< 2 Књига Самуилова 17 >
1 Још рече Ахитофел Авесалому: Да одаберем дванаест хиљада људи па да идем и терам Давида ноћас.
Axitofel Avşaloma dedi: «İndi seçəcəyim on iki min nəfərlə çıxıb bu gecə Davudu təqib edəcəyəm.
2 Па ћу га стигнути док је уморан и изнемоглих руку; и уплашићу га, те ће побећи сав народ што је с њим, па ћу убити цара самог.
Gərək onu yorğun və qol-qanadı qırılmış ikən dəhşətə gətirim. Onda yanında olan bütün xalq qaçar və mən də yalnız padşahı öldürərəm.
3 И обратићу сав народ к теби; јер за оним кога тражиш стоји да се сви врате к теби; тада ће се сав народ умирити.
Bütün xalqı isə sənə qaytararam. Hamının sənə tərəf dönməsi üçün axtardığın adamın öldürülməsi vacibdir. O zaman bütün xalq salamat qalar».
4 И то се учини добро Авесалому и свим старешинама Израиљевим.
Bu söz Avşalomun və bütün İsrail ağsaqqallarının nəzərində doğru göründü.
5 Али рече Авесалом: Дозовите и Хусаја Архијанина да чујемо шта ће и он рећи.
Avşalom dedi: «İndi isə Arklı Xuşayı da çağır, bir onun da dediyinə qulaq asaq».
6 А кад дође Хусај к Авесалому, рече му Авесалом говорећи: Тако и тако рече Ахитофел; хоћемо ли чинити како он рече или нећемо? Кажи ти.
Xuşay Avşalomun yanına gəldi. Avşalom ona müraciət edib dedi: «Axitofel belə bir məsləhət verdi. Onun təklifinə əməl edəkmi? Əgər belə etməyəcəyiksə, sən məsləhətini ver».
7 А Хусај рече Авесалому: Није добар савет што је сада саветовао Ахитофел.
Xuşay dedi: «Axitofelin bu dəfə verdiyi məsləhət yaxşı deyil».
8 Још рече Хусај: Ти знаш оца свог и људе његове да су храбри и да су љута срца као медведица кад јој отму медведиће у пољу; сврх тога, твој је отац ратник, неће ноћити с народом.
Sonra Xuşay sözünə davam etdi: «Bilirsən ki, atan və adamları igiddir. Onlar çöldə balalarından məhrum olan ayı kimi qəzəbli adamlardır. Atan isə təcrübəli cəngavərdir, o xalqla bir yerdə gecələməz.
9 Гле, он се је сада сакрио у какву јаму или на друго како место. Па ако у први мах који од ових погину, ко год чује сваки ће рећи: Побијен је народ који приста за Авесаломом.
Bax indi mağaraların birində yaxud başqa bir yerdə gizlənmişdir. İlk həmlədə sizlərdən qırılanlar olsa, hər eşidən “Avşalomun ardınca gedən xalqın arasında qırğın var” deyəcək.
10 А тада ће најхрабрији, у којих је срце као срце лавово, клонути, јер сав Израиљ зна да је твој отац јунак и да су храбри који су с њим.
Aslan ürəyi kimi ürəyi olan igid oğul da bundan tamamilə yumşalıb əriyəcək. Çünki bütün İsrail bilir ki, atan qoçaqdır və onunla əlbir olan adamlar da igiddir.
11 Зато ја саветујем да скупиш к себи све Израиљце од Дана до Вирсавеје да их буде као песка на мору, па ти главом иди у бој.
Lakin mən belə məsləhət verirəm: Dandan Beer-Şevaya qədər bütün İsraillilər dəniz kənarında qum kimi yanına yığılsın və döyüşə şəxsən sən gedəsən.
12 Тада ћемо поћи на њ, где би се год налазио, и напашћемо на њ као што роса пада на земљу, да му не остане ниједан од свих људи што су с њим.
Davudun qaldığı yerlərin birində onun üstünə gedərək torpağa düşən şeh kimi onların üstünə elə səpələnərik ki, nə özü, nə də ki yanındakı adamlardan biri belə, sağ qalmaz.
13 Ако ли утече у град, сав народ израиљски нека донесе ужа под онај град, па ћемо га свући у поток, да се ни камен не нађе онде.
Əgər o bir şəhərə çəkilibsə, o zaman bütün İsraillilər oraya iplər gətirər və yerdə kiçik bir çınqıl belə, qalmayana qədər şəhəri vadiyə çəkib atarıq».
14 Тада рече Авесалом и сви Израиљци: Бољи је савет Хусаја Архијанина него савет Ахитофелов. Јер Господ беше наредио да се разбије савет Ахитофелов, који беше бољи, да би Господ навукао зло на Авесалома.
Avşalomla bütün İsrail adamları dedilər: «Arklı Xuşayın məsləhəti Axitofelin məsləhətindən yaxşıdır». Çünki Rəbb Avşalomun başına fəlakət gətirmək üçün Axitofelin yaxşı məsləhətinin pozulmasına qərar vermişdir.
15 Потом рече Хусај свештеницима Садоку и Авијатару: Тако и тако саветова Ахитофел Авесалома и старешине Израиљеве, а ја саветовах тако и тако.
Xuşay kahin Sadoqa və kahin Evyatara dedi: «Axitofel Avşaloma və İsrail ağsaqqallarına bu cür məsləhət verdi, mən də başqa cür məsləhət verdim.
16 Него брже пошаљите, те јавите Давиду и реците: Немој ноћас ноћити у пољу у пустињи, него пређи преко, да не буде прождрт цар и сав народ што је с њим.
İndi cəld Davudun yanına adam göndərin və ona belə deyin: “Bu gecə çöldə, çayın dayaz yerində qalma, mütləq qarşı tərəfə keç, yoxsa padşah və onunla birlikdə bütün xalq məhv olacaq”».
17 А Јонатан и Ахимас стајаху код студенца Рогила, и дође једна слушкиња и каза им, да би отишли те јавили цару Давиду; јер се не смеху показати ни ући у град.
Yonatanla Aximaas En-Rogeldə qalırdılar. Bir qulluqçu qız gedib onlara məlumat gətirir, onlar da gedib bunu padşah Davuda çatdırırdılar. Ona görə ki şəhər içərisində görünə bilməzdilər.
18 Али их виде један момак, те каза Авесалому; а они обојица брже отидоше, и дођоше у Ваурим у кућу једног човека који имаше на двору студенац, те се спустише у њ.
Lakin bir gənc onları görüb Avşaloma xəbər verdi. Ona görə də Yonatanla Aximaas cəld gedib Baxurimdə bir adamın evinə girdilər. Bu adamın həyətində bir quyu var idi. Onlar quyunun içinə girdilər.
19 И жена узе и разастре поњаву поврх студенца, и поврх ње разасу прекрупу. И тако се не дозна.
Ev sahibəsi bir örtük götürüb quyunun üstünə döşəyib ora yarma sərdi və heç bir şey bilinmədi.
20 Јер дођоше слуге Авесаломове к оној жени у кућу, и рекоше јој: Где је Ахимас и Јонатан? А жена им рече: Отидоше преко потока. Тако траживши и не нашавши вратише се у Јерусалим.
Avşalomun adamları bu evə – qadının yanına gəlib dedilər: «Aximaas və Yonatan haradadır?» Qadın onlara dedi: «Çayı keçdilər». Onlar axtarmağa başladılar, lakin heç kəsi tapa bilməyib Yerusəlimə qayıtdılar.
21 А кад отидоше, они изађоше из студенца, и отидоше те јавише цару Давиду, и рекоше му: Устаните и пређите брже преко воде; јер је тако и тако саветовао Ахитофел на вас.
Avşalomun adamları gedəndən sonra Yonatanla Aximaas quyudan çıxdı və gedib padşah Davuda xəbər verərək dedi: «Qalxın, tez axar sulardan keçin, çünki Axitofel sizə qarşı bu cür məsləhət verib».
22 Тада уста Давид и сав народ што беше с њим, и пређоше преко Јордана пре зоре, не оста ниједан да не пређе преко Јордана.
Davud və yanında olan bütün xalq qalxıb İordan çayını keçdilər və səhər açılana qədər çayı keçməmiş adam qalmadı.
23 Ахитофел пак видећи где се не учини како он саветова, оседла свог магарца, па се подиже и отиде кући својој, у свој град, и наредивши за своју кућу обеси се те умре, и би погребен у гробу оца свог.
Axitofel görəndə ki işlər onun məsləhətinə görə edilməyib, eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü və onu atasının qəbri yanında basdırdılar.
24 А Давид дође у Маханајим; Авесалом пак пређе преко Јордана и сав Израиљ што беше с њим.
Davud Maxanayimə gəldi. Avşalomla yanında olan bütün İsraillilərsə İordan çayını keçdilər.
25 И постави Авесалом Амасу над војском, на место Јоавово; а Амаса беше син неког човека по имену Итре Израиљца, који облежа Авигеју кћер Насову, сестру Серује матере Јоавове.
Avşalom Amasanı Yoavın yerinə ordu başçısı qoymuşdu. Amasa Yoavın anası Seruyanın bacısı, Naxaşın qızı Aviqailin yanına girmiş olan İsrailli Yetra adlanan bir adamın oğlu idi.
26 И стаде у логор Израиљ с Авесаломом у земљи Галадовој.
İsraillilərlə Avşalom Gilead torpağında ordugah qurdu.
27 А кад дође Давид у Маханајим, Совије син Насов из Раве синова Амонових и Махир син Амилов из Лодевара и Варзелај од Галада из Рогелима.
Belə oldu ki, Davud Maxanayimə gələndə Ammon oğullarının Rabba şəhərindən Naxaş oğlu Şovi, Lo-Devardan Ammiel oğlu Makir və Rogelimdən Gileadlı Barzillay
28 Донесоше постеље и чаша и судова земљаних и пшенице и јечма и брашна и прекрупе и боба и лећа и пржених зрна,
Davudla yanındakı camaata döşəklər, ləyənlər, gil qablar, yemək üçün buğda, arpa, un, qovurğa, paxla, mərci və qovrulmuş dən,
29 И меда и масла и оваца и сира крављег; донесоше Давиду и народу што беше с њим да једу. Јер говораху: Народ је гладан и уморан и жедан у тој пустињи.
bal və kəsmik, qoyun və inək pendiri gətirdilər. Çünki düşünürdülər ki, xalq çöldə ac, yorğun və susuzdur.