< Књига Исуса Навина 18 >
1 И сабра се сав збор синова Израиљевих у Силом и онде наместише шатор од састанка, пошто покорише земљу.
Bütün İsrail övladlarının icması Şiloya yığışıb orada Hüzur çadırını qurdu. Bu torpaq onların hökmranlığı altında idi.
2 Али још беше синова Израиљевих седам племена, којима не би дато наследство.
İsrail övladlarının yeddi qəbiləsi arasında isə irs olan torpaqlar hələ paylanmamışdı.
3 И Исус рече синовима Израиљевим: Докле ћете оклевати, те не идете и узмете земљу коју вам је дао Господ Бог отаца ваших?
Yeşua İsrail övladlarına dedi: «Atalarınızın Allahı Rəbbin sizə verdiyi torpağa mülk sahibi kimi girməyə nə vaxta qədər tərəddüd edəcəksiniz?
4 Изаберите између себе по три човека из сваког племена, па нека се дигну и прођу земљу, и нека је препишу на наследства своја, па онда нека дођу к мени.
Hər qəbilədən özünüzə üç adam seçin. Onları göndərəcəyəm ki, çıxıb ölkəni dolaşsınlar və alacaqları irs torpaqlara görə oranı təsvir edib mənim yanıma gəlsinlər.
5 И нека је разделе на седам делова; Јуда ће остати у својим међама с југа, и дом ће Јосифов остати у међама својим са севера.
Onlar oranı yeddi hissəyə bölsünlər. Yəhuda cənubda olan öz torpağında qalsın, Yusifin nəsli də şimalda olan torpağında qalsın.
6 А ви препишите земљу на седам делова, и донесите амо к мени, да бацим жреб за племена ваша овде пред Господом Богом нашим.
Siz ölkəni yeddi hissə kimi təsvir edin və təsviri buraya mənə gətirin. Burada Allahımız Rəbbin hüzurunda sizin üçün püşk atacağam.
7 Јер Левити немају дела међу вама, јер је свештенство Господње њихово наследство; а Гад и Рувим и половина племена Манасијиног примише наследство своје с оне стране Јордана на истоку, које им даде Мојсије, слуга Господњи.
Amma aranızda Levililərin payı yoxdur, çünki onların irsi Rəbbin kahinliyidir. Qad, Ruven qəbilələri və Menaşşe qəbiləsinin yarısı İordan çayının şərq tərəfində Rəbbin qulu Musanın onlara verdiyi irs olan torpaqlarını aldılar».
8 Тада усташе људи и пођоше; а Исус заповеди људима који одоше да препишу земљу говорећи: Идите и прођите земљу и препишите је, па онда дођите к мени, те ћу бацити жреб за вас овде пред Господом у Силому.
Adamlar qalxıb gedəndə Yeşua onlara ölkəni təsvir edərək yazmağı əmr edib dedi: «Gedin, ölkəni gəzib oranı yazılı təsvir edərək yanıma qayıdın. Mən də burada, Şiloda, Rəbbin hüzurunda sizin üçün püşk atacağam».
9 И одоше људи и прођоше земљу и преписаше је у књигу, село по село, на седам делова; потом се вратише к Исусу у логор, у Силом.
Adamlar gedib ölkəni dolaşdılar. Şəhərlərinə görə oranı yeddi hissəyə ayıraraq təsvirini kitaba yazıb Şilodakı ordugaha, Yeşuanın yanına qayıtdılar.
10 И Исус баци жреб за њих у Силому пред Господом, и онде подели Исус земљу међу синове Израиљеве по деловима њиховим.
Yeşua Şiloda Rəbbin hüzurunda onlar üçün püşk atdı və orada İsrail övladlarının paylarına görə torpağı payladı.
11 И изађе жреб за племе синова Венијаминових по породицама њиховим, и дође међа дела њиховог међу синове Јудине и синове Јосифове.
İlk püşk nəsillərinə görə Binyamin övladları qəbiləsinə düşdü. Onlara düşən hissə Yəhuda övladları ilə Yusif övladlarının torpağı arasında idi.
12 И би им међа са севера до Јордана, и она иде покрај Јерихона са севера и пружа се на гору к западу, и излази у пустињу Вет-Авен;
Şimal tərəfdən onların sərhədi İordan çayından başlayırdı. Sərhəd Yerixonun şimal tərəfindəki yamacına yüksəlirdi, sonra qərbə doğru dağlığa qalxırdı, sonu isə Bet-Aven çölündə qurtarırdı.
13 А одатле иде та међа до Луза, с јужне стране Лузу, а то је Ветиљ, и силази до Атарот-Адара покрај горе која је с југа Вет-Орону доњем.
Oradan cənuba doğru sərhəd Luza, yəni Bet-Elə və Luzun yamacına çatırdı. Sonra sərhəd Aşağı Bet-Xoronun cənubunda olan dağlıqdan Atrot-Addara enirdi.
14 Отуда излази међа и савија се покрај мора к југу од горе, која је према Вет-Орону на југ, и излази на Киријат-Вал, а то је Киријат-Јарим, град синова Јудиних. То је западна страна.
Sərhəd oradan uzanaraq qərb tərəfdən cənuba doğru, Bet-Xoronun qarşısında olan dağdan da cənuba doğru dönürdü. Onun sonu Yəhuda övladlarının şəhəri olan Qiryat-Baalda, yəni Qiryat-Yearimdə qurtarırdı; qərb sərhədi bu idi.
15 А јужна страна од краја Киријат-Јарима, и излази та међа к западу, па иде на извор воде Нефтоје,
Cənub sərhədi Qiryat-Yearimin ən son hissəsindən qərbə doğru Neftoah sularının mənbəyinə çatırdı.
16 И силази та међа накрај горе која је према долини сина Еномовог, а у долини рафајској к западу, и иде преко долине Еномове покрај Јевусеја к југу, и силази на извор Рогил;
Ondan sonra sərhəd Refaim vadisinin şimalında Ben-Hinnom vadisinin qarşısındakı dağın ən son hissəsinə enirdi; buradan da cənuba doğru Hinnom vadisinə, Yevusun cənub yamacına enib En-Rogelə çatırdı,
17 Потом се обрће од севера и иде на Ен-Семес, а отуда иде на Галилот, који је према гори адумимској, и силази на камен Воана сина Рувимовог;
sonra sərhəd şimala doğru uzanaraq En-Şemeşə çıxırdı, Adummim yoxuşu qarşısında olan Gelilota çatırdı; oradan da Ruven oğlu Bohanın qayasına enirdi,
18 Отуда иде страном која је према Арави к северу и силази у Араву;
sonra şimala doğru Aravanın qarşı tərəfinə keçib Aravaya enirdi.
19 Потом иде покрај Вет-Огле к северу и удара у залив сланог мора са северне стране до краја Јордана на југу. То је јужна међа.
Sərhəd şimala doğru Bet-Xoqla yoxuşuna keçir, sərhədin sonu Duz dənizinin şimal körfəzində, İordan çayının cənubunda qurtarırdı. Bu, cənub sərhədi idi.
20 А Јордан је међа с источне стране. То је наследство синова Венијаминових с међама њиховим унаоколо по породицама њиховим.
Onun şərq tərəfdən sərhədi İordan çayı idi. Nəsillərinə görə Binyamin oğullarının irs torpaqlarının ərazisi bunlar idi.
21 А градови племена синова Венијаминових по породицама њиховим јесу: Јерихон и Вет-Огла и Емек-Кесис,
Nəsillərinə görə Binyamin övladları qəbiləsinin şəhərləri bunlar idi: Yerixo, Bet-Xoqla, Emeq-Qesis,
22 И Вет-Арава и Семарајим и Ветиљ,
Bet-Arava, Semarayim, Bet-El,
24 И Хефар-Амона и Офнија и Гава; дванаест градова са селима својим;
Kefar-Ammonay, Ofni, Geva, yəni kəndləri ilə birlikdə on iki şəhər;
25 Гаваон и Рама и Вирот,
Giveon, Rama, Beerot,
26 И Миспа и Хефира и Моса,
Mispe, Kefira, Mosa,
27 И Рекем и Јерфаил и Тарала,
Reqem, İrpeel, Tarala,
28 И Сила, Елеф и Јевус, а то је Јерусалим, Гават, Киријат; четрнаест градова са селима својим. То је наследство синова Венијаминових по породицама њиховим.
Sela, Elef, Yevus, yəni Yerusəlim, Givea, Qiryat, yəni kəndləri ilə birlikdə on dörd şəhər. Nəsillərinə görə Binyamin övladlarının irs torpaqları bunlardır.