< 2 Књига Самуилова 9 >

1 И рече Давид: Има ли јоште ко да је остао од дома Сауловог? Да му учиним милост ради Јонатана.
Davud dedi: «Şaul nəslindən sağ qalan kimsə varmı? Yonatanın xatirinə ona yaxşılıq edim».
2 А беше један слуга дома Сауловог, по имену Сива; и дозваше га к Давиду. И рече му цар: Јеси ли ти Сива? А он рече: Ја сам, слуга твој.
Şaulun nəslində Siva adlı bir xidmətçi var idi. Onu Davudun yanına çağırdılar və padşah ona dedi: «Siva sənsənmi?» O dedi: «Qulun özüdür ki, var».
3 А цар рече: Има ли јоште ко од дома Сауловог да му учиним милост Божију? А Сива рече цару: Још има син Јонатанов, хром на ногу.
Padşah dedi: «Şaul nəslindən bir adam qalmayıb ki, ona Allah xatirinə yaxşılıq edim?» Siva padşaha dedi: «Yonatanın iki ayağından şikəst bir oğlu var».
4 И рече му цар: Где је? А Сива рече цару: Ено га у дому Махира сина Амиловог у Лодевару.
Padşah ona dedi: «İndi o haradadır?» Siva padşaha dedi: «Budur, indi o, Lo-Devarda Ammielin oğlu Makirin evindədir».
5 Тада посла цар Давид да га доведу из Лодевара из дома Махира сина Амиловог.
Padşah Davud adam göndərib Lo-Devardan Ammielin oğlu Makirin evindən Mefiboşeti gətirtdi.
6 А кад дође к Давиду Мефивостеј син Јонатана сина Сауловог, паде на лице своје и поклони се. А Давид рече: Мефивостеју! А он рече: Ево слуге твог.
Şaul oğlu Yonatanın oğlu Mefiboşet Davudun yanına gəldi və üzünü yerə qoyub təzim etdi. Davud dedi: «Mefiboşet!» O «Budur, qulun özüdür ki, var!» dedi.
7 А Давид му рече: Не бој се; јер ћу ти учинити милост Јонатана ради оца твог, даћу ти натраг све њиве Саула оца твог; а ти ћеш свагда јести за мојим столом.
Davud ona dedi: «Qorxma, atan Yonatanın xatirinə mütləq sənə yaxşılıq edəcəyəm və baban Şaulun bütün torpağını sənə qaytaracağam. Sən həmişə mənim süfrəmdə yemək yeyəcəksən».
8 А он се поклони и рече: Ко сам ја слуга твој, те си погледао на мртвог пса као што сам ја?
Mefiboşet təzim edib dedi: «Axı bu qulun kimdir ki? Mənim kimi ölü bir köpəyə tərəf nə üçün üz tutursan?»
9 И цар дозва Сиву слугу Сауловог, и рече му: Шта је год било Саулово и свега дома његовог, дао сам сину твог господара.
Padşah Şaulun xidmətçisi Sivanı çağırıb dedi: «Şaula və onun nəslinə aid olan hər şeyi sənin ağanın nəvəsinə verdim.
10 Ради му дакле земљу ти и синови твоји и слуге твоје, и доноси да син господара твог има хлеб да једе; али Мефивостеј син господара твог јешће свагда за мојим столом. Сива пак имаше петнаест синова и двадесет слуга.
Ağanızın nəvəsinin torpağını sən, oğulların və qulların becərəcək. Məhsulunu ona verəcəksiniz ki, azuqəsi olsun. Ağanızın nəvəsi Mefiboşet isə həmişə mənim süfrəmdə yemək yeyəcək». Sivanın on beş oğlu və iyirmi qulu var idi.
11 И рече Сива цару: Како је цар господар мој заповедио слузи свом, све ће чинити слуга твој. Али Мефивостеј, рече цар, јешће за мојим столом као царски син.
Siva padşaha dedi: «Mən ağam padşahın bu quluna əmr etdiyi hər şeyi edəcəyəm». Beləliklə, Mefiboşet padşah oğullarından biri kimi Davudun süfrəsində yemək yeyirdi.
12 А Мефивостеј имаше малог сина, коме име беше Миха; а сви који живљаху у дому Сивином беху слуге Мефивостејеве.
Mefiboşetin kiçik bir oğlu var idi. Onun adı Mika idi. Sivanın evində yaşayanların hamısı Mefiboşetin xidmətçiləri idi.
13 А Мефивостеј сеђаше у Јерусалиму, јер свагда јеђаше за царевим столом, а беше хром на обе ноге.
Bundan sonra Mefiboşet Yerusəlimdə qaldı, çünki həmişə padşahın süfrəsində yemək yeyirdi. O, iki ayağından şikəst idi.

< 2 Књига Самуилова 9 >