< Книга Есфири 2 >
1 И по словесех сих утолися царь от гнева, и не воспомяну ктому Астини, воспоминая, елика глагола и како осуди ея.
Bir müddət keçəndən sonra padşah Axaşveroşun qəzəbi soyudu. O, Vaştini, onun etdiyi işi və əleyhinə verdiyi qərarını xatırladı.
2 И реша слуги царевы: да изыщутся царю девицы нерастленны, красны зраком, и да поставит царь взыскатели во всех странах царствия своего,
Padşahın qulluğunda dayanan xidmətçiləri dedi: «Qoy padşah üçün bakirə, gənc və gözəl qızlar axtarılsın.
3 и да изберут отроковиц девственных доброзрачных в Сусы град, в чертог женский, и да отдадутся евнухови цареву стражу жен, и да дадутся масти и прочыя потребы:
Padşah öz ölkəsinin bütün vilayətlərinə müşahidəçilər təyin etsin. Qoy gözəl surətli qızların hamısı Şuşan qalasına, qalasındakı hərəmxanaya toplanaraq padşahın hərəmağası Heqaya təhvil verilsin və təravətləndirici ləvazimatla təmin olunsun.
4 и жена, юже возлюбит царь, да будет царицею вместо Астини. И угодно бе царю слово, и сотвори тако.
Padşahın xoşuna gələn qız Vaştinin yerinə mələkə olsun». Bu fikir padşahın gözündə xoş göründü və ona əməl etdi.
5 И муж бе Иудеанин во граде Сусех, и имя ему Мардохей сын Иаиров, сына Семеина, сына Кисеова, от племене Вениаминя,
Şuşan qalasında Mordokay adlı bir Yəhudi var idi. O, Binyamin qəbiləsindən olub Qiş oğlu Şimey oğlu Yairin oğlu idi.
6 иже бяше пленен от Иерусалима Навуходоносором царем Вавилонским:
Yəhuda padşahı Yekonya əsir alınanda Qiş də Yerusəlimin sakinləri ilə bərabər əsir aparılmışdı. Onları əsir aparan Babil padşahı Navuxodonosor idi.
7 и бяше ему отроковица воспитана, дщерь Аминадава брата отцу его, и имя ей Есфирь. По преставлении же родителей ея, прия ю Мардохей во дщере место: и бяше девица красна и доброзрачна.
Mordokayın əmisi qızı Hadassanın, yəni Esterin ata-anası yox idi. Bu qızı Mordokay böyütmüşdü. Ester gözəl qamətli, qəşəng surətli idi. Ata-anası ölən gündən Mordokay onu qızlığa götürmüşdü.
8 И егда услышано бысть повеление царево, собраны быша девицы многи во град Сусы, под руку Гаиеву, и приведена бысть Есфирь ко Гаию хранителю жен:
Padşahın əmri və fərmanı oxunanda Şuşan qalasına Heqayın nəzarəti altına xeyli qız toplandı. O zaman Ester də padşah sarayında hərəmağası olan Heqayın nəzarəti altına düşdü.
9 и угодна бысть ему отроковица и окрете благодать пред ним: и потщася дати ей масти и участие, и седмь девиц пристави к ней из дому царева, и снабдеваше ю и рабынь ея добре в дому женстем.
Bu qız Heqayın xoşuna gələrək hüsn-rəğbətini qazandı. Heqay dərhal onu təravətləndirmək üçün lazımi vəsait və xüsusi yeməklərlə təmin etdi. Esterə padşah sarayından münasib görülən yeddi qız təyin edərək onunla xidmətçi qızlarını hərəmxananın ən yaxşı yerinə apartdırdı.
10 И не поведа Есфирь рода своего, ниже отечества, Мардохей бо заповеда ей не возвещати.
Ester öz milliyyəti və nəsli barədə heç kimə bir söz deməmişdi, çünki Mordokay ona tapşırmışdı ki, bunu heç kimə bildirməsin.
11 На всяк же день хождаше Мардохей по двору женскому, назирая, что Есфири случится.
Esterin nə vəziyyətdə olduğunu və ona nə ediləcəyini öyrənmək üçün Mordokay hər gün hərəmxananın həyəti qarşısında vurnuxurdu.
12 Сие же бе время девиц входити ко царю, егда исполнятся дванадесять месяцей: тако бо наполняхуся дние украшения, шесть месяц во ароматех и в мастех женских, и шесть месяц намазующяся смирновым елеем,
On iki ay hər qıza gözəlləşdirici vasitələr çəkəndən sonra onları növbə ilə padşah Axaşveroşun yanına gətirirdilər. Gözəlləşdirmək üçün qulluq müddəti bundan ibarətdir ki, onlara altı ay mirra yağı, altı ay isə ətirlər və təravətləndirici vasitələr çəkirdilər.
13 и тогда вхождаху ко цареви: и емуже аще речет привести ю, входит с ним купно из дому женскаго даже до дому царева:
Qız padşahın yanına gətiriləndə hərəmxanadan istədiyi hər şeyi götürüb padşahın sarayına aparardı.
14 на вечер вхождаше и заутра возвращашеся в дом женский вторый, идеже Гай евнух царев хранитель жен, и не вхождаше паки ко царю, аще не будет позвана именем.
O, axşamüstü padşahın yanına gedər, səhər açılanda isə ikinci hərəmxanaya, cariyələrin hərəmağası Şaaşqazın nəzarəti altına göndərilərdi. Yalnız padşahın bəyəndiyi və adı ilə çağırdığı qız bir daha onun yanına gələ bilərdi.
15 Егда же исполнися время Есфири дщери Аминадава, брата отца Мардохеова, (иже поял ю себе в дщере место, ) внити ко цареви, ничтоже преступи от сих, яже заповеда ей евнух хранитель жен: бе бо Есфирь обретающая благодать пред всеми зрящими ю.
Padşahın yanına gəlmək üçün növbə Mordokayın qızlığa götürdüyü əmisi Avixayilin qızı Esterə çatanda o, hərəmə məsul olan padşahın hərəmağası Heqayın məsləhət gördüyündən başqa heç nə istəmədi. Ester ona baxanların hamısının gözündə lütf tapdı.
16 И вниде Есфирь ко царю Артаксерксу во вторыйнадесять месяц, иже есть Адар, в лето седмое царства его.
Padşah Axaşveroşun hökmranlığının yeddinci ilinin onuncu ayında – Tevet ayında Ester padşah sarayına aparıldı.
17 И возлюби царь Есфирь, и обрете благодать паче всех девиц, и возложи венец женский на главу ея.
Padşah Esteri digər qadınlardan çox bəyəndi. O, padşahın hüzurunda lütf və hüsn-rəğbət qazandı. Padşah Esterin başına mələkəlik tacını qoyaraq Vaştinin yerinə mələkə etdi.
18 И сотвори царь пир всем другом своим и силам седмь дний, и вознесе брак Есфирин, и сотвори отраду сущым во царствии его.
Sonra isə Esterin şərəfinə böyük bir ziyafət qurdu. Bu ziyafətə padşahın bütün rəisləri və əyanları dəvət olunmuşdu. Padşah bütün vilayətlərdə bayram elan etdi və öz səxavətinə görə hədiyyələr verdi.
19 Мардохей же служаше во дворе (цареве).
Qızlar ikinci dəfə toplananda Mordokay saray darvazasında vəzifə başında idi.
20 Есфирь же не поведа рода своего, (ни людий своих): сице бо заповеда ей Мардохей боятися Бога и творити заповеди Его, якоже бе с ним, Есфирь же не измени обычая своего.
Ester isə Mordokayın əmr etdiyi kimi öz nəslini və milliyyətini məlum etməmişdi. O, Mordokayın tərbiyəsi altında olan vaxtlarda olduğu kimi onun əmrlərinə əməl edirdi.
21 И опечалистася два евнуха царева началнейшии стражы тела его, яко предпочтен бысть Мардохей, и искаста убити Артаксеркса царя.
Mordokay padşahın saray darvazasında vəzifə başında olanda saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşaha qəzəblənmişdi və ona sui-qəsd etmək istəyirdi.
22 И возвестися слово Мардохею, и сказа Есфири: она же поведа царю, яже наветуют.
Bu işdən xəbər tutan Mordokay bunu mələkə Esterə bildirdi. Ester də Mordokayın adından bunu padşaha xəbər verdi.
23 Царь же испыта дву евнуху, (и исповедаста, ) и обеси их. И повеле царь вписати на память в царстей книгохранителнице о благодеянии Мардохеове в похвалу.
Yoxlama zamanı bu məlumatın həqiqət olduğu üzə çıxarıldı və hər ikisi dar ağacından asıldı. Bu hadisə padşahın hüzurunda salnamələr kitabına yazıldı.