< Jeremiah 31 >
1 At that time, saith Jehovah, will I be the God of all the families of Israel, and they shall be my people.
Rəbb bəyan edir: «O zaman Mən bütün İsrail qəbilələrinin Allahı olacağam, onlar da Mənim xalqım olacaq».
2 Thus saith Jehovah: The people [that were] left of the sword have found grace in the wilderness, [even] Israel, when I go to give him rest.
Rəbb belə deyir: «Mən İsrailə dinclik verməyə gedəndə Qılıncdan qaçıb qurtulan xalq Çöldə lütf tapdı».
3 Jehovah hath appeared from afar unto me, [saying, ] Yea, I have loved thee with an everlasting love; therefore with loving-kindness have I drawn thee.
Rəbb uzaqdan mənə görünüb dedi: «Səni əbədi bir məhəbbətlə sevdim, Buna görə də sevgi ilə Səni Özümə tərəf çəkdim.
4 I will build thee again, and thou shalt be built, O virgin of Israel! Thou shalt again be adorned with thy tambours, and shalt go forth in the dances of them that make merry.
Səni yenidən ayağa qaldıracağam, Sən də ayağa qalxacaqsan, Ey bakirə qıza bənzəyən İsrail! Sən yenə dəflərinlə bəzənib Şadlıq edənlərlə birgə rəqsə qoşulacaqsan.
5 Thou shalt again plant vineyards upon the mountains of Samaria; the planters shall plant, and shall eat the fruit.
Yenə də Samariya dağlarında bağ salacaqsan, Bağ salanlar onun meyvələrindən dadacaq.
6 For there shall be a day, when the watchmen upon mount Ephraim shall cry, Arise, and let us go up to Zion, unto Jehovah our God.
Bir gün gələcək ki, Efrayimin dağlıq bölgəsində Keşikçilər “qalxın, Siona, Allahımız Rəbbin yanına çıxaq” Deyə qışqıracaq».
7 For thus saith Jehovah: Sing aloud [with] gladness for Jacob, and shout at the head of the nations; publish ye, praise ye, and say, Jehovah, save thy people, the remnant of Israel.
Rəbb belə deyir: «Yaqubu sevinclə tərənnüm edin, Millətlərin başçısı üçün səs qaldırın! Ucadan həmd edib bildirin! “Ya Rəbb, xalqını, İsraildən sağ qalanları xilas et!” deyin.
8 Behold, I bring them from the north country, and gather them from the uttermost parts of the earth; [and] among them the blind and the lame, the woman with child and her that travaileth with child together: a great assemblage shall they return hither.
Mən onları şimal ölkəsindən qaytaracağam, Dünyanın uzaq yerlərindən toplayacağam. Aralarında kor, topal, Hamilə və doğan qadın da olacaq. Böyük bir camaat olub buraya qayıdacaqlar.
9 They shall come with weeping, and with supplications will I lead them; I will cause them to walk by water-brooks, in a straight way, wherein they shall not stumble; for I will be a father to Israel, and Ephraim is my firstborn.
Onlar ağlaya-ağlaya gələcək, Yalvardıqları zaman Onlara yol göstərib geri qaytaracağam. Axar sular boyunca Büdrəməyəcəkləri düz yolla aparacağam. Çünki Mən İsrailin atasıyam, Efrayim də ilk oğlumdur.
10 Hear the word of Jehovah, ye nations, and declare [it] to the isles afar off, and say, He that scattered Israel will gather him, and keep him, as a shepherd his flock.
Ey millətlər, Rəbbin sözünü eşidin, Uzaqlardakı adalarda elan edib deyin: “İsraili səpələyən onu bir yerə toplayacaq, Sürüsünü qoruyan çoban kimi Onu qoruyacaq”.
11 For Jehovah hath ransomed Jacob, and redeemed him from the hand of one stronger than he.
Çünki Rəbb Yaqubu satın aldı, Ondan güclü olanın əlindən qurtardı.
12 And they shall come and sing aloud upon the height of Zion, and shall flow together to the goodness of Jehovah, for corn, and for new wine, and for oil, and for the young of the flock and of the herd; and their soul shall be as a watered garden, and they shall not languish any more at all.
Onlar Sionun yüksək təpəsinə gəlib Tərənnüm edəcək. Rəbbin verdiyi nemətlər – Taxıl, təzə şərab, zeytun yağı, Qoyun-keçi, mal-qara önünə axışacaqlar. Canları sulanmış bağça kimi olacaq, Bir daha taqətdən düşməyəcəklər.
13 Then shall the virgin rejoice in the dance, and the young men and old together; for I will turn their mourning into gladness, and will comfort them, and make them rejoice after their sorrow.
O zaman bakirə qız, cavan və qoca kişilər Birlikdə rəqs edib sevinəcək, Mən onların yasını şadlığa çevirəcəyəm, Sevincə çevirəcəyəm. Kədərlərinə təsəlli verib Onları sevindirəcəyəm.
14 And I will satiate the soul of the priests with fatness, and my people shall be satisfied with my goodness, saith Jehovah.
Kahinləri bol yeməklə doyduracağam, Xalqım nemətlərimlə doyacaq» Rəbb belə bəyan edir.
15 Thus saith Jehovah: A voice hath been heard in Ramah, the wail of very bitter weeping, — Rachel weeping for her children, refusing to be comforted for her children, because they are not.
Rəbb belə deyir: «Ramada bir səs eşidildi, Yas və acı fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur».
16 Thus saith Jehovah: Refrain thy voice from weeping, and thine eyes from tears; for there is a reward for thy work, saith Jehovah; and they shall come again from the land of the enemy.
Rəbb belə deyir: «Səsini ağlamaqdan, Gözlərini yaş tökməkdən qoru, Çünki çəkdiyin zəhmətin əvəzi veriləcək, Xalqım düşmən ölkəsindən qayıdacaq» Rəbb belə bəyan edir.
17 And there is hope for thy latter end, saith Jehovah, and thy children shall come again to their own border.
«Gələcəyin üçün ümid var, Övladların öz yurdlarına dönəcək» Rəbb belə bəyan edir.
18 I have indeed heard Ephraim bemoaning himself [thus]: Thou hast chastised me, and I was chastised as a bullock not trained: turn thou me, and I shall be turned; for thou art Jehovah my God.
Bəli, Mən Efrayimin nalələrini eşitdim: «Sən məni Öyrədilməmiş dana kimi tərbiyələndirdin, Mən də tərbiyə aldım. Məni geri qaytar, qayıdım, Çünki Allahım Rəbb Sənsən.
19 Surely after that I was turned, I repented; and after I knew myself, I smote upon [my] thigh. I was ashamed, yea, even confounded, for I bear the reproach of my youth.
Mən yolumdan azdıqdan sonra tövbə etdim, Ağlım başıma gələndə əllərimi yanıma çırpdım. Cavanlığımda etdiyim eyib işlərdən Utandım, rüsvay oldum.
20 Is Ephraim a dear son unto me? is he a child of delights? For whilst I have been speaking against him, I do constantly remember him still. Therefore my bowels are troubled for him: I will certainly have mercy upon him, saith Jehovah.
Efrayim əziz oğlum deyilmi? Mənim razı olduğum övlad deyilmi? Hər dəfə əleyhinə danışanda Yenə onu yadıma salıram. Ürəyim onun üçün sızlayır, Ona hədsiz rəhmim gəlir» Rəbb belə bəyan edir.
21 Set up waymarks, make for thyself signposts; set thy heart toward the highway, the way by which thou wentest: turn again, O virgin of Israel, turn again to these thy cities.
«Yol işarələri qoy, Yol göstərən lövhələr düzəlt. Böyük yola – getdiyin yola fikir ver. Geri dön, ey bakirə qıza bənzəyən İsrail, Öz şəhərlərinə qayıt!
22 How long wilt thou wander about, thou backsliding daughter? For Jehovah hath created a new thing on the earth, a woman shall encompass a man.
Nə vaxta qədər sərgərdan gəzəcəksən, Ey dönük qız? Rəbb dünyada yeni bir şey yaradacaq: Qadın kişini qoruyacaq».
23 Thus saith Jehovah of hosts, the God of Israel: They shall again use this speech, in the land of Judah and in the cities thereof, when I shall turn their captivity: Jehovah bless thee, O habitation of righteousness, mountain of holiness!
İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Mən onların sürgün olunmuşlarını geri qaytaranda Yəhuda torpağında və onun şəhərlərində yenə belə söyləyəcəklər: “Ey ədalət yurdu, ey müqəddəs dağ, Rəbb sənə xeyir-dua versin!”
24 And therein shall dwell Judah, and all the cities thereof together, the husbandmen, and they that go about with flocks.
Xalq – əkinçilər, sürüləri ilə gəzən çobanlar Yəhudada və onun şəhərlərində birlikdə yaşayacaq.
25 For I have satiated the weary soul, and every languishing soul have I replenished.
Çünki Mən yorğun adama su verəcəyəm, taqətsiz adamı doyduracağam».
26 — Upon this I awaked, and beheld; and my sleep was sweet unto me.
Bu zaman oyanıb baxdım, yuxum şirin olmuşdu.
27 Behold, days come, saith Jehovah, that I will sow the house of Israel and the house of Judah [with] the seed of man and the seed of beast.
Rəbb bəyan edir: «İsrail və Yəhuda torpaqlarında insan toxumu və heyvan toxumu əkəcəyim günlər yaxınlaşır.
28 And it shall come to pass, as I have watched over them, to pluck up, and to break down, and to overthrow, and to destroy, and to afflict; so will I watch over them to build, and to plant, saith Jehovah.
Kökündən çıxarıb yox edəndə, yıxıb-dağıdanda və bəla gətirəndə onlara necə nəzarət etdimsə, dirçəldib yerləşdirəndə də eləcə nəzarət edəcəyəm» Rəbb belə bəyan edir.
29 In those days they shall say no more, The fathers have eaten sour grapes, and the children's teeth are set on edge:
«O vaxt adamlar daha “atalar kal üzüm yedi, oğulların dişi qamaşır” deməyəcək.
30 for every one shall die for his own iniquity; every man that eateth the sour grapes, his teeth shall be set on edge.
Hər kəs öz təqsirinə görə öləcək. Kal üzüm yeyənin öz dişləri qamaşacaq».
31 Behold, days come, saith Jehovah, that I will make a new covenant with the house of Israel and with the house of Judah:
Rəbb bəyan edir: «İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır.
32 not according to the covenant that I made with their fathers, in the day of my taking them by the hand, to lead them out of the land of Egypt; which my covenant they broke, although I was a husband unto them, saith Jehovah.
Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular» Rəbb belə bəyan edir.
33 For this is the covenant that I will make with the house of Israel, after those days, saith Jehovah: I will put my law in their inward parts, and will write it in their heart; and I will be their God, and they shall be my people.
«O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir.
34 And they shall teach no more every man his neighbour, and every man his brother, saying, Know Jehovah; for they shall all know me, from the least of them unto the greatest of them, saith Jehovah: for I will pardon their iniquity, and their sin will I remember no more.
«Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir.
35 Thus saith Jehovah, who giveth the sun for light by day, the ordinances of the moon and of the stars for light by night, who stirreth up the sea so that the waves thereof roar, — Jehovah of hosts is his name:
Gündüz işıq olsun deyə günəşi çıxaran, Gecə işıq olsun deyə aya və ulduzlara qaydalar qoyan, Dalğaları kükrəsin deyə dənizi qabardan Rəbb – Adı Ordular Rəbbi Olan belə deyir:
36 If those ordinances depart from before me, saith Jehovah, the seed of Israel also shall cease from being a nation before me for ever.
«Əgər qoyulan bu qayda-qanunlar Önümdən götürülərsə, Yalnız onda İsrail nəsli əbədilik Bir millət olmaqdan çıxar» Rəbb belə bəyan edir.
37 Thus saith Jehovah: If the heavens above can be measured, and the foundations of the earth searched out beneath, I will also cast off the whole seed of Israel, for all that they have done, saith Jehovah.
Rəbb belə deyir: «Əgər yuxarıda göylər ölçülə bilsə, Aşağıda yerin təməlləri üzə çıxarıla bilsə, Mən də onda bütün etdikləri işlərdən ötrü Bütün İsrail nəslini rədd edərəm» Rəbb belə bəyan edir.
38 Behold, the days come, saith Jehovah, that the city shall be built to Jehovah, from the tower of Hananeel unto the corner-gate.
Rəbb bəyan edir: «Xananel qülləsindən Künc darvazasına qədər şəhərin Mənim üçün yenidən tikiləcəyi günlər gəlir.
39 And the measuring line shall yet go forth before it unto the hill Gareb, and shall turn toward Goath.
Oradan da ölçü ipi Qarev təpəsinə doğru uzanıb Qoaya dönəcək.
40 And the whole valley of the dead bodies, and of the ashes, and all the fields unto the torrent Kidron, unto the corner of the horse-gate toward the east, shall be holy unto Jehovah: it shall not be plucked up, nor overthrown any more for ever.
Ölülərin və küllərin atıldığı bütün vadi, Qidron vadisinə qədər uzanan tarlalar, şərqdə At darvazasının küncünədək Rəbb üçün müqəddəs olacaq. Şəhər bir daha kökündən çıxarılmayacaq, heç vaxt dağıdılmayacaq».