< Birinci Salnamələr 16 >

1 Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər.
و تابوت خدا را آورده، آن را در خيمه اي که داود برايش برپا کرده بود، گذاشتند؛ و قرباني هاي سوختني و ذبايح سلامتي به حضور خدا گذرانيدند.۱
2 Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi.
و چون داود از گذرانيدن قرباني هاي سوختني و ذبايح سلامتي فارغ شد، قوم را به اسم خداوند برکت داد.۲
3 O bütün İsraillilərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı.
و به جميع اسرائيليان به مردان و زنان به هر يکي يک گرده نان و يک پاره گوشت ويک قرص کشمش بخشيد.۳
4 Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu.
و بعضي لاويان براي خدمتگزاري پيش تابوت خداوند تعيين نمود تا يهُوَه خداي اسرائيل را ذکر نمايند و شکر گويند و تسبيح خوانند،۴
5 Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf,
يعني آساف رئيس و بعد از او زکريا و يعيئيل و شَمِيرامُوت و يحيئيل و مَتَّتيا و اَلِيآب و بنايا و عُوبيد اَدُوم و يعيئيل را با عودها و بربطها و آساف با سنجها مي نواخت.۵
6 Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel.
و بنايا و يحزِيئيل کهنه پيش تابوت عهد خدا با کرّناها دائماً (حاضر مي بودند).۶
7 O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı.
پس در همان روز داود اولاً (اين سرود را) به دست آساف و برادرانش داد تا خداوند را تسبيح بخوانند:۷
8 «Rəbbə şükür edin, ismini çağırın, Əməllərini xalqlar arasında elan edin!
يهُوَه را حمد گوييد و نام او را بخوانيد. اعمال او را در ميان قومها اعلام نماييد.۸
9 Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin!
اورا بسراييد براي او تسبيح بخوانيد. در تمامي کارهاي عجيب او تفکر نماييد.۹
10 Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
در نام قدّوس او فخر کنيد. دل طالبان خداوند شادمان باشد.۱۰
11 Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın.
خداوند و قوت او را بطلبيد. روي او را پيوسته طالب باشيد.۱۱
12 Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
کارهاي عجيب را که او کرده است، بياد آوريد، آيات او را و داوريهاي دهان وي را،۱۲
13 Ey Onun qulu İsrail nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri!
اي ذريت بنده او اسرائيل! اي فرزندان يعقوب برگزيده او!۱۳
14 Allahımız Rəbb Odur, Hökmü bütün yer üzərindədir.
يهُوَه خداي ما است. داوريهاي او در تمامي جهان است.۱۴
15 Əbədi olaraq – min nəslə qədər əhdini, Əmr etdiyi sözü,
عهد او را بياد آوريد تا ابدالآباد، و کلامي را که به هزاران پشت فرموده است،۱۵
16 İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz.
آن عهدي را که با ابراهيم بسته، و قَسَمي را که براي اسحاق خورده است،۱۶
17 Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi,
و آن را براي يعقوب فريضه قرار داد و براي اسرائيل عهد جاوداني؛۱۷
18 Dedi: “Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm”.
و گفت زمين کَنعان را به تو خواهم داد، تا حصه ميراث شما شود،۱۸
19 O zaman sayca onlar az idilər, Azsaylı olaraq ölkədə qərib idilər.
هنگامي که عددي معدود بوديد، قليل العدد و غربا در آنجا،۱۹
20 Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər.
و از اُمّتي تا اُمّتي سرگردان مي بودند، واز يک مملکت تا قوم ديگر.۲۰
21 Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi.
او نگذاشت که کسي بر ايشان ظلم کند، بلکه پادشاهان را به خاطر ايشان توبيخ نمود،۲۱
22 Dedi: “Məsh elədiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin”.
که بر مسيحان من دست مگذاريد، و انبياي مرا ضرر مرسانيد.۲۲
23 Ey bütün dünya, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu gündən-günə müjdələyin.
اي تمامي زمين يهُوَه را بسراييد. نجات او را روز به روز بشارت دهيد.۲۳
24 Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!
در ميان امّت ها جلال او را ذکر کنيد، و کارهاي عجيب او را در جميع قوم ها.۲۴
25 Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir.
زيرا خداوند عظيم است و بي نهايت محمود؛ و او مُهيب است بر جميع خدايان.۲۵
26 Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir.
زيرا جميع خدايان امّت ها بتهايند. اما يهُوَه آسمانها را آفريد.۲۶
27 Ehtişam və əzəmət hüzurunda olar, Sevinclə qüdrət Onun yerindədir.
مجد و جلال به حضور وي است؛ قوت و شادماني در مکان او است.۲۷
28 Ey xalqların tayfaları, Rəbbə verin – Ehtişamı, qüdrəti Rəbbə verin,
اي قبايل قوم ها خداوند را توصيف نماييد. خداوند را به جلال و قوت توصيف نماييد.۲۸
29 Adına layiq ehtişamı Rəbbə verin, Hüzuruna girib təqdimlər verin. Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin.
خداوند را به جلال اسم او توصيف نماييد. هدايا بياوريد و به حضور وي بياييد. خداوند را در زينت قدوسيت بپرستيد.۲۹
30 Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin! O, dünyanı sarsılmaz və möhkəm qurub.
اي تمامي زمين از حضور وي بلرزيد. ربع مسکون نيز پايدار شد و جنبش نخواهد خورد.۳۰
31 Göylər sevinsin, yer üzü şad olsun! Millətlərə belə elan edin: “Rəbb hökmranlıq edir”.
آسمان شادي کند و زمين سرور نمايد، و در ميان اُمّت ها بگويند که يهُوَه سلطنت مي کند.۳۱
32 Dənizin və dənizdəki canlıların səsi ucalsın, Çöllər və çöldə yaşayanlar fərəhlənsin,
دريا و پري آن غرش نمايد؛ و صحرا و هر چه در آن است به وجد آيد.۳۲
33 Meşədəki bütün ağaclar mədh söyləsin Rəbbin hüzurunda! O, dünyanın hökmünü vermək üçün gəlir.
آنگاه درختان جنگل ترنم خواهند نمود، به حضور خداوند زيرا که براي داوري جهان مي آيد.۳۳
34 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir.
يهُوَه را حمد بگوييد زيرا که نيکو است. زيرا که رحمت او تا ابدالآد است.۳۴
35 Deyin: “Ey qurtarıcımız Allah, bizi qurtar, Bizi millətlərin arasından topla və azad et. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək”.
و بگوييد اي خداي نجات ما ما را نجات بده. و ما را جمع کرده، از ميان اُمت ها رهايي بخش. تا نام قدوس تو را حمد گوييم، و در تسبيح تو فخر نماييم.۳۵
36 Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər!» Bütün xalq «Amin!» söylədi və Rəbbə həmd etdi.
يهُوَه خداي اسرائيل متبارک باد. از ازل تا ابدالآباد. و تمامي قوم آمين گفتند و خداوند را تسبيح خواندند.۳۶
37 Davud orada – Rəbbin Əhd sandığının önündə bu adamları qoydu: hər günün işinə görə sandığın önündə daim xidmət edən Asəf və onun yoldaşları,
پس آساف و برادرانش را آنجا پيش تابوت عهد خداوند گذاشت تا هميشه پيش تابوت به خدمت هر روز در روزش مشغول باشند.۳۷
38 Oved-Edom və onun altmış səkkiz nəfər yoldaşı, qapıçılar Yedutun oğlu Oved-Edom və Xosa.
و عُوبيد اَدُوم و شصت و هشت نفر برادران ايشان و عُوبيد اَدُوم بن يدِيتُون و حُوسَه دربانان را.۳۸
39 O, Giveonda olan səcdəgahda, Rəbbin məskəni önündə, kahin Sadoqu və onun kahin yoldaşlarını qoydu ki,
و صادوقِ کاهن و کاهنان برادرانش را پيش مسکن خداوند در مکان بلندي که در جِبعُون بود،۳۹
40 Rəbbin İsrailə əmr etdiyi Qanunda yazılanların hamısına görə daim səhər və axşam Rəbbə yandırma qurbanları üçün düzəldilən qurbangahda Ona yandırma qurbanları versinlər.
تا قرباني هاي سوختني براي خداوند بر مذبح قرباني سوختني دائماً صبح و شام بگذرانند بر حسب آنچه در شريعت خداوند که آن را به اسرائيل امر فرموده بود مکتوب است.۴۰
41 Onlarla birgə Hemanı, Yedutunu və adları çəkilən başqa seçilmiş adamları təyin etdi ki, Rəbbə şükür etsinlər, çünki Onun məhəbbəti əbədidir.
و با ايشان هِيمان و يدُوتُون و ساير برگزيدگاني را که اسم ايشان ذکر شده بود تا خداوند را حمد گويند زيرا که رحمت او تا ابدالآباد است.۴۱
42 Heman, Yedutun və həmin adamların əlində Allaha yüksək səslə musiqi çalmaq üçün kərənaylar, sinclər və başqa alətlər var idi. Yedutunun oğulları isə qapıçı oldular.
و همراه ايشان هِيمان و يدُوتُون را با کّرناها و سنجها و آلات نغمات خدا به جهت نوازندگان و پسران يدُوتُون را تا نزد دروازه باشند.۴۲
43 Bütün xalq – hər kəs evinə getdi, Davud da öz evinə xeyir-dua vermək üçün geri qayıtdı.
پس تمامي قوم هر يکي به خانه خود رفتند، اما داود برگشت تا خانه خود را تبرک نمايد.۴۳

< Birinci Salnamələr 16 >