< Birinci Salnamələr 17 >

1 Davud sarayında yaşayan vaxt peyğəmbər Natana dedi: «Mən sidr ağacından tikilən bir sarayda yaşayıram, Rəbbin Əhd sandığı isə çadır altındadır».
Now when David was living in his house, he said to the prophet Nathan: “Behold, I live in a house of cedar. But the ark of the covenant of the Lord is under tent skins.”
2 Natan Davuda dedi: «Ürəyindəki niyyəti həyata keçir, çünki Allah səninlədir».
And Nathan said to David: “Do all that is in your heart. For God is with you.”
3 Lakin gecə Natana Allahın bu sözü nazil oldu:
And yet, that night the word of God came to Nathan, saying:
4 «Get qulum Davuda söylə ki, Rəbb belə deyir: “Yaşamaq üçün Mənə evi sən tikməyəcəksən,
“Go, and speak to my servant David: Thus says the Lord: You shall not build a house for me as a dwelling place.
5 çünki İsraili çıxartdığım gündən bu günə qədər heç bir evdə yaşamadım, yalnız çadırdan çadıra, məskəndən məskənə gəzdim.
For I have not stayed in a house from the time when I led out Israel, even to this day. Instead, I have been continually changing places, in a tabernacle and tent,
6 Bütün İsraillilərlə birgə gəzdiyim yerlərdə xalqımın qayğısına qalmağı buyurduğum İsrail hakimlərindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev tikmədiniz?› deyə bir söz söyləmişəmmi?”
dwelling with all of Israel. When did I ever speak to any one at all, among the judges of Israel whom I placed in charge so that they might pasture my people, saying: ‘Why have you not built a house of cedar for me?’
7 İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otararkən götürüb xalqım İsrailə hökmdar etdim.
And so, now you shall say this to my servant David: Thus says the Lord of hosts: I took you when you were following the flock in the pastures, so that you would be the leader of my people Israel.
8 Getdiyin hər yerdə səninlə oldum, qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm.
And I have been with you wherever you have gone. And I have slain all your enemies before you, and I have made a name for you like one of the great ones who are celebrated upon the earth.
9 Xalqım İsrail üçün bir yer təyin edəcəyəm, o kök atıb bu yerdə yaşayacaq və bir daha sarsılmayacaq. Şər adamlar əvvəllər – xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onu qırıb-çatmayacaq.
And I have given a place to my people Israel. They shall be planted, and they shall live in it, and they shall no longer be moved. Neither shall the sons of iniquity wear them away, as in the beginning,
10 Bütün düşmənlərini əzəcəyəm. Sənə bildirirəm ki, Rəbb sənə bir ev tikəcək.
from the days when I gave judges to my people Israel, and I humbled all your enemies. Therefore, I announce to you that the Lord will build a house for you.
11 Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm.
And when you will have completed your days, so that you go to your fathers, I will raise up your offspring after you, who shall be from your sons. And I will establish his kingdom.
12 O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm.
He shall build a house for me, and I will make firm his throne, even unto eternity.
13 Mən ona Ata, o isə Mənə oğul olacaq. Lütfümü səndən əvvəl olan adamdan geri aldığım kimi ondan geri almayacağam.
I will be a father to him, and he shall be a son to me. And I will not take away my mercy from him, as I took it away from the one who was before you.
14 Onu Öz evimin və padşahlığımın üzərinə əbədi olaraq qoyacağam, onun taxtı əbədi möhkəm qalacaq”».
And I will station him in my house and in my kingdom, even forever. And his throne will be very firm, in perpetuity.”
15 Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.
According to all these words, and according to this entire vision, so did Nathan speak to David.
16 Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Rəbb Allah, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın?
And when king David had departed, and had sat down before the Lord, he said: “Who am I, O Lord God, and what is my house, that you would grant such things to me?
17 Ey Allah, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Mənə yüksək bir adam kimi baxırsan, ya Rəbb Allah!
But even this has seemed little in your sight, and therefore you have also spoken about the house of your servant even for the future. And you have made me a spectacle above all men, O Lord God.
18 Bu quluna izzət verdiyin üçün Davud Sənə daha nə deyə bilər? Sən ki bu qulunu tanıyırsan.
What more can David add, since you have so glorified your servant, and have known him?
19 Ya Rəbb, qulundan ötrü və Öz istəyinə görə bu böyük işlərin hamısını etdin ki, bütün əzəmətini göstərəsən.
O Lord, because of your servant, in accord with your own heart, you have brought about all this magnificence, and you have willed all these great things to be known.
20 Ya Rəbb, qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.
O Lord, there is no one like you. And there is no other God apart from you, out of all whom we have heard about with our ears.
21 Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqının önündən millətləri qovaraq böyük və xariqəli işlərlə Özünə şöhrət qazandın.
For what other single nation upon earth is like your people Israel, to whom God reached out, so that he might free them, and might make a people for himself, and by his greatness and terribleness cast out the nations before the face of those whom he had freed from Egypt?
22 Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq müəyyən etdin və Sən, ya Rəbb, onların Allahı oldun.
And you have set your people Israel to be your people, even unto eternity. And you, O Lord, have become their God.
23 İndi isə, ya Rəbb, bu qulun və onun nəsli haqqında söylədiyin söz əbədi olaraq yerinə yetsin və dediyinə əməl et.
Now therefore, O Lord, let the word that you have spoken to your servant, and over his house, be confirmed in perpetuity, and do just as you have spoken.
24 Qoy adın əbədi olaraq qalsın və izzətlənsin, “İsrailin Allahı Ordular Rəbbi İsraili saxlayan Allahdır” desinlər. Qulun Davudun nəsli də Sənin önündə möhkəm qalsın.
And may your name remain and be magnified even for all time. And let it be said: ‘The Lord of hosts is the God of Israel. And the house of his servant David remains forever before him.’
25 Çünki, Sən ey Allahım, “sənə ev tikəcəyəm” deyərək bunu quluna çatdırdın və buna görə qulun önündə dua etməyə cəsarət tapdı.
For you, O Lord my God, have revealed to the ear of your servant that you will build a house for him. And therefore your servant has found faith so that he might pray before you.
26 Ya Rəbb, Sən Allahsan və indi də quluna bu yaxşı şeyi vəd etdin.
Now then, O Lord, you are God. And you have spoken to your servant such great benefits.
27 Əbədi olaraq Sənin önündə olsun deyə bu qulunun nəslinə xeyir-dua vermək Sənə xoş göründü. Sən, ya Rəbb, ona xeyir-dua verdiyin üçün o əbədi olaraq xeyir-dua almışdır».
And you have begun to bless the house of your servant, so that it may be always before you. For since it is you who is blessing, O Lord, it shall be blessed forever.”

< Birinci Salnamələr 17 >