< Jeremiæ 24 >

1 ostendit mihi Dominus et ecce duo calathi pleni ficis positi ante templum Domini postquam transtulit Nabuchodonosor rex Babylonis Iechoniam filium Ioachim regem Iuda et principes eius et fabrum et inclusorem de Hierusalem et adduxit eos in Babylonem
Babil padşahı Navuxodonosor Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini, Yəhuda başçılarını, ustaları və sənətkarları Yerusəlimdən sürgün edib Babilə apardı. Bu hadisədən sonra Rəbb mənə Öz məbədi önündə qoyulmuş iki səbət əncir göstərdi.
2 calathus unus ficus bonas habebat nimis ut solent ficus esse primi temporis et calathus unus ficus habebat malas nimis quae comedi non poterant eo quod essent malae
Bir səbətdə ilk məhsula oxşayan çox yaxşı əncirlər, o biri səbətdə isə əzik olduqları üçün yeməyə yararsız olan çox pis əncirlər var idi.
3 et dixit Dominus ad me quid tu vides Hieremia et dixi ficus ficus bonas bonas valde et malas malas valde quae comedi non possunt eo quod sint malae
Rəbb mənə dedi: «Nə görürsən, Yeremya?» Mən dedim: «Əncir. Yaxşı əncirlər çox yaxşıdır, pis əncirlər isə çox pis, əzilib yararsız hala düşmüşdür, onları yemək olmaz».
4 et factum est verbum Domini ad me dicens
Mənə Rəbbin bu sözü nazil oldu:
5 haec dicit Dominus Deus Israhel sicut ficus hae bonae sic cognoscam transmigrationem Iuda quam emisi de loco isto in terram Chaldeorum in bonum
«İsrailin Allahı Rəbb belə deyir: “Buradan Xaldey ölkəsinə sürgünə göndərdiyim Yəhuda əsirlərini bu yaxşı əncirlər kimi yaxşı hesab edəcəyəm.
6 et ponam oculos meos super eos ad placandum et reducam eos in terram hanc et aedificabo eos et non destruam et plantabo eos et non evellam
Yaxşı yaşasınlar deyə gözlərim onların üzərində olacaq və onları yenə bu ölkəyə qaytaracağam. Onları dirçəldəcəyəm, yıxmayacağam, onları əkəcəyəm, çıxarmayacağam.
7 et dabo eis cor ut sciant me quia ego sum Dominus et erunt mihi in populum et ego ero eis in Deum quia revertentur ad me in toto corde suo
Onlara ürək verəcəyəm ki, Mənim Rəbb olduğumu bilsinlər. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam, çünki onlar bütün qəlbləri ilə Mənə üz tutacaq”.
8 et sicut ficus pessimae quae comedi non possunt eo quod sint malae haec dicit Dominus sic dabo Sedeciam regem Iuda et principes eius et reliquos de Hierusalem qui remanserunt in urbe hac et qui habitant in terra Aegypti
Rəbb belə deyir: “Amma Yəhuda padşahı Sidqiyanı, onun başçılarını, Yerusəlimdə salamat qalıb bu ölkədə yaxud Misirdə yaşayanları yeməyə yararsız olan əzik əncir kimi edəcəyəm.
9 et dabo eos in vexationem adflictionemque omnibus regnis terrae in obprobrium et in parabolam et in proverbium et in maledictionem in universis locis ad quos eieci eos
Onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onlar sürgün etdiyim hər yerdə rüsvay olub ibrətə çevriləcək, kinayə və lənət qazanacaqlar.
10 et mittam in eis gladium et famem et pestem donec consumantur de terra quam dedi eis et patribus eorum
Özlərinə və atalarına verdiyim torpaqdan silinib qurtarana qədər üstlərinə qılınc, aclıq və vəba göndərəcəyəm”».

< Jeremiæ 24 >