< اَلْمَزَامِيرُ 88 >
تَسْبِيحَةٌ. مَزْمُورٌ لِبَنِي قُورَحَ. لِإِمَامِ ٱلْمُغَنِّينَ عَلَى «ٱلْعُودِ» لِلْغِنَاءِ. قَصِيدَةٌ لِهَيْمَانَ ٱلْأَزْرَاحِيِّ يَارَبُّ إِلَهَ خَلَاصِي، بِٱلنَّهَارِ وَٱللَّيْلِ صَرَخْتُ أَمَامَكَ، | ١ 1 |
Bir ilahi. Qorah övladlarının məzmuru. Musiqi rəhbəri üçün Ezrahlı Hemanın «Maxalat leannot» üstə oxunan maskili. Ya Rəbb, ey məni qurtaran Allah, Gecə-gündüz Sənə yalvarıram!
فَلْتَأْتِ قُدَّامَكَ صَلَاتِي. أَمِلْ أُذُنَكَ إِلَى صُرَاخِي، | ٢ 2 |
Qoy duam Sənə çatsın, Qulaq as naləmə.
لِأَنَّهُ قَدْ شَبِعَتْ مِنَ ٱلْمَصَائِبِ نَفْسِي، وَحَيَاتِي إِلَى ٱلْهَاوِيَةِ دَنَتْ. (Sheol ) | ٣ 3 |
Bəlalardan canım boğazıma gəldi, Həyatım ölülər diyarına yaxınlaşır. (Sheol )
حُسِبْتُ مِثْلَ ٱلْمُنْحَدِرِينَ إِلَى ٱلْجُبِّ. صِرْتُ كَرَجُلٍ لَا قُوَّةَ لَهُ. | ٤ 4 |
Qəbirə düşənlərin içində sayılıram, Sanki məndə taqət qalmayıb.
بَيْنَ ٱلْأَمْوَاتِ فِرَاشِي مِثْلُ ٱلْقَتْلَى ٱلْمُضْطَجِعِينَ فِي ٱلْقَبْرِ، ٱلَّذِينَ لَا تَذْكُرُهُمْ بَعْدُ، وَهُمْ مِنْ يَدِكَ ٱنْقَطَعُوا. | ٥ 5 |
Elə bil ölülər içinə düşmüşəm, Yaddaşından silinmişəm, Köməyindən əlimi üzmüşəm, Məzarda yatan meyitlər kimiyəm.
وَضَعْتَنِي فِي ٱلْجُبِّ ٱلْأَسْفَلِ، فِي ظُلُمَاتٍ، فِي أَعْمَاقٍ. | ٦ 6 |
Məni dərin qəbirə, Dərin, qaranlıq bir yerə saldın.
عَلَيَّ ٱسْتَقَرَّ غَضَبُكَ، وَبِكُلِّ تَيَّارَاتِكَ ذَلَّلْتَنِي. سِلَاهْ. | ٧ 7 |
Qəzəbin üstümə gəldi, Təlatümün tamamilə məni əzdi. (Sela)
أَبْعَدْتَ عَنِّي مَعَارِفِي. جَعَلْتَنِي رِجْسًا لَهُمْ. أُغْلِقَ عَلَيَّ فَمَا أَخْرُجُ. | ٨ 8 |
Tanışlarımı məndən uzaqlaşdırdın, Onlarda mənə qarşı ikrah yaratdın. Qapalı qalmışam, çıxa bilmirəm,
عَيْنِي ذَابَتْ مِنَ ٱلذُّلِّ. دَعَوْتُكَ يَارَبُّ كُلَّ يَوْمٍ. بَسَطْتُ إِلَيْكَ يَدَيَّ. | ٩ 9 |
Bu zülmümdən gözlərimin nuru sönür. Ya Rəbb, hər gün Səni çağırıram, Sənə əl açıram.
أَفَلَعَلَّكَ لِلْأَمْوَاتِ تَصْنَعُ عَجَائِبَ؟ أَمِ ٱلْأَخِيلَةُ تَقُومُ تُمَجِّدُكَ؟ سِلَاهْ. | ١٠ 10 |
Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? (Sela)
هَلْ يُحَدَّثُ فِي ٱلْقَبْرِ بِرَحْمَتِكَ، أَوْ بِحَقِّكَ فِي ٱلْهَلَاكِ؟ | ١١ 11 |
Məhəbbətin məzardamı, Sədaqətin Həlak yerindəmi bəyan olunacaq?
هَلْ تُعْرَفُ فِي ٱلظُّلْمَةِ عَجَائِبُكَ، وَبِرُّكَ فِي أَرْضِ ٱلنِّسْيَانِ؟ | ١٢ 12 |
Xariqələrin qaranlıqdamı, Ədalətin unudulma diyarındamı tanınacaq?
أَمَّا أَنَا فَإِلَيْكَ يَارَبُّ صَرَخْتُ، وَفِي ٱلْغَدَاةِ صَلَاتِي تَتَقَدَّمُكَ. | ١٣ 13 |
Mən isə, ya Rəbb, Səni imdada çağırıram, Duam hər səhər hüzuruna qalxır.
لِمَاذَا يَارَبُّ تَرْفُضُ نَفْسِي؟ لِمَاذَا تَحْجُبُ وَجْهَكَ عَنِّي؟ | ١٤ 14 |
Ya Rəbb, niyə məni rədd edirsən? Niyə məndən üzünü gizlədirsən?
أَنَا مِسْكِينٌ وَمُسَلِّمُ ٱلرُّوحِ مُنْذُ صِبَايَ. ٱحْتَمَلْتُ أَهْوَالَكَ. تَحَيَّرْتُ. | ١٥ 15 |
Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam, Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam.
عَلَيَّ عَبَرَ سَخَطُكَ. أَهْوَالُكَ أَهْلَكَتْنِي. | ١٦ 16 |
Qəzəbin üzərimdən basır, Verdiyin vahimələrdən məhv oluram.
أَحَاطَتْ بِي كَٱلْمِيَاهِ ٱلْيَوْمَ كُلَّهُ. ٱكْتَنَفَتْنِي مَعًا. | ١٧ 17 |
Bunlar sel kimi məni dövrəyə salır, Bunlar birgə həmişə başımın üstünü alır.
أَبْعَدْتَ عَنِّي مُحِبًّا وَصَاحِبًا. مَعَارِفِي فِي ٱلظُّلْمَةِ. | ١٨ 18 |
Yarımı, yoldaşımı məndən uzaqlaşdırmısan, Yalnız qaranlıqla həmdəm olmuşam.