< نَحَمْيَا 10 >
وَٱلَّذِينَ خَتَمُوا هُمْ: نَحَمْيَا ٱلتِّرْشَاثَا ٱبْنُ حَكَلْيَا. وَصِدْقِيَّا، | ١ 1 |
Əhdi möhürləyənlər bunlar idi: Xakalya oğlu vali Nehemya, Sidqiya,
وَسَرَايَا وَعَزَرْيَا وَيَرْمِيَا، | ٢ 2 |
Seraya, Azarya, Yeremya,
وَفَشْحُورُ وَأَمَرْيَا وَمَلْكِيَّا، | ٣ 3 |
Paşxur, Amarya, Malkiya,
وَحَطُّوشُ وَشَبَنْيَا وَمَلُّوخُ، | ٤ 4 |
Xattuş, Şevanya, Malluk,
وَحَارِيمُ وَمَرِيمُوثُ وَعُوبَدْيَا، | ٥ 5 |
Xarim, Meremot, Avdiya,
وَدَانِيآلُ وَجِنْثُونُ وَبَارُوخُ، | ٦ 6 |
Daniel, Ginneton, Baruk,
وَمَشُلَّامُ وَأَبِيَّا وَمِيَّامِينُ، | ٧ 7 |
Meşullam, Aviya, Miyamin,
وَمَعَزْيَا وَبِلْجَايُ وَشَمَعْيَا، هَؤُلَاءِ هُمُ ٱلْكَهَنَةُ. | ٨ 8 |
Maazya, Bilqay, Şemaya. Bunlar kahinlər idi.
وَٱللَّاَوِيُّونَ: يَشُوعُ بْنُ أَزَنْيَا وَبِنُّويُ مِنْ بَنِي حِينَادَادَ وَقَدْمِيئِيلُ، | ٩ 9 |
Levililər: Azanyanın oğlu Yeşua, Xenadad övladlarından Binnuy və Qedmiel,
وَإِخْوَتُهُمْ: شَبَنْيَا وَهُودِيَّا وَقَلِيطَا وَفَلَايَا وَحَانَانُ، | ١٠ 10 |
onların qardaşları Şevanya, Hodiya, Qelita, Pelaya, Xanan,
وَمِيخَا وَرَحُوبُ وَحَشَبْيَا، | ١١ 11 |
Mikeya, Rexov, Xaşavya,
وَزَكُّورُ وَشَرَبْيَا وَشَبَنْيَا، | ١٢ 12 |
Zakkur, Şerevya, Şevanya,
وَهُودِيَّا وَبَانِي وَبَنِينُو. | ١٣ 13 |
Hodiya, Bani, Beninu.
رُؤُوسُ ٱلشَّعْبِ: فَرْعُوشُ وَفَحَثُ مُوآبَ وَعِيلَامُ وَزَتُّو وَبَانِي، | ١٤ 14 |
Xalqın başçıları: Paroş, Paxat-Moav, Elam, Zattu, Bani,
وَبُنِّي وَعَزْجَدُ وَبِيبَايُ، | ١٥ 15 |
Bunni, Azqad, Bevay,
وَأَدُونِيَّا وَبَغْوَايُ وَعَادِينُ، | ١٦ 16 |
Adoniya, Biqvay, Adin,
وَآطِيرُ وَحَزَقِيَّا وَعَزُّورُ، | ١٧ 17 |
Ater, Xizqiya, Azzur,
وَهُودِيَّا وَحَشُومُ وَبِيصَايُ، | ١٨ 18 |
Hodiya, Xaşum, Besay,
وَحَارِيفُ وَعَنَاثُوثُ وَنِيبَايُ، | ١٩ 19 |
Xarif, Anatot, Nevay,
وَمَجْفِيعَاشُ وَمَشُلَّامُ وَحَزِيرُ، | ٢٠ 20 |
Maqpiaş, Meşullam, Xezir,
وَمَشِيزَبْئِيلُ وَصَادُوقُ وَيَدُّوعُ، | ٢١ 21 |
Meşezavel, Sadoq, Yaddua,
وَفَلَطْيَا وَحَانَانُ وَعَنَايَا، | ٢٢ 22 |
Pelatya, Xanan, Anaya,
وَهُوشَعُ وَحَنَنْيَا وَحَشُّوبُ، | ٢٣ 23 |
Huşə, Xananya, Xaşşuv,
وَهَلُوحِيشُ وَفِلْحَا وشُوبِيقُ، | ٢٤ 24 |
Halloxeş, Pilxa, Şoveq,
وَرَحُومُ وَحَشَبْنَا وَمَعْسِيَّا، | ٢٥ 25 |
Rexum, Xaşavna, Maaseya,
وَأَخِيَا وَحَانَانُ وَعَانَانُ، | ٢٦ 26 |
Axiya, Xanan, Anan,
وَمَلُّوخُ وَحَرِيمُ وَبَعْنَةُ. | ٢٧ 27 |
Malluk, Xarim, Baana.
وَبَاقِي ٱلشَّعْبِ وَٱلْكَهَنَةِ وَٱللَّاَوِيِّينَ وَٱلْبَوَّابِينَ وَٱلْمُغَنِّينَ وَٱلنَّثِينِيمَ، وَكُلِّ ٱلَّذِينَ ٱنْفَصَلُوا مِنْ شُعُوبِ ٱلْأَرَاضِي إِلَى شَرِيعَةِ ٱللهِ، وَنِسَائِهِمْ وَبَنِيهِمْ وَبَنَاتِهِمْ، كُلِّ أَصْحَابِ ٱلْمَعْرِفَةِ وَٱلْفَهْمِ، | ٢٨ 28 |
Qalan xalq – kahinlər, Levililər, məbəd qapıçıları, ilahiçilər, məbəd qulluqçuları, Allahın Qanununa görə ətraf xalqlardan ayrılan hər kəs arvadları, ağlıkəsən oğul və qızları ilə bərabər
لَصِقُوا بِإِخْوَتِهِمْ وَعُظَمَائِهِمْ وَدَخَلُوا فِي قَسَمٍ وَحِلْفٍ أَنْ يَسِيرُوا فِي شَرِيعَةِ ٱللهِ ٱلَّتِي أُعْطِيَتْ عَنْ يَدِ مُوسَى عَبْدِ ٱللهِ، وَأَنْ يَحْفَظُوا وَيَعْمَلُوا جَمِيعَ وَصَايَا ٱلرَّبِّ سَيِّدِنَا، وَأَحْكَامِهِ وَفَرَائِضِهِ، | ٢٩ 29 |
əsl soydaşları ilə birləşdi. Allahın qulu Musanın əli ilə verilmiş Qanuna görə hərəkət etmək, Xudavəndimiz Rəbbin bütün əmrlərinə, hökmlərinə və qanunlarına etina ilə əməl etmək üçün and içdilər. Əməl etməyənlərə isə lənət oxudular.
وَأَنْ لَا نُعْطِيَ بَنَاتِنَا لِشُعُوبِ ٱلْأَرْضِ، وَلَا نَأْخُذَ بَنَاتِهِمْ لِبَنِينَا. | ٣٠ 30 |
And içdik ki, qızlarımızı ətrafımızdakı xalqlara verməyib onların qızlarını öz oğullarımıza almayacağıq.
وَشُعُوبُ ٱلْأَرْضِ ٱلَّذِينَ يَأْتُونَ بِٱلْبَضَائِعِ وَكُلِّ طَعَامِ يَوْمِ ٱلسَّبْتِ لِلْبَيْعِ، لَا نَأْخُذُ مِنْهُمْ فِي سَبْتٍ وَلَا فِي يَوْمٍ مُقَدَّسٍ، وَأَنْ نَتْرُكَ ٱلسَّنَةَ ٱلسَّابِعَةَ، وَٱلْمُطَالَبَةَ بِكُلِّ دَيْنٍ. | ٣١ 31 |
Ətraf xalqlara mənsub olanlar Şənbə günü yaxud başqa müqəddəs bir gündə satmaq üçün əşya yaxud taxıl gətirsələr, onlardan heç nə almayacağıq. Yeddi ildə bir dəfə torpağı dincə qoyacağıq və bütün borcları ləğv edəcəyik.
وَأَقَمْنَا عَلَى أَنْفُسِنَا فَرَائِضَ: أَنْ نَجْعَلَ عَلَى أَنْفُسِنَا ثُلْثَ شَاقِلٍ كُلَّ سَنَةٍ لِخِدْمَةِ بَيْتِ إِلَهِنَا، | ٣٢ 32 |
Allahımızın məbədinin xidməti üçün ildə şekelin üçdə bir hissəsini verməyi öhdəmizə götürdük.
لِخُبْزِ ٱلْوُجُوهِ وَٱلتَّقْدِمَةِ ٱلدَّائِمَةِ وَٱلْمُحْرَقَةِ ٱلدَّائِمَةِ وَٱلسُّبُوتِ وَٱلْأَهِلَّةِ وَٱلْمَوَاسِمِ وَٱلْأَقْدَاسِ وَذَبَائِحِ ٱلْخَطِيَّةِ، لِلتَّكْفِيرِ عَنْ إِسْرَائِيلَ، وَلِكُلِّ عَمَلِ بَيْتِ إِلَهِنَا. | ٣٣ 33 |
Bu pul təqdim çörəkləri, daimi taxıl təqdimi, daimi yandırma qurbanı, Şənbə günləri, Təzə Ay mərasimləri və başqa bayramlar, müqəddəs sovqatlar, İsrail övladlarının günahını kəffarə etmək üçün günah qurbanları və Allahımızın məbədinin digər ehtiyacları üçündür.
وَأَلْقَيْنَا قُرَعًا عَلَى قُرْبَانِ ٱلْحَطَبِ بَيْنَ ٱلْكَهَنَةِ وَٱللَّاَوِيِّينَ وَٱلشَّعْبِ، لِإِدْخَالِهِ إِلَى بَيْتِ إِلَهِنَا حَسَبَ بُيُوتِ آبَائِنَا، فِي أَوْقَاتٍ مُعَيَّنَةٍ سَنَةً فَسَنَةً، لِأَجْلِ إِحْرَاقِهِ عَلَى مَذْبَحِ ٱلرَّبِّ إِلَهِنَا كَمَا هُوَ مَكْتُوبٌ فِي ٱلشَّرِيعَةِ، | ٣٤ 34 |
Biz kahinlər, Levililər və xalq hər il müəyyən vaxtda Allahımızın məbədini odunla təmin etmək üçün nəsillərimizə görə püşk atdıq. Bu odunlar Qanunda yazıldığı kimi Allahımız Rəbbin qurbangahında yandırılmalı idi.
وَلِإِدْخَالِ بَاكُورَاتِ أَرْضِنَا، وَبَاكُورَاتِ ثَمَرِ كُلِّ شَجَرَةٍ سَنَةً فَسَنَةً إِلَى بَيْتِ ٱلرَّبِّ، | ٣٥ 35 |
Hər il torpağımızın ilk məhsulunu və hər növlü ağacın nübarını Rəbbin məbədinə aparmalıyıq.
وَأَبْكَارِ بَنِينَا وَبَهَائِمِنَا، كَمَا هُوَ مَكْتُوبٌ فِي ٱلشَّرِيعَةِ، وَأَبْكَارِ بَقَرِنَا وَغَنَمِنَا لِإِحْضَارِهَا إِلَى بَيْتِ إِلَهِنَا، إِلَى ٱلْكَهَنَةِ ٱلْخَادِمِينَ فِي بَيْتِ إِلَهِنَا. | ٣٦ 36 |
Qanunda yazıldığı kimi ilk doğulan oğullarımızı, heyvanlarımızı, ilk doğulan mal-qara və qoyun-keçimizi Allahımızın məbədinə, orada xidmət edən kahinlərin yanına gətirməliyik.
وَأَنْ نَأْتِيَ بِأَوَائِلِ عَجِينِنَا وَرَفَائِعِنَا وَأَثْمَارِ كُلِّ شَجَرَةٍ مِنَ ٱلْخَمْرِ وَٱلزَّيْتِ إِلَى ٱلْكَهَنَةِ، إِلَى مَخَادِعِ بَيْتِ إِلَهِنَا، وَبِعُشْرِ أَرْضِنَا إِلَى ٱللَّاَوِيِّينَ، وَٱللَّاَوِيُّونَ هُمُ ٱلَّذِينَ يُعَشِّرُونَ فِي جَمِيعِ مُدُنِ فَلَاحَتِنَا. | ٣٧ 37 |
Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər növ ağaclarımızın meyvəsinin, təzə şərablarımızın, zeytun yağımızın nübarını kahinlərə, Allahımızın məbədinin anbarına, torpaq məhsullarımızın onda bir hissəsini isə Levililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə onda bir hissəni Levililər alır.
وَيَكُونُ ٱلْكَاهِنُ ٱبْنُ هَارُونَ مَعَ ٱللَّاَوِيِّينَ حِينَ يُعَشِّرُ ٱللَّاَوِيُّونَ، وَيُصْعِدُ ٱللَّاوِيُّونَ عُشْرَ ٱلْأَعْشَارِ إِلَى بَيْتِ إِلَهِنَا، إِلَى ٱلْمَخَادِعِ، إِلَى بَيْتِ ٱلْخَزِينَةِ. | ٣٨ 38 |
Levililər onda bir hissəni alarkən Harun oğullarından olan kahin onlarla olacaq. Levililər isə alacaqları onda bir hissənin onda birini Allahımızın məbədinə, xəzinənin anbar otaqlarına aparacaq.
لِأَنَّ بَنِي إِسْرَائِيلَ وَبَنِي لَاوِي يَأْتُونَ بِرَفِيعَةِ ٱلْقَمْحِ وَٱلْخَمْرِ وَٱلزَّيْتِ إِلَى ٱلْمَخَادِعِ، وَهُنَاكَ آنِيَةُ ٱلْقُدْسِ وَٱلْكَهَنَةُ ٱلْخَادِمُونَ وَٱلْبَوَّابُونَ وَٱلْمُغَنُّونَ، وَلَا نَتْرُكُ بَيْتَ إِلَهِنَا. | ٣٩ 39 |
Çünki İsrail övladları və Levililər taxılın, təzə şərabın və zeytun yağının təqdimlərini anbar otaqlarına gətirməlidir. Orada Müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qapıçıları və ilahiçilər olacaq. Beləcə biz Allahımızın məbədinə laqeyd yanaşmayacağıq.