< תהילים 45 >

לַמְנַצֵּחַ עַל־שֹׁשַׁנִּים לִבְנֵי־קֹרַח מַשְׂכִּיל שִׁיר יְדִידֹֽת׃ רָחַשׁ לִבִּי ׀ דָּבָר טוֹב אֹמֵר אָנִי מַעֲשַׂי לְמֶלֶךְ לְשׁוֹנִי עֵט ׀ סוֹפֵר מָהִֽיר׃ 1
Musiqi rəhbəri üçün. Qorah övladlarının «Şoşannim» üstə oxunan maskili. Sevgi nəğməsi Qəlbim yaxşı sözlərlə çağlayır, Qoy şeirlərimi padşahıma söyləyim, Dilim mahir bir xəttatın qələminə oxşayır.
יׇפְיָפִיתָ מִבְּנֵי אָדָם הוּצַק חֵן בְּשִׂפְתוֹתֶיךָ עַל־כֵּן בֵּֽרַכְךָ אֱלֹהִים לְעוֹלָֽם׃ 2
Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib.
חֲגֽוֹר־חַרְבְּךָ עַל־יָרֵךְ גִּבּוֹר הוֹדְךָ וַהֲדָרֶֽךָ׃ 3
Ey cəngavər, qılıncını belinə bağla, Əzəmətini, ehtişamını göstər.
וַהֲדָרְךָ ׀ צְלַח רְכַב עַֽל־דְּבַר־אֱמֶת וְעַנְוָה־צֶדֶק וְתוֹרְךָ נוֹרָאוֹת יְמִינֶֽךָ׃ 4
Həqiqət, itaətkarlıq və salehlik naminə Döyüş arabasına qalx, Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.
חִצֶּיךָ שְׁנוּנִים עַמִּים תַּחְתֶּיךָ יִפְּלוּ בְּלֵב אוֹיְבֵי הַמֶּֽלֶךְ׃ 5
Nə itidir oxların, Padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır.
כִּסְאֲךָ אֱלֹהִים עוֹלָם וָעֶד שֵׁבֶט מִישֹׁר שֵׁבֶט מַלְכוּתֶֽךָ׃ 6
Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır.
אָהַבְתָּ צֶּדֶק וַתִּשְׂנָא ־ רֶשַׁע עַל־כֵּן ׀ מְשָׁחֲךָ אֱלֹהִים אֱלֹהֶיךָ שֶׁמֶן שָׂשׂוֹן מֵחֲבֵרֶֽךָ׃ 7
Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib.
מֹר־וַאֲהָלוֹת קְצִיעוֹת כׇּל־בִּגְדֹתֶיךָ מִֽן־הֵיכְלֵי שֵׁן מִנִּי שִׂמְּחֽוּךָ׃ 8
Bütün paltarlarından Mirra, əzvay və Çin darçınının ətri gəlir. Fil dişindən olan saraylarından Səni şənləndirən simli alətlərin sədası gəlir.
בְּנוֹת מְלָכִים בְּיִקְּרוֹתֶיךָ נִצְּבָה שֵׁגַל לִימִינְךָ בְּכֶתֶם אוֹפִֽיר׃ 9
Şərəfə çatdırdığın qadınlar arasında Şahzadə xanımlar da var. Mələkə olacaq qız sağ qoluna girib, Ofir qızıllarına bürünüb.
שִׁמְעִי־בַת וּרְאִי וְהַטִּי אׇזְנֵךְ וְשִׁכְחִי עַמֵּךְ וּבֵית אָבִֽיךְ׃ 10
Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as, Öz xalqını, ata evini unut.
וְיִתְאָו הַמֶּלֶךְ יׇפְיֵךְ כִּי־הוּא אֲדֹנַיִךְ וְהִשְׁתַּֽחֲוִי־לֽוֹ׃ 11
Sənin gözəlliyin padşahı məftun etsin. O sənin ağandır, ona itaət et.
וּבַֽת־צֹר ׀ בְּמִנְחָה פָּנַיִךְ יְחַלּוּ עֲשִׁירֵי עָֽם׃ 12
Sur xalqı yanına hədiyyələr gətirəcək, Xalqın varlıları səndən lütf istəyəcək.
כׇּל־כְּבוּדָּה בַת־מֶלֶךְ פְּנִימָה מִֽמִּשְׁבְּצוֹת זָהָב לְבוּשָֽׁהּ׃ 13
Bu şah qızı sarayına cah-calalla gətirilir, Paltarları qızıl tikmələrə bürünmüş.
לִרְקָמוֹת תּוּבַל לַמֶּלֶךְ בְּתוּלוֹת אַחֲרֶיהָ רֵעוֹתֶיהָ מוּבָאוֹת לָֽךְ׃ 14
Padşahın yanına əlvan libasda gətirilir, Rəfiqələri sağdışı-soldışıdır.
תּוּבַלְנָה בִּשְׂמָחֹת וָגִיל תְּבֹאֶינָה בְּהֵיכַל מֶֽלֶךְ׃ 15
Onlar sevinclə, şadlıqla gətirilir, Padşahın sarayına girirlər.
תַּחַת אֲבֹתֶיךָ יִהְיוּ בָנֶיךָ תְּשִׁיתֵמוֹ לְשָׂרִים בְּכׇל־הָאָֽרֶץ׃ 16
Ey padşah, ata-baban kimi oğulların olacaq, Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən.
אַזְכִּירָה שִׁמְךָ בְּכׇל־דֹּר וָדֹר עַל־כֵּן עַמִּים יְהוֹדוּךָ לְעֹלָם וָעֶֽד׃ 17
Adını nəsillərdən-nəsillərə çatdıracağam, Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq!

< תהילים 45 >