< 2 Књига дневника 34 >
1 Осам година беше Јосији кад поче царовати, и царова тридесет и једну годину у Јерусалиму.
Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi.
2 Он чињаше што је право пред Господом и хођаше путевима Давида оца свог и не одступаше ни надесно ни налево.
O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolları ilə gedərək onlardan kənara çıxmadı.
3 Јер осме године царовања свог, док још беше дете, поче тражити Бога Давида оца свог; а дванаесте године поче чистити Јудеју и Јерусалим од висина и од лугова и од ликова резаних и ливених.
Padşahlığının səkkizinci ilində hələ gənc ikən babası Davudun Allahını axtarmağa başladı. On ikinci ildə Yəhudanı və Yerusəlimi səcdəgahlardan, Aşera bütlərindən, oyma bütlərdən və tökmə bütlərdən təmizləməyə başladı.
4 Јер пред њим раскопаше олтаре Валима, и ликове сунчане који беху на њима исече, и гајеве, и ликове резане и ливене изломи и сатре, и разасу по гробовима оних који им приносише жртве;
Yoşiyanın önündə Baal bütlərinin qurbangahlarını dağıtdılar. Onların üzərində qoyulan buxur qurbangahlarını kəsib atdı. Aşera bütlərini, oyma bütləri və tökmə bütləri sındırdı, onları əzib toz etdi və bu bütlərə qurban gətirənlərin qəbirləri üzərinə səpdi.
5 А кости свештеничке сажеже на олтарима њиховим; и очисти Јудеју и Јерусалим;
Öz qurbangahlarında onların kahinlərinin sümüklərini yandırdı, beləcə Yəhudanı və Yerusəlimi təmizlədi.
6 Тако и градове Манасијине и Јефремове и Симеунове и до Нефталима, и пустоши њихове унаоколо.
Yoşiya Menaşşe, Efrayim və Şimeon qəbilələrinin şəhərlərində və ətraf viranəliklərində də Naftali torpağına qədər qurbangahları dağıtdı.
7 И тако обори олтаре и гајеве, и ликове изломи и сатре, и све ликове сунчане исече по свој земљи Израиљевој; потом се врати у Јерусалим.
Aşera bütlərini və oyma bütləri toz edənə qədər əzdi, bütün İsrail ölkəsində buxur qurbangahlarının hamısını kəsib atdı, sonra Yerusəlimə qayıtdı.
8 А осамнаесте године царовања свог пошто очисти земљу и дом, посла Сафана сина Азалијиног и Масију заповедника градског и Јоаха сина Јоахазовог, паметара, да се оправи дом Господа Бога његовог.
Padşahlığının on səkkizinci ilində ölkəni və məbədi təmizlədikdən sonra Yoşiya Asalya oğlu Şafanı, şəhər rəisi Maaseyanı, salnaməçi Yoaxaz oğlu Yoahı öz Allahı Rəbbin məbədini təmir etmək üçün göndərdi.
9 И они отидоше ка Хелкији, поглавару свештеничком, и предаше новце донесене у дом Божји, које скупише Левити вратари од синова Манасијиних и Јефремових и од свега остатка Израиљевог, и од свега Јуде и Венијамина, па се вратише у Јерусалим;
Onlar baş kahin Xilqiyanın yanına gəldi. Bütün qalan İsraillilərin – Menaşşelilərin, Efrayimlilərin, bütün Yəhudalıların, Binyaminlilərin və Yerusəlimdə yaşayanların Allahın məbədinə gətirdikləri, astana keşikçisi olan Levililərin yığdıqları pulu
10 И дадоше настојницима над послом, који беху над домом Господњим, а они их даваху посленицима који рађаху у дому Господњем оправљајући што је трошно и утврђујући дом;
Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə –
11 Даваху дрводељама и каменарима да се купује камење тесано и дрво за греде и да се побрвнају куће које беху развалили цареви Јудини.
dülgərlərə və ustalara verdilər ki, Yəhuda padşahlarının xaraba qoyduqları evlər üçün yonulmuş daş və rəzələrlə dirəklər üçün taxta alsınlar.
12 А ти људи рађаху верно посао; и над њима беху постављени Јат и Овадија Левити од синова Мераријевих, и Захарија и Месулам од синова Катових да настоје око посла; и ти Левити сви умеху ударати у справе музичке.
Bu adamlar sədaqətlə iş gördülər. İşə nəzarət etmək üçün onların üzərinə Levililər – Merari nəslindən olan Yaxat və Avdiya, Qohat nəslindən olan Zəkəriyyə və Meşullam, hər biri musiqi alətlərində çala bilən Levililər qoyulmuşdu.
13 И беху над носиоцима и над свим посленицима у свакој служби, и писари и управитељи и вратари беху Левити.
Bunlar yük daşıyanların da üzərində idi və hər cür xidmətdə bütün işi görənlərə nəzarət edirdi. Mirzələr, məmurlar, qapıçılar da Levililərdən idi.
14 И кад изношаху новце донесене у дом Господњи, нађе Хелкија свештеник књигу закона Господњег даног преко Мојсија.
Rəbbin məbədinə gətirilmiş olan pulu çıxartdıqları zaman kahin Xilqiya Musa vasitəsilə verilən Rəbbin Qanun kitabını tapdı.
15 И каза Хелкија Сафану писару и рече: Нађох законик у дому Господњем. И даде Хелкија књигу Сафану.
Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi.
16 А Сафан однесе књигу цару и јави му говорећи: Слуге твоје раде све што им је заповеђено.
Şafan kitabı padşahın yanına apardı, həm də ona xəbər gətirib dedi: «Qulların tapşırdığın hər şeyi edir.
17 Јер покупивши новце што се нађоше у дому Господњем, дадоше их настојницима и посленицима.
Rəbbin məbədində tapılan pulu boşaltdılar, onu nəzarətçilərin və işçilərin əlinə verdilər».
18 И још каза Сафан писар цару говорећи: Књигу ми даде Хелкија свештеник. И прочита је Сафан цару.
Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu.
19 А кад цар чу шта говори закон, раздре хаљине своје.
Padşah Qanun sözlərini eşidəndə paltarını cırdı.
20 И заповеди цар Хелкији и Ахикаму сину Сафановом и Авдону сину Михејином и Сафану писару и Асаји слузи царевом говорећи:
Padşah Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Avdona, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi:
21 Идите упитајте Господа за ме и за остатак у Израиљу и Јуди ради речи књиге ове што се нађе, јер је велик гнев Господњи који се излио на нас зато што оци наши не држаше речи Господње да чине све онако како је написано у овој књизи.
«Gedin, tapılmış kitabın sözlərinə görə mənim üçün, İsraillilərin və Yəhudalıların qalanı üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı tökülmüş qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabda yazılan hər şeyə görə Rəbbin sözünə əməl etməmişdilər».
22 И тако отиде Хелкија и људи цареви к Олди пророчици, жени Салума сина Текуја сина Асре ризничара, а она сеђаше у Јерусалиму у другом крају, и говорише с њом о том.
Xilqiya və padşahın adamları qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Xasra oğlu Toqhat oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla bu barədə söhbət etdilər.
23 А она им рече: Овако вели Господ Бог Израиљев: Кажите човеку који вас је послао к мени:
Qadın onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki,
24 Овако вели Господ: Ево пустићу зло на то место и на становнике његове, све клетве написане у књизи, коју су прочитали цару Јудином.
Rəbb belə deyir: “Mən Yəhuda padşahının önündə oxuduqları kitabda yazılan bütün lənətlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm.
25 Зато што ме оставише и кадише другим боговима да би ме гневили свим делима руку својих, зато ће се излити гнев мој на то место и неће се угасити.
Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim töküləcək və sönməyəcək”.
26 А цару Јудином који вас је послао да упитате Господа, овако му реците: Овако вели Господ Бог Израиљев за речи које си чуо:
Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin.
27 Што је омекшало срце твоје и понизио си се пред Богом кад си чуо шта је рекао за то место и за становнике његове, и понизивши се преда мном раздро си хаљине своје и плакао преда мном, зато и ја услиших тебе, вели Господ.
Allahın bu yerə və orada yaşayanlara qarşı Allah sözlərini eşidəndə ürəyin yumşaldı və Onun önündə özünü aşağı tutdun. Bəli, Mənim önümdə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” Rəbb belə bəyan edir.
28 Ево, ја ћу те прибрати к оцима твојим, и на миру ћеш бити прибран у гроб свој, и нећеш видети својим очима зло које ћу пустити на то место и на становнике његове. И казаше то цару.
“Mən səni atalarına qoşacağam və rahat öz qəbrinə qoyulacaqsan, bu yerin və orada yaşayanların üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdı.
29 Тада посла цар те скупи све старешине Јудине и јерусалимске.
Padşah Yəhudanın və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı.
30 И отиде цар у дом Господњи и сви људи из земље Јудине и Јерусалимљани, и свештеници и Левити и сав народ, мало и велико, и прочита им све речи књиге заветне, која се нађе у дому Господњем.
Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanlar, kahinlər, Levililər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu.
31 И цар стојећи на свом месту зададе веру пред Господом да ће ићи за Господом и држати заповести Његове и сведочанства Његова и уредбе Његове свим срцем и свом душом својом вршећи речи тог завета написане у тој књизи.
Padşah öz yerində dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi və bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin.
32 И каза, те присташе сви који се нађоше у Јерусалиму и у племену Венијаминовом; и чињаху Јерусалимљани по завету Бога, Бога отаца својих.
O, Yerusəlimdə olanların hamısına və Binyaminlilərə bu əhdi təsdiq etdirdi. Yerusəlimdə yaşayanlar Allahın, atalarının Allahının əhdinə görə belə etdi.
33 И укиде Јосија све гадове по свим крајевима синова Израиљевих, и учини, те сви који беху у Израиљу служаху Господу Богу свом. Свега века његовог не одступише од Господа Бога отаца својих.
Yoşiya İsraillilərin bütün torpaqlarında iyrənc şeylərin hamısını aradan qaldırdı və İsraildə olanların hamısına özlərinin Allahı Rəbbə qulluq etməyi əmr etdi. Onun bütün ömrü boyu xalq atalarının Allahı Rəbbin ardınca getməkdən dönmədi.