< ١ أخبار 2 >
هَؤُلَاءِ بَنُو إِسْرَائِيلَ: رَأُوبَيْنُ، شَمْعُونُ، لَاوِي وَيَهُوذَا، يَسَّاكَرُ وَزَبُولُونُ، | ١ 1 |
İsrailin oğulları bunlardır: Ruven, Şimeon, Levi, Yəhuda, İssakar, Zevulun,
دَانُ، يُوسُفُ وَبَنْيَامِينُ، نَفْتَالِي، جَادُ وَأَشِيرُ. | ٢ 2 |
Dan, Yusif, Binyamin, Naftali, Qad və Aşer.
بَنُو يَهُوذَا: عَيْرُ وَأُونَانُ وَشَيْلَةُ. وُلِدَ ٱلثَّلَاثَةُ مِنْ بِنْتِ شُوعَ ٱلْكَنْعَانِيَّةِ. وَكَانَ عَيْرُ بِكْرُ يَهُوذَا شِرِّيرًا فِي عَيْنَيِ ٱلرَّبِّ فَأَمَاتَهُ. | ٣ 3 |
Yəhudanın oğulları: Er, Onan və Şela. Onun bu üç oğlu Kənanlı Bat-Şuadan doğuldu. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis adam idi və Rəbb onu öldürdü.
وَثَامَارُ كَنَّتُهُ وَلَدَتْ لَهُ فَارَصَ وَزَارَحَ. كُلُّ بَنِي يَهُوذَا خَمْسَةٌ. | ٤ 4 |
Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi.
اِبْنَا فَارَصَ: حَصْرُونُ وَحَامُولُ. | ٥ 5 |
Peresin oğulları: Xesron və Xamul.
وَبَنُو زَارَحَ: زِمْرِي وَأَيْثَانُ وَهَيْمَانُ وَكَلْكُولُ وَدَارَعُ. ٱلْجَمِيعُ خَمْسَةٌ. | ٦ 6 |
Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi.
وَٱبْنُ كَرْمِي عَخَارُ مُكَدِّرُ إِسْرَائِيلَ ٱلَّذِي خَانَ فِي ٱلْحَرَامِ. | ٧ 7 |
Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi.
وَٱبْنُ أَيْثَانَ: عَزَرْيَا. | ٨ 8 |
Etanın oğlu Azarya idi.
وَبَنُو حَصْرُونَ ٱلَّذِينَ وُلِدُوا لَهُ: يَرْحَمْئِيلُ وَرَامُ وَكَلُوبَايُ. | ٩ 9 |
Xesronun oğulları: Yeraxmeel, Ram və Kalev.
وَرَامُ وَلَدَ عَمِّينَادَابَ، وَعَمِّينَادَابُ وَلَدَ نَحْشُونَ رَئِيسَ بَنِي يَهُوذَا، | ١٠ 10 |
Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi.
وَنَحْشُونُ وَلَدَ سَلْمُوَ، وَسَلْمُو وَلَدَ بُوعَزَ، | ١١ 11 |
Naxşondan Salmon törədi və Salmondan Boaz törədi.
وَبُوعَزُ وَلَدَ عُوبِيدَ، وَعُوبِيدُ وَلَدَ يَسَّى، | ١٢ 12 |
Boazdan Oved törədi və Oveddən Yessey törədi.
وَيَسَّى وَلَدَ: بِكْرَهُ أَلِيآبَ، وَأَبِينَادَابَ ٱلثَّانِي، وَشِمْعَى ٱلثَّالِثَ، | ١٣ 13 |
Yesseyin oğulları bunlar idi: ilk oğlu Eliav, ikincisi Avinadav, üçüncüsü Şimea,
وَنَثْنِئِيلَ ٱلرَّابِعَ، وَرَدَّايَ ٱلْخَامِسَ، | ١٤ 14 |
dördüncüsü Netanel, beşincisi Radday,
وَأُوصَمَ ٱلسَّادِسَ، وَدَاوُدَ ٱلسَّابِعَ. | ١٥ 15 |
altıncısı Osem, yeddincisi Davud.
وَأُخْتَاهُمْ صَرُويَةُ وَأَبِيجَايِلُ. وَبَنُو صَرُويَةَ: أَبْشَايُ وَيُوآبُ وَعَسَائِيلُ، ثَلَاثَةٌ. | ١٦ 16 |
Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel.
وَأَبِيجَايِلُ وَلَدَتْ عَمَاسَا، وَأَبُو عَمَاسَا يَثْرُ ٱلْإِسْمَاعِيلِيُّ. | ١٧ 17 |
Aviqail Amasanı doğdu. Amasanın atası İsmailli Yeter idi.
وَكَالَبُ بْنُ حَصْرُونَ وَلَدَ مِنْ عَزُوبَةَ ٱمْرَأَتِهِ وَمِنْ يَرِيعُوثَ. وَهَؤُلَاءِ بَنُوهَا: يَاشَرُ وَشُوبَابُ وَأَرْدُونُ. | ١٨ 18 |
Xesron oğlu Kalevin arvadı Azuva və Yeriot ona övladlar doğdu. Kalevin Azuvadan olan oğulları bunlardır: Yeşer, Şovav və Ardon.
وَمَاتَتْ عَزُوبَةُ فَٱتَّخَذَ كَالَبُ لِنَفْسِهِ أَفْرَاتَ فَوَلَدَتْ لَهُ حُورَ. | ١٩ 19 |
Azuva öldü. Kalev Efratı arvad aldı və o da Kalevə Xuru doğdu.
وَحُورُ وَلَدَ أُورِيَ، وَأُورِي وَلَدَ بَصَلْئِيلَ. | ٢٠ 20 |
Xurdan Uri törədi. Uridən Besalel törədi.
وَبَعْدُ دَخَلَ حَصْرُونُ عَلَى بِنْتِ مَاكِيرَ أَبِي جِلْعَادَ وَٱتَّخَذَهَا وَهُوَ ٱبْنُ سِتِّينَ سَنَةً فَوَلَدَتْ لَهُ سَجُوبَ. | ٢١ 21 |
Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu.
وَسَجُوبُ وَلَدَ يَائِيرَ، وَكَانَ لَهُ ثَلَاثٌ وَعِشْرُونَ مَدِينَةً فِي أَرْضِ جِلْعَادَ. | ٢٢ 22 |
Sequv Yairin atası idi. Yairin Gilead torpağında iyirmi üç şəhəri var idi.
وَأَخَذَ جَشُورَ وَأَرَامَ حَوُّوثَ يَائِيرَ مِنْهُمْ مَعَ قَنَاةَ وَقُرَاهَا، سِتِّينَ مَدِينَةً. كُلُّ هَؤُلَاءِ بَنُو مَاكِيرَ أَبِي جِلْعَادَ. | ٢٣ 23 |
Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmisi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsilləri idi.
وَبَعْدَ وَفَاةِ حَصْرُونَ فِي كَالَبِ أَفْرَاتَةَ، وَلَدَتْ لَهُ أَبِيَّاهُ ٱمْرَأَةُ حَصْرُونَ أَشْحُورَ أَبَا تَقُوعَ. | ٢٤ 24 |
Xesron Kalev-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu.
وَكَانَ بَنُو يَرْحَمْئِيلَ بِكْرِ حَصْرُونَ: ٱلْبِكْرُ رَامَ، ثُمَّ بُونَةَ وَأَوْرَنَ وَأَوْصَمَ وَأَخِيَّا. | ٢٥ 25 |
Xesronun ilk oğlu Yeraxmeelin oğulları: ilk oğlu Ram, Buna, Oren, Osem və Axiya.
وَكَانَتِ ٱمْرَأَةٌ أُخْرَى لِيَرْحَمْئِيلَ ٱسْمُهَا عَطَارَةُ. هِيَ أُمُّ أُونَامَ. | ٢٦ 26 |
Yeraxmeelin başqa bir arvadı var idi, onun adı Atara idi. Onamın anası o idi.
وَكَانَ بَنُو رَامَ بِكْرِ يَرْحَمْئِيلَ: مَعَصُ وَيَمِينُ وَعَاقَرُ. | ٢٧ 27 |
Yeraxmeelin ilk oğlu Ramın oğulları: Maas, Yamin və Eqer.
وَكَانَ ٱبْنَا أُونَامَ: شَمَّايَ وَيَادَاعَ. وَٱبْنَا شَمَّايَ: نَادَابَ وَأَبِيشُورَ. | ٢٨ 28 |
Onamın oğulları: Şammay və Yada. Şammayın oğulları: Nadav və Avişur.
وَٱسْمُ ٱمْرَأَةِ أَبِيشُورَ أَبِيحَايِلُ، وَوَلَدَتْ لَهُ أَحْبَانَ وَمُولِيدَ. | ٢٩ 29 |
Avişurun arvadının adı Avihayil idi. O, Avişura Axbanı və Molidi doğdu.
وَٱبْنَا نَادَابَ: سَلَدُ وَأَفَّايِمُ. وَمَاتَ سَلَدُ بِلَا بَنِينَ. | ٣٠ 30 |
Nadavın oğulları: Seled və Appayim. Seled oğulsuz öldü.
وَٱبْنُ أَفَّايِمَ يَشْعِي، وَٱبْنُ يَشْعِي شِيشَانُ، وَٱبْنُ شِيشَانَ أَحْلَايُ. | ٣١ 31 |
Appayimin oğlu İşi idi. İşinin oğlu Şeşan idi. Şeşanın oğlu Axlay idi.
وَٱبْنَا يَادَاعَ أَخِي شَمَّايَ: يَثَرُ وَيُونَاثَانُ. وَمَاتَ يَثَرُ بِلَا بَنِينَ. | ٣٢ 32 |
Şammayın qardaşı Yadanın oğulları: Yeter və Yonatan. Yeter oğulsuz öldü.
وَٱبْنَا يُونَاثَانَ: فَالَتُ وَزَازَا. هَؤُلَاءِ هُمْ بَنُو يَرْحَمْئِيلَ. | ٣٣ 33 |
Yonatanın oğulları: Pelet və Zaza. Bunlar Yeraxmeelin nəsilləri idi.
وَلَمْ يَكُنْ لِشِيشَانَ بَنُونَ بَلْ بَنَاتٌ. وَكَانَ لِشِيشَانَ عَبْدٌ مِصْرِيٌّ ٱسْمُهُ يَرْحَعُ، | ٣٤ 34 |
Şeşanın oğulları yox idi, yalnız qızları var idi. Şeşanın bir Misirli qulu var idi, onun adı Yarxa idi.
فَأَعْطَى شِيشَانُ ٱبْنَتَهُ لِيَرْحَعَ عَبْدِهِ ٱمْرَأَةً، فَوَلَدَتْ لَهُ عَتَّايَ. | ٣٥ 35 |
Şeşan qulu Yarxaya qızını arvad olmaq üçün verdi. Arvadı ona Attayı doğdu.
وَعَتَّايُ وَلَدَ نَاثَانَ، وَنَاثَانُ وَلَدَ زَابَادَ، | ٣٦ 36 |
Attaydan Natan törədi. Natandan Zavad törədi.
وَزَابَادُ وَلَدَ أَفْلَالَ، وَأَفْلَالُ وَلَدَ عُوبِيدَ، | ٣٧ 37 |
Zavaddan Eflal törədi. Eflaldan Oved törədi.
وَعُوبِيدُ وَلَدَ يَاهُوَ، وَيَاهُو وَلَدَ عَزَرْيَا، | ٣٨ 38 |
Oveddən Yehu törədi. Yehudan Azarya törədi.
وَعَزَرْيَا وَلَدَ حَالَصَ، وَحَالَصُ وَلَدَ إِلْعَاسَةَ، | ٣٩ 39 |
Azaryadan Xeles törədi. Xelesdən Eleasa törədi.
وَإِلْعَاسَةُ وَلَدَ سِسَمَايَ، وَسِسَمَايُ وَلَدَ شَلُّومَ، | ٤٠ 40 |
Eleasadan Sismay törədi. Sismaydan Şallum törədi.
وَشَلُّومُ وَلَدَ يَقَمْيَةَ، وَيَقَمْيَةُ وَلَدَ أَلِيشَمَعَ. | ٤١ 41 |
Şallumdan Yeqamya törədi. Yeqamyadan Elişama törədi.
وَبَنُو كَالَبَ أَخِي يَرْحَمْئِيلَ: مِيشَاعُ بِكْرُهُ. هُوَ أَبُو زِيفَ. وَبَنُو مَرِيشَةَ أَبِي حَبْرُونَ. | ٤٢ 42 |
Yeraxmeelin qardaşı Kalevin oğulları: Zifin atası ilk oğlu Meşa, Xevronun atası Mareşa.
وَبَنُو حَبْرُونَ: قُورَحُ وَتَفُّوحُ وَرَاقَمُ وَشَامَعُ. | ٤٣ 43 |
Xevronun oğulları: Qorah, Tappuah, Reqem və Şema.
وَشَامَعُ وَلَدَ رَاقَمَ أَبَا يَرُقْعَامَ. وَرَاقَمُ وَلَدَ شَمَّايَ. | ٤٤ 44 |
Şemadan Yorqoamın atası olan Raxam törədi. Reqemdən Şammay törədi.
وَٱبْنُ شَمَّايَ مَعُونُ، وَمَعُونُ أَبُو بَيْتِ صُورَ. | ٤٥ 45 |
Şammayın oğlu Maon idi. Maon Bet-Suru tikdi.
وَعِيفَةُ سُرِّيَّةُ كَالَبَ وَلَدَتْ: حَارَانَ وَمُوصَا وَجَازِيزَ. وَحَارَانُ وَلَدَ جَازِيزَ. | ٤٦ 46 |
Kalevin cariyəsi Efa Xaranı, Mosanı və Qazezi doğdu. Xaran Qazezin atası idi.
وَبَنُو يَهْدَايَ: رَجَمُ وَيُوثَامُ وَجِيشَانُ وَفَلَطُ وَعِيفَةُ وَشَاعَفُ. | ٤٧ 47 |
Yahdayın oğulları: Regem, Yotam, Geşan, Pelet, Efa və Şaaf.
وَأَمَّا مَعْكَةُ سُرِّيَّةُ كَالَبَ فَوَلَدَتْ: شَبَرَ وَتَرْحَنَةَ. | ٤٨ 48 |
Kalevin cariyəsi Maaka Şeveri və Tirxananı doğdu.
وَوَلَدَتْ شَاعَفُ أَبَا مَدْمَنَّةَ، وَشَوَا أَبَا مَكْبِينَا وَأَبَا جَبَعَا. وَبِنْتُ كَالَبَ عَكْسَةُ. | ٤٩ 49 |
O həm də Madmannanın atası Şaafı, Makbenanın və Giveanın atası Şevanı doğdu. Kalevin qızı Aksa idi.
هَؤُلَاءِ هُمْ بَنُو كَالَبَ بْنِ حُورَ بِكْرِ أَفْرَاتَةَ. شُوبَالُ أَبُو قَرْيَةِ يَعَارِيمَ | ٥٠ 50 |
Bunlar Kalevin nəsilləri idi. Efratanın ilk oğlu Xurun oğulları bunlardır: Qiryat-Yearimin atası Şoval,
وَسَلْمَا أَبُو بَيْتِ لَحْمٍ، وَحَارِيفُ أَبُو بَيْتِ جَادِيرَ. | ٥١ 51 |
Bet-Lexemin atası Salma, Bet-Qaderin atası Xaref.
وَكَانَ لِشُوبَالَ أَبِي قَرْيَةِ يَعَارِيمَ بَنُونَ: هَرُوَاهُ وَحَصِي هَمَّنُوحُوتَ. | ٥٢ 52 |
Qiryat-Yearimin atası Şovalın nəsilləri bunlardır: Haroelilər, Manaxatlıların yarısı.
وَعَشَائِرُ قَرْيَةِ يَعَارِيمَ: ٱلْيَثْرِيُّ وَٱلْفُوتِيُّ وَٱلشَّمَاتِيُّ وَٱلْمَشْرَاعِيُّ. مِنْ هَؤُلَاءِ خَرَجَ ٱلصَّرْعِيُّ وَٱلْأَشْتَأُولِيُّ. | ٥٣ 53 |
Qiryat-Yearimin sakinləri: Yeterlilər, Putlular, Şumalılar, Mişralılar. Bunların arasından Soralılar və Eştaollular çıxdılar.
بَنُو سَلْمَا: بَيْتُ لَحْمٍ وَٱلنَّطُوفَاتِيُّ وَعَطْرُوتُ بَيْتِ يُوآبَ وَحَصِي ٱلْمَنُوحِيِّ ٱلصَّرْعِيِّ. | ٥٤ 54 |
Salmanın nəsilləri: Bet-Lexemlilər, Netofalılar, Atrot-Bet-Yoavlılar, Manaxatlıların yarısı və Soralılar.
وَعَشَائِرُ ٱلْكَتَبَةِ سُكَّانِ يَعْبِيصَ: تَرْعَاتِيمُ وَشَمْعَاتِيمُ وَسُوكَاتِيمُ. هُمُ ٱلْقِينِيُّونَ ٱلْخَارِجُونَ مِنْ حَمَّةَ أَبِي بَيْتِ رَكَابَ. | ٥٥ 55 |
Yabesdə yaşayan mirzələrin nəsilləri: Tirealılar, Şimealılar, Sukalılar. Bunlar Bet-Rekavın atası Xammatın nəslindən olan Qenlilərdir.