Davud, minbaşı və yüzbaşı olan nəsil və ordu başçıları təqdis etmişdi.
הוא שלמות ואחיו על כל אצרות הקדשים אשר הקדיש דויד המלך וראשי האבות לשרי האלפים והמאות ושרי הצבא׃
27 Müharibələrdə ələ keçirilən təqdis olunmuş qənimətin bir hissəsini Rəbbin məbədini təmin etmək üçün ayırmışdılar.
מן המלחמות ומן השלל הקדישו לחזק לבית יהוה׃
28 Hər kəsin təqdis etdiyi şeylər – görücü Şamuelin, Qiş oğlu Şaulun, Ner oğlu Avnerin və Seruya oğlu Yoavın təqdis etdiyi şeylərin hamısı Şelomitin və onun qohumlarının nəzarəti altında idi.
וכל ההקדיש שמואל הראה ושאול בן קיש ואבנר בן נר ויואב בן צרויה כל המקדיש על יד שלמית ואחיו׃
29 İshar nəslindən Kenanya və onun oğulları İsrail üzərində məmur və hakim olub məbəddən kənardakı işlərə baxırdı.
ליצהרי כנניהו ובניו למלאכה החיצונה על ישראל לשטרים ולשפטים׃
30 Xevronun nəslindən igid adamlar olan Xaşavya və onun qardaşları – min yeddi yüz nəfər Rəbbə ibadət işi və padşahın xidmət işi üçün İordan çayının qərb tayında yaşayan İsraillilər üzərində məmur idi.
לחברוני חשביהו ואחיו בני חיל אלף ושבע מאות על פקדת ישראל מעבר לירדן מערבה לכל מלאכת יהוה ולעבדת המלך׃
31 Xevronun nəslindən olan Yeriya Xevronluların nəsil başçısı idi. Davudun padşahlığının qırxıncı ilində onların nəsil şəcərələrinə baxıldı və Gileadın Yazer şəhərində onların arasında igid adamlar tapıldı.
לחברוני יריה הראש לחברוני לתלדתיו לאבות בשנת הארבעים למלכות דויד נדרשו וימצא בהם גבורי חיל ביעזיר גלעד׃
32 Yeriyanın nəsil başçıları olan qohumları igid adamlar idi və sayları iki min yeddi yüz nəfər idi. Padşah Davud Allahın və padşahın xidmət işi üçün Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı üzərində onları məmur qoydu.
ואחיו בני חיל אלפים ושבע מאות ראשי האבות ויפקידם דויד המלך על הראובני והגדי וחצי שבט המנשי לכל דבר האלהים ודבר המלך׃

< Birinci Salnamələr 26 >