< Псалми 142 >

1 Гласом својим ка Господу вичем, гласом својим Господу се молим.
Davudun məzmuru. Maskil. Mağarada olanda etdiyi dua. Rəbbə fəryad qoparıb haray salıram, Rəbbə yalvararaq haray salıram.
2 Изливам пред Њим мољење своје, тугу своју пред Њим казујем,
Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm.
3 Кад изнемогне у мени дух мој. Ти знаш стазу моју. На путу, којим ходим, сакрише ми замку.
Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar.
4 Погледам надесно, и видим да ме нико не зна; нестаде ми уточишта, нико не мари за душу моју.
Sağıma bax, Özün gör, heç kim məni saymır, Pənah yerim yoxdur, Heç kim qayğıma qalmır.
5 Вичем к Теби, Господе; велим: Ти си уточиште моје, део мој на земљи живих.
Ya Rəbb, Sənə fəryad edərək dedim: «Pənahım Sənsən, Dirilər arasında Sən mənim nəsibimsən».
6 Чуј тужњаву моју; јер се мучим веома. Избави ме од оних који ме гоне, јер су јачи од мене.
Qulaq as fəryadıma, Nə qədər alçaldılmışam! Məni təqib edənlərdən qurtar, Çünki onlar məndən güclüdür.
7 Изведи из тамнице душу моју, да славим име Твоје. Око мене ће се скупити праведници, кад ми учиниш добро.
Canımı zindandan qurtar, Qoy isminə şükür edim! Onda salehlər məni əhatə edəcək, Çünki mənə comərdlik etdin!

< Псалми 142 >