< Dhuteronomi 24 >

1 Kana murume akawana mukadzi akasafadzwa naye nokuti awana chinhu chisina kufanira paari, akamupa rugwaro rwokumuramba, uye akamudzinga kubva mumba make,
Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa,
2 uye kana mushure mokunge abva mumba make akandowanikwa nomumwe murume,
evdən çıxmış qadın sonra başqa kişiyə ərə gedə bilər.
3 uye murume wake wechipiri akasamufarira, akamupa rugwaro rwokumuramba, uye akamudzinga kubva mumba make, kana kuti murume uyu akafa,
O biri kişi də onu bəyənməzsə, ona talaq kağızı yazıb əlinə verərək evdən çıxararsa və yaxud onu alan kişi ölərsə,
4 ipapo murume wake wokutanga, akambomuramba, haabvumirwi kumuwana zvakare mushure mokunge asvibiswa. Izvozvo zvinonyangadza pamberi paJehovha. Musauyisa chivi pamusoro penyika yamuri kupiwa naJehovha Mwari wenyu senhaka.
onu evdən çıxarmış əvvəlki əri onu təkrar özünə arvad edə bilməz, çünki qadını ləkələmişdir. Bu, Rəbbin hüzurunda iyrəncdir. Allahınız Rəbbin sizə irs olaraq verəcəyi ölkədə belə günaha yol verməyin.
5 Kana murume achangobva kuwana, haafaniri kuendeswa kuhondo kana kupiwa rimwe basa zvaro rokuita. Kwegore rimwe chete anofanira kusununguka kuti agare pamba agofadza mukadzi wake waakawana.
Təzə evlənən adam döyüşə getməsin. Ona heç bir iş tapşırmayın. Qoy bir il evində sərbəst qalıb aldığı arvadı sevindirsin.
6 Usatora guyo kana huyo sorubatso rwechikwereti, nokuti unenge watora zvinoraramisa munhu sorubatso.
Dəyirmanı yaxud üst daşını kimsə girov götürməsin, çünki o adamın həyatını girov götürmüş olur.
7 Kana munhu akawanikwa achitapa hama yake yomuIsraeri uye achimubata senhapwa kana kumutengesa, nyakubata munhu anofanira kufa. Munofanira kubvisa chakaipa pakati penyu.
Əgər İsrail övladları arasında kimsə soydaşını oğurlayıb onunla kölə kimi rəftar edərsə yaxud onu satarsa, bu oğru öldürülməlidir. Beləliklə, aranızdan pisliyi atın.
8 Muchenjere kwazvo pachirwere chamaperembudzi kuti muite chaizvoizvo zvamakarayirwa navaprista vanova vaRevhi. Munofanira kuchenjerera kutevera zvandakavarayira.
Cüzam xəstəliyinə tutulanda Levili kahinlərin əmr etdiyi kimi sizə öyrədəcəkləri hər şeyə əməl etməyə hədsiz diqqət göstərin.
9 Murangarire zvakaitwa naJehovha Mwari wenyu kuna Miriamu panzira mushure mokunge mabuda muIjipiti.
Misirdən çıxan zaman Allahınız Rəbbin yolda Məryəmə etdiyi hər şeyi xatırlayın.
10 Kana ukakweretesa chinhu chipi zvacho kumuvakidzani wako, usapinda mumba momuvakidzani wako kundotora zvaari kukupa sorubatso.
Qonşunuza bir şey borc verəndə girovu onun evinə girərək özünüz götürməyin.
11 Gara panze urege munhu wauri kupa chikwereti akuvigire rubatso.
Bayırda dayanın, borc verdiyiniz adam qoy özü girovu bayıra çıxarsın.
12 Kana munhu uyu ari murombo, usaende kundovata une rubatso rwake.
Əgər o adam kasıbdırsa, onun girovu sizdə ola-ola yatmayın.
13 Dzosera jasi rake kwaari pakuvira kwezuva kuti agovata mariri. Ipapo achakutenda, uye zvigoonekwa sokuita kwakarurama pamberi paJehovha Mwari wako.
Girov götürdüyünüzün üst paltarını mütləq gün batanda geri qaytarın ki, o öz üst paltarında yatıb sizə xeyir-dua etsin və bu, Allahınız Rəbbin önündə sizin üçün salehlik sayılsın.
14 Usamanikidza mushandi wako kana ari murombo kana munhu anoshayiwa, hazvinei kuti ihama yako muIsraeri kana kuti mutorwa anogara mune rimwe ramaguta enyu.
Muzdla işləyəni, kasıb və möhtac bir İsrailli soydaşınızı yaxud şəhərlərinizdə yaşayan hər hansı bir qəribi istismar etməyin.
15 Mupe mubayiro wake zuva risati ravira, nokuti iye murombo akatotarirawo pamugove wake. Nokuti angazochema kuna Jehovha pamusoro pako, uye uchazova nemhosva yokutadza.
Muzdunu hər gün gün batmazdan əvvəl verin, çünki kasıbdır, ümidini yalnız ona bağlayıb. Yoxsa sizdən Rəbbə fəryad edər və siz günahkar sayılarsınız.
16 Madzibaba haafaniri kuurayiwa nokuda kwevana vavo, kana vana kuurayiwa nokuda kwamadzibaba avo; mumwe nomumwe achafira chivi chake.
Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə öldürülsün.
17 Usarega kururamisira mutorwa kana nherera, uye usatora nguo yechirikadzi sorubatso.
Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin.
18 Murangarire kuti maimbova varanda muIjipiti uye Jehovha Mwari wenyu akakudzikinurai kubva ikoko. Ndokusaka ndichikurayirai kuti muite izvi.
Misirdə kölə olan zaman Allahınız Rəbbin sizi oradan necə qurtardığını xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.
19 Kana uchikohwa munda wako ukakanganwa chisote, usachidzokera kundochitora. Chisiyire mutorwa, nherera kana chirikadzi, kuitira kuti Jehovha Mwari wako agokuropafadza mumabasa ose amaoko ako.
Zəminizdə əkini biçən zaman bir dərz unutmusunuzsa, onu götürmək üçün geri qayıtmayın. Qoy o qəribin, yetimin və dul qadının olsun. Onda Allahınız Rəbb ələ götürdüyünüz hər işdə sizə bərəkət verəcək.
20 Kana wazunza miti yako yamaorivhi, usandozunzazve rwechipiri. Siyira asara kumutorwa, nherera nechirikadzi.
Ağacları döyüb zeytun yığan zaman budaqlarda qalanı dənləmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.
21 Kana uchikohwa mazambiringa mumunda wako womuzambiringa, usadzokorora kukohwa. Siyira zvinosara kumutorwa, nherera nechirikadzi.
Bağınızın üzümlərini yığan zaman tənəklərdə qalan məhsulu toplamaq üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.
22 Murangarire kuti maiva varanda muIjipiti. Ndokusaka ndichikurayirai kuti muite izvi.
Misir torpağında kölə olduğunuzu xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.

< Dhuteronomi 24 >