< Zakarias 7 >
1 I Kong Darius's fjerde Regeringsår kom HERRENs Ord til Zakarias på den fjerde Dag i den niende Måned, Kislev.
Padşah Daranın hakimiyyətinin dördüncü ilində, doqquzuncu ay olan Kislev ayının dördüncü günü Zəkəriyyəyə Rəbbin sözü nazil oldu.
2 Da sendte Betel-Sar'ezer og Regem-Melek og hans Mænd Bud for at bede HERREN om Nåde
O vaxt Bet-El əhalisi Sar-Eseri, Reqem-Meleki və onun adamlarını Rəbbin hüzuruna yalvarmağa göndərdi ki,
3 og spørge Præsterne ved Hærskarers HERREs Hus og Profeterne: "Skal jeg græde og spæge mig i den femte Måned, som jeg nu har gjort i så mange År?"
Ordular Rəbbinin evində olan kahinlərlə peyğəmbərlərdən «İllərlə etdiyimiz kimi beşinci ayda yenə də oruc tutub ağlayaqmı?» deyə soruşsunlar.
4 Da kom Hærskarers HERREs Ord til mig således:
Onda mənə Ordular Rəbbinin bu sözü nazil oldu:
5 Sig til alt Folket i Landet og til Præsterne: Når l har fastet og klaget i den femte og syvende Måned i halvfjerdsindstyve År, var det da mig, I fastede for?
«Bütün ölkə xalqına və kahinlərə söylə: “Yetmiş il ərzində beşinci və yeddinci aylarda Oruc tutub yas saxladığınız zaman Mənim üçünmü oruc tuturdunuz?
6 Og når l spiser og drikker, er det da ikke eder, som spiser og drikker?
Yeyib-içdiyiniz zaman Özünüz üçün yeyib-içmirdinizmi?”
7 Kender I ikke de Ord, HERREN forkyndte ved de tidligere Profeter, dengang Jerusalem og dets Byer trindt om var beboet og havde Fred, og Sydlandet og Lavlandetvar beboet?
Yerusəlim əmin-amanlıq içində yaşayarkən, ətrafındakı şəhərlər, Negev və yamaclı-düzənlikli bölgədə insanlar sakin olarkən Rəbb indi dediyi bu sözləri əvvəlki peyğəmbərlər vasitəsilə söyləməmişdimi?»
8 Og HERRENs Ord kom til Zaka rias således:
Zəkəriyyəyə Rəbbin bu sözü nazil oldu:
9 Så siger Hærskarers HERRE: Fæld redelig Dom, vis Miskundhed og Barmhjertighed mod hverandre,
«Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin.
10 undertryk ikke Enker og faderløse, fremmede og nødlidende og tænk ikke i eders Hjerter ondt mod hverandre!
Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”.
11 Men de vilde ikke høre; de var stivnakkede og gjorde deres Ører døve
Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı.
12 og deres Hjerter hårde som Diamant for ikke at høre Loven og de Ord, Hærskarers HERRE sendte gennem sin Ånd ved de tidligere Profeter. Derfor kom der stor Vrede fra Hærskarers HERRE.
Ordular Rəbbinin Öz Ruhu ilə əvvəlki peyğəmbərlər vasitəsilə göndərdiyi qanunu və nəsihətləri eşitməmək üçün ürəklərini almaz kimi sərtləşdirdilər. Buna görə də Ordular Rəbbi onlara çox qəzəbləndi.
13 Ligesom de ikke hørte, når han kaldte, således vil jeg, sagde Hærskarers HERRE, ikke høre, når de kalder;
Ordular Rəbbi deyir: “İndi ki Mən onları çağıranda qulaq asmadılar, onlar da çağıranda Mən qulaq asmayacağam.
14 og jeg blæste dem bort blandt alle de Folk, de ikke kendte, og Landet blev øde efter dem, så ingen drog ud eller hjem; og de gjorde det yndige Land til en Ørk.
Onları qasırğa kimi tanımadıqları millətlərin arasına səpələdim. Arxada qoyduqları torpaq elə viran qaldı ki, oraya gedib-gələn olmadı. Gözəl torpaq xaraba qaldı”».