< Birinci Salnamələr 22 >

1 Buna görə də Davud dedi: «Rəbb Allahın evi burada olsun, burada İsrail üçün yandırma qurbanları gətirilən qurbangah da olsun».
ויאמר דויד--זה הוא בית יהוה האלהים וזה מזבח לעלה לישראל
2 Davud İsrail torpağında olan qəriblərin yığılmasını əmr etdi və Allah evinin tikilişinə yonma daşlar düzəltmək üçün onların arasından daşyonanlar təyin etdi.
ויאמר דויד--לכנוס את הגרים אשר בארץ ישראל ויעמד חצבים לחצוב אבני גזית לבנות בית האלהים
3 Davud qapı taylarının mıxları və rəzələri üçün çoxlu dəmir hazırladı. Həmçinin çoxluğuna görə çəkiyə gəlməz tunc hazırladı
וברזל לרב למסמרים לדלתות השערים ולמחברות--הכין דויד ונחשת לרב אין משקל
4 və saysız-hesabsız sidr ağacları da yığdı. Çünki Sidonlular və Surlular Davuda çoxlu sidr ağacları gətirmişdi.
ועצי ארזים לאין מספר כי הביאו הצידנים והצרים עצי ארזים לרב--לדויד
5 Davud öz-özünə dedi: «Oğlum Süleyman cavandır, təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır. Buna görə onun üçün hazırlıq görməliyəm». Beləliklə, Davud ölümündən əvvəl çoxlu hazırlıq işləri gördü.
ויאמר דויד שלמה בני נער ורך והבית לבנות ליהוה להגדיל למעלה לשם ולתפארת לכל הארצות אכינה נא לו ויכן דויד לרב לפני מותו
6 Davud oğlu Süleymanı çağırdı və İsrailin Allahı Rəbb üçün məbəd tikməyi ona vəsiyyət etdi.
ויקרא לשלמה בנו ויצוהו לבנות בית ליהוה אלהי ישראל
7 Davud Süleymana dedi: «Ey oğlum, mənim ürəyimdə Allahım Rəbbin adına məbəd tikmək istəyi vardı.
ויאמר דויד לשלמה בנו (בני)--אני היה עם לבבי לבנות בית לשם יהוה אלהי
8 Ancaq mənə Rəbbin bu sözü nazil oldu: “Sən çoxlu qan tökdün və böyük müharibələr etdin. Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki önümdə yerə çoxlu qan tökmüsən.
ויהי עלי דבר יהוה לאמר דם לרב שפכת ומלחמות גדלות עשית לא תבנה בית לשמי--כי דמים רבים שפכת ארצה לפני
9 Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm.
הנה בן נולד לך הוא יהיה איש מנוחה והניחותי לו מכל אויביו מסביב כי שלמה יהיה שמו ושלום ושקט אתן על ישראל בימיו
10 O Mənim adıma məbəd tikəcək. O Mənə oğul olacaq, Mən də ona ata olacağam. Onun padşahlıq taxtını İsrail üzərində əbədi olaraq möhkəmlədəcəyəm”.
הוא יבנה בית לשמי והוא יהיה לי לבן ואני לו לאב והכינותי כסא מלכותו על ישראל--עד עולם
11 İndi, oğlum, qoy Rəbb sənə yar olsun, sənin barəndə söylədiyi kimi Allahın Rəbbin məbədini uğurla tikəsən.
עתה בני יהי יהוה עמך והצלחת ובנית בית יהוה אלהיך כאשר דבר עליך
12 Ancaq Rəbb səni İsrailə hökm etmək üçün qoyanda sənə müdriklik və həssaslıq versin ki, Allahın Rəbbin verdiyi Qanuna əməl edəsən.
אך יתן לך יהוה שכל ובינה ויצוך על ישראל ולשמור את תורת יהוה אלהיך
13 Əgər İsrail barədə Rəbbin Musaya əmr etdiyi qaydalara və hökmlərə əməl etsən, uğur qazanacaqsan. Möhkəm və cəsarətli ol, qorxma və ruhdan düşmə.
אז תצליח--אם תשמור לעשות את החקים ואת המשפטים אשר צוה יהוה את משה על ישראל חזק ואמץ אל תירא ואל תחת
14 Bax böyük cəhdlə Rəbbin məbədi üçün yüz min talant qızıl, bir milyon talant gümüş, çox olduğu üçün çəkiyə gəlməz tunc və dəmir yığdım, həmçinin ağaclar və daşlar hazırladım. Sən də bunların üstünə əlavə et.
והנה בעניי הכינותי לבית יהוה זהב ככרים מאה אלף וכסף אלף אלפים ככרים ולנחשת ולברזל אין משקל כי לרב היה ועצים ואבנים הכינותי ועליהם תוסיף
15 Sənin yanında çoxlu işçilər – daşyonanlar, bənnalar, dülgərlər,
ועמך לרב עשי מלאכה--חצבים וחרשי אבן ועץ וכל חכם בכל מלאכה
16 hər cür qızıl, gümüş, tunc və dəmir işini bacaran ustalar var. Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun».
לזהב לכסף ולנחשת ולברזל אין מספר קום ועשה ויהי יהוה עמך
17 Davud İsrailin bütün başçılarına oğlu Süleymana kömək etməyi vəsiyyət edib dedi:
ויצו דויד לכל שרי ישראל לעזר לשלמה בנו
18 «Allahınız Rəbb sizinlə deyilmi? O, ölkədə yaşayanları mənim ixtiyarıma verməklə sizə hər tərəfdən dinclik vermədimi? Ölkə Rəbbə və Onun xalqına tabe edilib.
הלא יהוה אלהיכם עמכם והניח לכם מסביב כי נתן בידי את ישבי הארץ ונכבשה הארץ לפני יהוה ולפני עמו
19 İndi ürəyinizi və canınızı Allahınız Rəbbi axtarmağa yönəldin. Rəbb Allahın Müqəddəs məkanını tikməyə başlayın ki, Rəbbin Əhd sandığını və Allahın müqəddəs əşyalarını Rəbbin adına tikilmiş məbədə gətirəsiniz».
עתה תנו לבבכם ונפשכם לדרוש ליהוה אלהיכם וקומו ובנו את מקדש יהוה האלהים להביא את ארון ברית יהוה וכלי קדש האלהים לבית הנבנה לשם יהוה

< Birinci Salnamələr 22 >