< Birinci Salnamələr 23 >

1 Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.
وقتی داوود پیر و سالخورده شد پسرش سلیمان را بر تخت سلطنت اسرائیل نشاند.
2 Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı.
داوود تمام رهبران اسرائیل و کاهنان و لاویان را جمع کرد.
3 Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi.
سپس دستور داد که از لاویان سرشماری به عمل آید. تعداد کل مردان لاوی سی ساله و بالاتر، سی و هشت هزار نفر بود.
4 Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbədində xidmət üçün qoyuldu. Altı min məmur və hakim,
داوود فرمان داد که بیست و چهار هزار نفر از آنها بر کار ساختمان خانهٔ خداوند نظارت کنند، شش هزار نفر قاضی و مأمور اجرا باشند،
5 dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu.
چهار هزار نفر نگهبان خانهٔ خدا و چهار هزار نفر دیگر با آلات موسیقی که او تهیه کرده بود خداوند را ستایش کنند.
6 Levinin Gerşon, Qohat və Merari nəsillərinə görə Davud onları bölmələrə ayırdı.
سپس داوود آنها را برحسب طایفه‌های لاوی، به سه دسته تقسیم کرد: جرشون، قهات و مراری.
7 Gerşonun nəslindən: Ladan və Şimey.
دستهٔ جرشون از دو گروه به نامهای پسرانش لعدان و شمعی تشکیل شده بود.
8 Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər.
این دو گروه نیز از شش گروه دیگر تشکیل شده بودند که به نام پسران لعدان و شمعی خوانده می‌شدند. اسامی پسران لعدان یحی‌ئیل، زیتام و یوئیل بود. ایشان رهبران خاندان لعدان بودند. اسامی پسران شمعی شلومیت، حزی‌ئیل و هاران بود.
9 Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi.
10 Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi.
خاندانهای شمعی به اسم یحت، زینا، یعوش و بریعه (چهار پسر شمعی) نامیده می‌شدند.
11 Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı.
یحت بزرگتر از همه بود و بعد زینا. اما یعوش و بریعه با هم یک خاندان را تشکیل می‌دادند، چون هیچ‌کدام پسران زیادی نداشتند.
12 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər.
دستهٔ قهات از چهار گروه به نامهای پسرانش عمرام، یصهار، حبرون و عزی‌ئیل تشکیل شده بود.
13 Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu.
عمرام پدر موسی و هارون بود. هارون و نسل او برای خدمت مقدّس تقدیم قربانی و هدایای بنی‌اسرائیل به حضور خداوند انتخاب شدند تا پیوسته خداوند را خدمت کنند و بنی‌اسرائیل را به نام خداوند برکت دهند.
14 Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı.
جرشوم و العازار پسران موسی، مرد خدا نیز جزو قبیلهٔ لاوی بودند.
15 Musanın oğulları: Gerşom və Eliezer.
16 Gerşomun ilk oğlu Şevuel.
بین پسران جرشوم، شبوئیل رهبر بود.
17 Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi.
العازار فقط یک پسر داشت به نام رحبیا. رحبیا رهبر خاندان خود بود و فرزندان بسیار داشت.
18 İsharın ilk oğlu Şelomit.
از پسران یصهار، شلومیت رهبر خاندان بود.
19 Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam.
پسران حبرون عبارت بودند از: یریا، امریا، یحزی‌ئیل و یقمعام.
20 Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya.
پسران عزی‌ئیل، میکا و یشیا بودند.
21 Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş.
مراری دو پسر داشت به نامهای محلی و موشی. العازار و قیس پسران محلی بودند.
22 Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin oğulları onları arvad aldılar.
وقتی العازار مرد پسری نداشت. دخترانش با پسر عموهای خود، یعنی پسران قیس ازدواج کردند.
23 Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər.
موشی هم سه پسر داشت: محلی، عادر و یریموت.
24 Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi.
هنگام سرشماری، تمام مردان لاوی که بیست ساله یا بالاتر بودند، جزو این طوایف و خاندانها اسم‌نویسی شدند و همه برای خدمت در خانهٔ خداوند تعیین گردیدند.
25 Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq.
داوود گفت: «خداوند، خدای اسرائیل به ما صلح و آرامش بخشیده و برای همیشه در اورشلیم ساکن شده است.
26 Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq».
پس دیگر لزومی ندارد لاویان خیمهٔ عبادت و لوازم آن را از مکانی به مکان دیگر حمل کنند.»
27 Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı.
به این ترتیب طبق آخرین دستور داوود تمام مردان قبیلهٔ لاوی بیست ساله و بالاتر، سرشماری شدند.
28 Onların vəzifəsi Rəbbin məbədində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək,
وظیفهٔ لاویان این بود که در خدمت خانهٔ خداوند کاهنان را که از نسل هارون بودند، کمک کنند. نگهداری حیاط و اتاقهای خانهٔ خدا و نیز طهارت اشیاء مقدّس نیز به عهدهٔ ایشان بود.
29 təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq,
تهیهٔ نان حضور، آرد برای هدیهٔ آردی، نانهای فطیر، پختن و آغشته کردن هدایا به روغن زیتون و وزن کردن هدایا نیز جزو وظایف لاویان بود.
30 hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək,
ایشان هر روز صبح و عصر در حضور خداوند می‌ایستادند و با سرود او را ستایش می‌کردند.
31 Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək.
همین کار را هنگام تقدیم قربانیهای سوختنی به خداوند در روز شَبّات و ماه نو و جشنهای سالیانه انجام می‌دادند. لاویان موظف بودند به تعداد مناسب و به طریق تعیین شده به طور مرتب خدمت کنند.
32 Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər.
ایشان از خیمهٔ ملاقات و خانهٔ خداوند مواظبت می‌نمودند و کاهنان را که از نسل هارون بودند، کمک می‌کردند.

< Birinci Salnamələr 23 >