< Birinci Salnamələr 13 >

1 Davud minbaşılar, yüzbaşılar və bütün başçılarla məsləhətləşdi.
ויועץ דויד עם שרי האלפים והמאות--לכל נגיד
2 O bütün İsrail camaatına dedi: «Əgər bu iş sizə xoş gəlsə və Allahımız Rəbbin iradəsi ilə olsa, İsrailin hər tərəfində yaşayan soydaşlarımıza, onlarla birgə otlağı olan şəhərlərdə yaşayan kahinlərə və Levililərə xəbər göndərək ki, bizim yanımıza toplansınlar.
ויאמר דויד לכל קהל ישראל אם עליכם טוב ומן יהוה אלהינו נפרצה נשלחה על אחינו הנשארים בכל ארצות ישראל ועמהם הכהנים והלוים בערי מגרשיהם ויקבצו אלינו
3 Sonra Allahımızın sandığını yanımıza qaytaraq, axı Şaulun dövründə biz ona məhəl qoymurduq».
ונסבה את ארון אלהינו אלינו כי לא דרשנהו בימי שאול
4 Bütün camaat «belə edək» dedi, çünki bütün xalqın nəzərində bu iş doğru idi.
ויאמרו כל הקהל לעשות כן כי ישר הדבר בעיני כל העם
5 Davud Allahın sandığını Qiryat-Yearimdən gətirmək üçün Misirdəki Şixor çayından Xamat keçidinə qədər uzanan torpaqda yaşayan bütün İsrailliləri topladı.
ויקהל דויד את כל ישראל מן שיחור מצרים ועד לבוא חמת להביא את ארון האלהים מקרית יערים
6 Davud bütün İsraillilərlə birgə «keruvlar üzərində taxt quran Rəbb» çağırılan Allahın sandığını Yəhudaya məxsus olan Baalatdan, yəni Qiryat-Yearimdən çıxartmaq üçün oraya getdi.
ויעל דויד וכל ישראל בעלתה אל קרית יערים אשר ליהודה להעלות משם את ארון האלהים יהוה יושב הכרובים--אשר נקרא שם
7 Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın evindən apardılar. Arabanı Uzza və Axyo sürürdü.
וירכיבו את ארון האלהים על עגלה חדשה מבית אבינדב ועזא ואחיו נהגים בעגלה
8 Davud və bütün İsraillilər Allahın hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, sinclərlə və kərənaylarla çalıb oynayırdılar.
ודויד וכל ישראל משחקים לפני האלהים--בכל עז ובשירים ובכנרות ובנבלים ובתפים ובמצלתים ובחצצרות
9 Kidonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb sandığı tutdu.
ויבאו עד גרן כידן וישלח עזא את ידו לאחז את הארון--כי שמטו הבקר
10 Uzza əlini uzadaraq sandığa toxunduğu üçün Rəbb qəzəblənib onu vurdu. Beləcə Uzza orada Allahın önündə öldü.
ויחר אף יהוה בעזא ויכהו על אשר שלח ידו על הארון וימת שם לפני אלהים
11 Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza deyilir.
ויחר לדויד כי פרץ יהוה פרץ בעזא ויקרא למקום ההוא פרץ עזא עד היום הזה
12 Həmin gün Davud Allahdan qorxub dedi: «Allahın sandığını necə yanıma gətirə bilərəm?»
ויירא דויד את האלהים ביום ההוא לאמר היך אביא אלי את ארון האלהים
13 Buna görə də Davud sandığı öz yanına – Davudun şəhərinə gətirmədi, onu yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu.
ולא הסיר דויד את הארון אליו אל עיר דויד ויטהו אל בית עבד אדם הגתי
14 Allahın sandığı üç ay Oved-Edomun evində – onun ailəsinin yanında qaldı. Rəbb Oved-Edomun ailəsinə və ona məxsus hər şeyə bərəkət verdi.
וישב ארון האלהים עם בית עבד אדם בביתו--שלשה חדשים ויברך יהוה את בית עבד אדם ואת כל אשר לו

< Birinci Salnamələr 13 >