< Birinci Salnamələr 24 >

1 Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.
וְלִבְנֵ֥י אַהֲרֹ֖ן מַחְלְקוֹתָ֑ם בְּנֵ֣י אַהֲרֹ֔ן נָדָב֙ וַאֲבִיה֔וּא אֶלְעָזָ֖ר וְאִיתָמָֽר׃
2 Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu.
וַיָּ֨מָת נָדָ֤ב וַאֲבִיהוּא֙ לִפְנֵ֣י אֲבִיהֶ֔ם וּבָנִ֖ים לֹא־הָי֣וּ לָהֶ֑ם וַֽיְכַהֲנ֔וּ אֶלְעָזָ֖ר וְאִיתָמָֽר׃
3 Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı.
וַיֶּֽחָלְקֵ֣ם דָּוִ֔יד וְצָדוֹק֙ מִן־בְּנֵ֣י אֶלְעָזָ֔ר וַאֲחִימֶ֖לֶךְ מִן־בְּנֵ֣י אִיתָמָ֑ר לִפְקֻדָּתָ֖ם בַּעֲבֹדָתָֽם׃
4 Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər.
וַיִּמָּצְא֣וּ בְֽנֵי־אֶלְעָזָ֡ר רַבִּ֞ים לְרָאשֵׁ֧י הַגְּבָרִ֛ים מִן־בְּנֵ֥י אִיתָמָ֖ר וַֽיַּחְלְק֑וּם לִבְנֵ֨י אֶלְעָזָ֜ר רָאשִׁ֤ים לְבֵית־אָבוֹת֙ שִׁשָּׁ֣ה עָשָׂ֔ר וְלִבְנֵ֧י אִיתָמָ֛ר לְבֵ֥ית אֲבוֹתָ֖ם שְׁמוֹנָֽה׃
5 Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi.
וַיַּחְלְק֥וּם בְּגוֹרָל֖וֹת אֵ֣לֶּה עִם־אֵ֑לֶּה כִּי־הָי֤וּ שָֽׂרֵי־קֹ֙דֶשׁ֙ וְשָׂרֵ֣י הָאֱלֹהִ֔ים מִבְּנֵ֥י אֶלְעָזָ֖ר וּבִבְנֵ֥י אִיתָמָֽר׃ ס
6 Padşahın, rəislərin, kahin Sadoqun, Evyatar oğlu Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə Levili mirzə Netanel oğlu Şemaya onları qeydə aldı. Bir nəsil Eleazar üçün, o biri İtamar üçün alındı.
וַֽיִּכְתְּבֵ֡ם שְֽׁמַֽעְיָה֩ בֶן־נְתַנְאֵ֨ל הַסּוֹפֵ֜ר מִן־הַלֵּוִ֗י לִפְנֵ֨י הַמֶּ֤לֶךְ וְהַשָּׂרִים֙ וְצָד֣וֹק הַכֹּהֵ֗ן וַאֲחִימֶ֙לֶךְ֙ בֶּן־אֶבְיָתָ֔ר וְרָאשֵׁי֙ הָֽאָב֔וֹת לַכֹּהֲנִ֖ים וְלַלְוִיִּ֑ם בֵּֽית־אָ֣ב אֶחָ֗ד אָחֻז֙ לְאֶלְעָזָ֔ר וְאָחֻ֥ז ׀ אָחֻ֖ז לְאִיתָמָֽר׃ פ
7 Birinci püşk Yehoyarivə, ikincisi Yedayaya,
וַיֵּצֵ֞א הַגּוֹרָ֤ל הָרִאשׁוֹן֙ לִיה֣וֹיָרִ֔יב לִֽידַעְיָ֖ה הַשֵּׁנִֽי׃
8 üçüncüsü Xarimə, dördüncüsü Seorimə,
לְחָרִם֙ הַשְּׁלִישִׁ֔י לִשְׂעֹרִ֖ים הָרְבִעִֽי׃
9 beşincisi Malkiyaya, altıncısı Miyaminə,
לְמַלְכִּיָּה֙ הַחֲמִישִׁ֔י לְמִיָּמִ֖ן הַשִּׁשִּֽׁי׃
10 yeddincisi Haqqosa, səkkizincisi Aviyaya,
לְהַקּוֹץ֙ הַשְּׁבִעִ֔י לַאֲבִיָּ֖ה הַשְּׁמִינִֽי׃
11 doqquzuncusu Yeşuaya, onuncusu Şekanyaya,
לְיֵשׁ֙וּעַ֙ הַתְּשִׁעִ֔י לִשְׁכַנְיָ֖הוּ הָעֲשִׂרִֽי׃
12 on birincisi Elyaşivə, on ikincisi Yaqimə,
לְאֶלְיָשִׁיב֙ עַשְׁתֵּ֣י עָשָׂ֔ר לְיָקִ֖ים שְׁנֵ֥ים עָשָֽׂר׃
13 on üçüncüsü Xuppaya, on dördüncüsü Yeşevaya,
לְחֻפָּה֙ שְׁלֹשָׁ֣ה עָשָׂ֔ר לְיֶֽשֶׁבְאָ֖ב אַרְבָּעָ֥ה עָשָֽׂר׃
14 on beşincisi Bilqaya, on altıncısı İmmerə,
לְבִלְגָּה֙ חֲמִשָּׁ֣ה עָשָׂ֔ר לְאִמֵּ֖ר שִׁשָּׁ֥ה עָשָֽׂר׃
15 on yeddincisi Xezirə, on səkkizincisi Happissesə,
לְחֵזִיר֙ שִׁבְעָ֣ה עָשָׂ֔ר לְהַפִּצֵּ֖ץ שְׁמוֹנָ֥ה עָשָֽׂר׃
16 on doqquzuncusu Petahyaya, iyirmincisi Yezekelə,
לִֽפְתַחְיָה֙ תִּשְׁעָ֣ה עָשָׂ֔ר לִֽיחֶזְקֵ֖אל הָעֶשְׂרִֽים׃
17 iyirmi birincisi Yakinə, iyirmi ikincisi Qamula,
לְיָכִין֙ אֶחָ֣ד וְעֶשְׂרִ֔ים לְגָמ֖וּל שְׁנַ֥יִם וְעֶשְׂרִֽים׃
18 iyirmi üçüncüsü Delayaya, iyirmi dördüncüsü Maazyaya çıxdı.
לִדְלָיָ֙הוּ֙ שְׁלֹשָׁ֣ה וְעֶשְׂרִ֔ים לְמַֽעַזְיָ֖הוּ אַרְבָּעָ֥ה וְעֶשְׂרִֽים׃ פ
19 İsrailin Allahı Rəbbin əmr etdiyi kimi babaları Harunun vasitəsilə onlara verilən qaydalarına görə, Rəbbin məbədinə girmək üçün xidmət işinə görə növbələri belə idi.
אֵ֣לֶּה פְקֻדָּתָ֞ם לַעֲבֹדָתָ֗ם לָב֤וֹא לְבֵית־יְהוָה֙ כְּמִשְׁפָּטָ֔ם בְּיַ֖ד אַהֲרֹ֣ן אֲבִיהֶ֑ם כַּאֲשֶׁ֣ר צִוָּ֔הוּ יְהוָ֖ה אֱלֹהֵ֥י יִשְׂרָאֵֽל׃ פ
20 Levililərin qalan bölmələri bunlardır: Amramın nəslindən Şuvael, Şuvaelin nəslindən Yexdeya.
וְלִבְנֵ֥י לֵוִ֖י הַנּוֹתָרִ֑ים לִבְנֵ֤י עַמְרָם֙ שֽׁוּבָאֵ֔ל לִבְנֵ֥י שׁוּבָאֵ֖ל יֶחְדְּיָֽהוּ׃
21 Rexavyanın nəslindən ilk oğlu İşşiya.
לִרְחַבְיָ֑הוּ לִבְנֵ֣י רְחַבְיָ֔הוּ הָרֹ֖אשׁ יִשִּׁיָּֽה׃
22 İsharın nəslindən Şelomot, Şelomotun nəslindən Yaxat.
לַיִּצְהָרִ֣י שְׁלֹמ֔וֹת לִבְנֵ֥י שְׁלֹמ֖וֹת יָֽחַת׃
23 Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel, dördüncüsü Yeqameam.
וּבְנָ֖י יְרִיָּ֑הוּ אֲמַרְיָ֙הוּ֙ הַשֵּׁנִ֔י יַחֲזִיאֵל֙ הַשְּׁלִישִׁ֔י יְקַמְעָ֖ם הָרְבִיעִֽי׃
24 Uzzielin nəslindən Mikeya, Mikeyanın nəslindən Şamir.
בְּנֵ֤י עֻזִּיאֵל֙ מִיכָ֔ה לִבְנֵ֥י מִיכָ֖ה שָׁמִֽיר׃
25 Mikeyanın qardaşı İşşiya, İşşiyanın nəslindən Zəkəriyyə.
אֲחִ֤י מִיכָה֙ יִשִּׁיָּ֔ה לִבְנֵ֥י יִשִּׁיָּ֖ה זְכַרְיָֽהוּ׃
26 Merarinin oğulları: Maxli, Muşi, onun nəslindən Yaaziya.
בְּנֵ֤י מְרָרִי֙ מַחְלִ֣י וּמוּשִׁ֔י בְּנֵ֖י יַעֲזִיָּ֥הֽוּ בְנֽוֹ׃
27 Merari nəslindən olan Yaaziyanın oğulları: Şoham, Zakkur və İvri.
בְּנֵ֖י מְרָרִ֑י לְיַֽעֲזִיָּ֣הֽוּ בְנ֔וֹ וְשֹׁ֥הַם וְזַכּ֖וּר וְעִבְרִֽי׃
28 Maxlinin nəslindən Eleazar. Onun oğlu yox idi.
לְמַחְלִי֙ אֶלְעָזָ֔ר וְלֹא־הָ֥יָה ל֖וֹ בָּנִֽים׃
29 Qişin nəslindən Yeraxmeel.
לְקִ֖ישׁ בְּנֵי־קִ֥ישׁ יְרַחְמְאֵֽל׃
30 Muşinin oğulları: Maxli, Eder və Yerimot. Bunlar nəsillərinə görə Levililərin bölükləridir.
וּבְנֵ֣י מוּשִׁ֔י מַחְלִ֥י וְעֵ֖דֶר וִירִימ֑וֹת אֵ֛לֶּה בְּנֵ֥י הַלְוִיִּ֖ם לְבֵ֥ית אֲבֹתֵיהֶֽם׃
31 Onlar da qohumları olan Harun nəsli kimi padşah Davudun, Sadoqun, Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə püşk atdılar. Böyük nəsil başçıları da, qohumları olan kiçik nəsil başçıları da eyni qayda ilə püşk atdılar.
וַיַּפִּילוּ֩ גַם־הֵ֨ם גּוֹרָל֜וֹת לְעֻמַּ֣ת ׀ אֲחֵיהֶ֣ם בְּנֵֽי־אַהֲרֹ֗ן לִפְנֵ֨י דָוִ֤יד הַמֶּ֙לֶךְ֙ וְצָד֣וֹק וַאֲחִימֶ֔לֶךְ וְרָאשֵׁי֙ הָֽאָב֔וֹת לַכֹּהֲנִ֖ים וְלַלְוִיִּ֑ם אָב֣וֹת הָרֹ֔אשׁ לְעֻמַּ֖ת אָחִ֥יו הַקָּטָֽן׃ ס

< Birinci Salnamələr 24 >