< מִשְׁלֵי 4 >

שִׁמְעוּ בָנִים מוּסַר אָב וְהַקְשִׁיבוּ לָדַעַת בִּינָֽה׃ 1
Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın, İdrakı dərk etmək üçün diqqətli olun.
כִּי לֶקַח טוֹב נָתַתִּי לָכֶם תּוֹרָתִי אַֽל־תַּעֲזֹֽבוּ׃ 2
Çünki sizə yaxşı dərs verirəm, Təlimimi atmayın.
כִּֽי־בֵן הָיִיתִי לְאָבִי רַךְ וְיָחִיד לִפְנֵי אִמִּֽי׃ 3
Mən ata ocağında uşaq olanda, Anamın yeganə balası olanda
וַיֹּרֵנִי וַיֹּאמֶר לִי יִֽתְמׇךְ־דְּבָרַי לִבֶּךָ שְׁמֹר מִצְוֺתַי וֶחְיֵֽה׃ 4
Atam mənə təlim verərək dedi: «Qoy qəlbin sözümə möhkəm bağlansın, Əmrlərimə əməl et ki, ömrün uzun olsun.
קְנֵה חׇכְמָה קְנֵה בִינָה אַל־תִּשְׁכַּח וְאַל־תֵּט מֵאִמְרֵי־פִֽי׃ 5
Hikmət qazan, idrak qazan, Sözlərimi unutma, sözümdən çıxma.
אַל־תַּעַזְבֶהָ וְתִשְׁמְרֶךָּ אֱהָבֶהָ וְתִצְּרֶֽךָּ׃ 6
Hikmətdən ayrılmasan, o səni qoruyar, Əgər onu sevsən, səni saxlayar.
רֵאשִׁית חׇכְמָה קְנֵה חׇכְמָה וּבְכׇל־קִנְיָנְךָ קְנֵה בִינָֽה׃ 7
Hikmət hər şeydən üstündür, gərək onu qazanasan, İdraka sahib olmaq üçün var-yoxunu verəsən.
סַלְסְלֶהָ וּֽתְרוֹמְמֶךָּ תְּכַבֵּדְךָ כִּי תְחַבְּקֶֽנָּה׃ 8
Onu üstün tutsan, səni ucaldar, Əgər ona bağlansan, səni şərəfə çatdırar.
תִּתֵּן לְרֹאשְׁךָ לִוְיַת־חֵן עֲטֶרֶת תִּפְאֶרֶת תְּמַגְּנֶֽךָּ׃ 9
O sənin başının gözəl çələngi olar, Başına şərəf tacı qoyar».
שְׁמַע בְּנִי וְקַח אֲמָרָי וְיִרְבּוּ לְךָ שְׁנוֹת חַיִּֽים׃ 10
Oğlum, məni dinlə, Sözlərimi qəbul etsən, ömrünü uzadarsan.
בְּדֶרֶךְ חׇכְמָה הֹרֵיתִיךָ הִדְרַכְתִּיךָ בְּמַעְגְּלֵי־יֹֽשֶׁר׃ 11
Sənə hikmət yolunun təlimini verirəm, Düz yolda gəzdirirəm.
בְּֽלֶכְתְּךָ לֹא־יֵצַר צַעֲדֶךָ וְאִם־תָּרוּץ לֹא תִכָּשֵֽׁל׃ 12
Gedəndə addımların büdrəməz, Qaçanda ayaqların sürüşməz.
הַחֲזֵק בַּמּוּסָר אַל־תֶּרֶף נִצְּרֶהָ כִּי־הִיא חַיֶּֽיךָ׃ 13
Aldığın tərbiyəyə bağlan, ayrılma, Onu saxla, o sənin həyatındır.
בְּאֹרַח רְשָׁעִים אַל־תָּבֹא וְאַל־תְּאַשֵּׁר בְּדֶרֶךְ רָעִֽים׃ 14
Pislərin yoluna ayaq basma, Şər insanın yolu ilə getmə.
פְּרָעֵהוּ אַל־תַּעֲבׇר־בּוֹ שְׂטֵה מֵעָלָיו וַעֲבֹֽר׃ 15
Çəkil, bu yolun yaxınından belə, keçmə, Uzaq dur, başqa bir səmtdən yolu keç.
כִּי לֹא יִֽשְׁנוּ אִם־לֹא יָרֵעוּ וְֽנִגְזְלָה שְׁנָתָם אִם־לֹא (יכשולו) [יַכְשִֽׁילוּ]׃ 16
Çünki şər adamlar pislik etməsələr, Yata bilməzlər. Kimisə yıxmasalar, yuxuları qaçar.
כִּי לָחֲמוּ לֶחֶם רֶשַׁע וְיֵין חֲמָסִים יִשְׁתּֽוּ׃ 17
Şərin çörəyini yeyərlər, Zorakılığın şərabını içərlər.
וְאֹרַח צַדִּיקִים כְּאוֹר נֹגַהּ הוֹלֵךְ וָאוֹר עַד־נְכוֹן הַיּֽוֹם׃ 18
Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
דֶּרֶךְ רְשָׁעִים כָּאֲפֵלָה לֹא יָדְעוּ בַּמֶּה יִכָּשֵֽׁלוּ׃ 19
Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər.
בְּנִי לִדְבָרַי הַקְשִׁיבָה לַאֲמָרַי הַט־אׇזְנֶֽךָ׃ 20
Oğlum, sözlərimə fikir ver, Dediklərimə qulaq as.
אַל־יַלִּיזוּ מֵעֵינֶיךָ שׇׁמְרֵם בְּתוֹךְ לְבָבֶֽךָ׃ 21
Onları gözlərinin önündən ayırma, Onları ürəyində qoru.
כִּֽי־חַיִּים הֵם לְמֹצְאֵיהֶם וּֽלְכׇל־בְּשָׂרוֹ מַרְפֵּֽא׃ 22
Çünki onları tapanlar Həyat və cansağlığı tapar.
מִֽכׇּל־מִשְׁמָר נְצֹר לִבֶּךָ כִּֽי־מִמֶּנּוּ תּוֹצְאוֹת חַיִּֽים׃ 23
Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur.
הָסֵר מִמְּךָ עִקְּשׁוּת פֶּה וּלְזוּת שְׂפָתַיִם הַרְחֵק מִמֶּֽךָּ׃ 24
Əyri danışığı ağzından götür, Azğın dodaqları özündən uzaqlaşdır.
עֵינֶיךָ לְנֹכַח יַבִּיטוּ וְעַפְעַפֶּיךָ יַיְשִׁרוּ נֶגְדֶּֽךָ׃ 25
Gözlərin irəliyə baxsın, Düppədüz qarşına nəzər sal.
פַּלֵּס מַעְגַּל רַגְלֶךָ וְֽכׇל־דְּרָכֶיךָ יִכֹּֽנוּ׃ 26
Getdiyin yolu düzəlt, Yollarını sahmana sal.
אַֽל־תֵּט־יָמִין וּשְׂמֹאול הָסֵר רַגְלְךָ מֵרָֽע׃ 27
Nə sağa, nə də sola dön, Ayağını pislikdən çək.

< מִשְׁלֵי 4 >