< חבקוק 1 >

הַמַּשָּׂא אֲשֶׁר חָזָה חֲבַקּוּק הַנָּבִֽיא׃ 1
Habaqquq peyğəmbərə görüntü ilə nazil olan xəbərdarlıq.
עַד־אָנָה יְהֹוָה שִׁוַּעְתִּי וְלֹא תִשְׁמָע אֶזְעַק אֵלֶיךָ חָמָס וְלֹא תוֹשִֽׁיעַ׃ 2
Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sənsə eşitmirsən. «Zorakılıq var!» deyə Sənə fəryad edirəm, Lakin bizi qurtarmırsan.
לָמָּה תַרְאֵנִי אָוֶן וְעָמָל תַּבִּיט וְשֹׁד וְחָמָס לְנֶגְדִּי וַיְהִי רִיב וּמָדוֹן יִשָּֽׂא׃ 3
Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Hara nəzər salsam, Orada soyğunçuluq və zorakılıq var, Davaların, çəkişmələrin sonu yoxdur.
עַל־כֵּן תָּפוּג תּוֹרָה וְלֹא־יֵצֵא לָנֶצַח מִשְׁפָּט כִּי רָשָׁע מַכְתִּיר אֶת־הַצַּדִּיק עַל־כֵּן יֵצֵא מִשְׁפָּט מְעֻקָּֽל׃ 4
Buna görə qanun qüvvədən düşdü, Ədalətə üstünlük verilmir. Pis adamlar salehləri dövrəyə alır, Ona görə ədalət təhrif olunur.
רְאוּ בַגּוֹיִם וְֽהַבִּיטוּ וְהִֽתַּמְּהוּ תְּמָהוּ כִּי־פֹעַל פֹּעֵל בִּימֵיכֶם לֹא תַאֲמִינוּ כִּי יְסֻפָּֽר׃ 5
Baxın o biri millətlərə, Gördüklərinizə təəccüblənərək mat qalın. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Bunu sizə danışsalar, inanmazsınız.
כִּֽי־הִנְנִי מֵקִים אֶת־הַכַּשְׂדִּים הַגּוֹי הַמַּר וְהַנִּמְהָר הַהוֹלֵךְ לְמֶרְחֲבֵי־אֶרֶץ לָרֶשֶׁת מִשְׁכָּנוֹת לֹּא־לֽוֹ׃ 6
Budur, Mən amansız və qəddar milləti – Dünyanın dörd tərəfinə yüyürən, Özgə məskənləri zəbt edən Xaldeyliləri qaldırıram.
אָיֹם וְנוֹרָא הוּא מִמֶּנּוּ מִשְׁפָּטוֹ וּשְׂאֵתוֹ יֵצֵֽא׃ 7
Onlar dəhşətli və qorxuncdur, Ədalət və şərəf yalnız onlar deyəndir.
וְקַלּוּ מִנְּמֵרִים סוּסָיו וְחַדּוּ מִזְּאֵבֵי עֶרֶב וּפָשׁוּ פָּרָשָׁיו וּפָֽרָשָׁיו מֵרָחוֹק יָבֹאוּ יָעֻפוּ כְּנֶשֶׁר חָשׁ לֶאֱכֽוֹל׃ 8
Atları bəbirdən çevik, Özləri isə ac qurddan daha azğındır, Süvariləri yeri deşərək uzaqdan gəlir, Şikarını yeməyə cuman qartal kimi şığıyır.
כֻּלֹּה לְחָמָס יָבוֹא מְגַמַּת פְּנֵיהֶם קָדִימָה וַיֶּאֱסֹף כַּחוֹל שֶֽׁבִי׃ 9
Onların hamısı zorakılıq üçün gəlir, Hamısı bir nəfər kimi irəliyə üz tutur, Əsirləri qum kimi yığırlar.
וְהוּא בַּמְּלָכִים יִתְקַלָּס וְרֹזְנִים מִשְׂחָק לוֹ הוּא לְכׇל־מִבְצָר יִשְׂחָק וַיִּצְבֹּר עָפָר וַֽיִּלְכְּדָֽהּ׃ 10
Padşahlara rişxənd edirlər, Hökmdarlara gülürlər. Hər qalalı şəhərə lağ edirlər, Oraya torpaq qalağı töküb ələ keçirirlər.
אָז חָלַף רוּחַ וַֽיַּעֲבֹר וְאָשֵׁם זוּ כֹחוֹ לֵאלֹהֽוֹ׃ 11
Onlar yel kimi keçib-gedir. Qüvvələrini özlərinə allah edən bu adamlar Təqsirkar sayılacaq.
הֲלוֹא אַתָּה מִקֶּדֶם יְהֹוָה אֱלֹהַי קְדֹשִׁי לֹא נָמוּת יְהֹוָה לְמִשְׁפָּט שַׂמְתּוֹ וְצוּר לְהוֹכִיחַ יְסַדְתּֽוֹ׃ 12
Əzəldən bəri var olan Sən deyilsənmi? Ya Rəbb, Allahım, Müqəddəs Olanım, Biz ölməyəcəyik. Ya Rəbb, məhkum etmək üçün onları təyin etdin. Ey Qayamız, bizi cəzalandırma hökmünü onlara verdin.
טְהוֹר עֵינַיִם מֵרְאוֹת רָע וְהַבִּיט אֶל־עָמָל לֹא תוּכָל לָמָּה תַבִּיט בּֽוֹגְדִים תַּחֲרִישׁ בְּבַלַּע רָשָׁע צַדִּיק מִמֶּֽנּוּ׃ 13
Sənin gözlərin çox təmizdir, Şəri görən gözün yoxdur, Pis əməllərə dözə bilmirsən. Bəs xəyanətkarlara necə baxa bilirsən? Pis özündən daha salehin başını yeyəndə Axı niyə susursan?
וַתַּעֲשֶׂה אָדָם כִּדְגֵי הַיָּם כְּרֶמֶשׂ לֹא־מֹשֵׁל בּֽוֹ׃ 14
Sən insanları sanki dəniz balıqlarına, Başçıları olmayan sürünən canlılara çevirdin.
כֻּלֹּה בְּחַכָּה הֵֽעֲלָה יְגֹרֵהוּ בְחֶרְמוֹ וְיַאַסְפֵהוּ בְּמִכְמַרְתּוֹ עַל־כֵּן יִשְׂמַח וְיָגִֽיל׃ 15
O onların hamısını qarmaqla çəkir, Torla çıxarır, ağlarına yığır, Buna sevinib-şadlanır.
עַל־כֵּן יְזַבֵּחַ לְחֶרְמוֹ וִֽיקַטֵּר לְמִכְמַרְתּוֹ כִּי בָהֵמָּה שָׁמֵן חֶלְקוֹ וּמַאֲכָלוֹ בְּרִאָֽה׃ 16
Buna görə torları üçün qurban kəsir, Ağları üçün buxur yandırır, Axı o bu torlarla Bol və ləzzətli yemək əldə edir.
הַעַל כֵּן יָרִיק חֶרְמוֹ וְתָמִיד לַהֲרֹג גּוֹיִם לֹא יַחְמֽוֹל׃ 17
Torunu durmadan boşaltmağa, Millətləri amansızcasına qırmağa davam edəcəkmi?

< חבקוק 1 >