< Ezdráš 8 >
1 Tito jsou pak přednější po čeledech svých otcovských, a rod těch, kteříž vyšli se mnou za kralování Artaxerxa krále z Babylona:
Artaxşastanın padşahlığı zamanı mənimlə bərabər Babildən gələn və adları qeyd edilmiş nəsil başçıları bunlardır:
2 Z synů Fínesových Gersom, z synů Itamarových Daniel, z synů Davidových Chattus.
Pinxas övladlarından Gerşom, İtamar övladlarından Daniel, Davud övladlarından Xattuş,
3 Z synů Sechaniášových, jenž byl z synů Farosových, Zachariáš, a s ním počet mužů sto a padesáte.
Şekanya nəslindən, Paroş övladlarından, Zəkəriyyə və onunla bir nəsildən qeydə alınan yüz əlli kişi.
4 Z synů Pachat Moábových Eliehoenai syn Zerachiášův, a s ním dvě stě mužů.
Paxat-Moav övladlarından Zerahya oğlu Elyehoenay və onunla bərabər iki yüz kişi.
5 Z synů Sechaniášových syn Jachazielův, a s ním tři sta mužů.
Şekanya övladlarından Yaxazielin oğlu və onunla bərabər üç yüz kişi.
6 Z synů Adinových Ebed syn Jonatanův, a s ním padesát mužů.
Adin övladlarından Yonatan oğlu Eved və onunla bərabər əlli kişi.
7 Z synů pak Elamových Izaiáš syn Ataliášův, a s ním sedmdesát mužů.
Elam övladlarından Atalya oğlu Yeşaya və onunla bərabər yetmiş kişi.
8 Z synů Sefatiášových Zebadiáš syn Michaelův, a s ním osmdesáte mužů.
Şefatya övladlarından Mikael oğlu Zevadya və onunla bərabər səksən kişi.
9 Z synů Joábových Abdiáš syn Jechielův, a s ním dvě stě a osmnácte mužů.
Yoav övladlarından Yexiel oğlu Avdiya və onunla bərabər iki yüz on səkkiz kişi.
10 Z synů Selomitových syn Josifiášův, a s ním sto a šedesáte mužů.
Şelomit övladlarından Yosifyanın oğlu və onunla bərabər yüz altmış kişi.
11 Z synů Bebai Zachariáš syn Bebai, a s ním osmmecítma mužů.
Bevay övladlarından Bevay oğlu Zəkəriyyə və onunla bərabər iyirmi səkkiz kişi.
12 Z synů Azgadových Jochanan syn Hakatanův, a s ním sto a deset mužů.
Azqad övladlarından Haqqatan oğlu Yoxanan və onunla bərabər yüz on kişi.
13 Z synů Adonikamových poslednějších, jichž jména jsou tato: Elifelet, Jehiel, Semaiáš, a s ním šedesáte mužů.
Adoniqamın Elifelet, Yeiel, Şemaya adlı sonuncu oğulları və onlarla bərabər altmış kişi.
14 Z synů Bigvai Utai a Zabbud, a s nimi sedmdesáte mužů.
Biqvay övladlarından Utay, Zakkur və onlarla bərabər yetmiş kişi.
15 Shromáždil jsem je pak u potoku, kterýž vpadá do Ahavy, a leželi jsme tu tři dni. Potom přehlédal jsem lid a kněží, a z synů Léví nenašel jsem tu žádného.
Onları Ahavaya tərəf axan çayın yanına yığdım və üç gün orada qaldıq. Mən orada xalqla kahinləri yoxladım, lakin orada Levi övladlarından heç kimi tapa bilmədim.
16 Protož poslal jsem Eliezera, Ariele, Semaiáše, Elnatana, Jariba, Elnatana, Nátana, Zachariáše a Mesullama, přednější, a Joiariba a Elnatana, muže učené,
Başçılardan Eliezeri, Arieli, Şemayanı, Elnatanı, Yarivi, Elnatanı, Natanı, Zəkəriyyəni, Meşullamı, savadlılardan Yoyarivi və Elnatanı çağırtdırdım.
17 A rozkázal jsem jim k Iddovi, knížeti v Chasifia místě, a naučil sem je, jak by měli mluviti k Iddovi, Achivovi a Netinejským v Chasifia místě, aby nám přivedli služebníky domu Boha našeho.
Sonra onları Kasifya deyilən yerdə başçılıq edən İddonun yanına göndərdim. Allahımızın məbədinə xidmət edən adamları bizə gətirmək üçün Kasifya deyilən yerdə İddoya və məbəd qulluqçuları olan qardaşlarına nə deyəcəklərini öyrətdim.
18 I přivedli nám s pomocí Boží muže rozumného z synů Moholi, syna Léví, syna Izraelova, a Serebiáše s syny jeho, a bratří jeho osmnácte,
Allahımızın mərhəmətli əli üzərimizdə olduğuna görə İsrail oğlu Levi oğlu Maxli övladlarından zəkalı bir adam olan Şerevya ilə oğulları və soydaşlarından on səkkiz nəfəri,
19 A Chasabiáše, a s ním Izaiáše z synů Merari, bratří jeho a synů jejich dvadceti.
Haşavyanı, onunla bərabər Merari övladlarından Yeşayanı və qardaşları ilə onların övladlarından iyirmi nəfəri,
20 Z Netinejských pak, kteréž byl zřídil David a knížata k službě Levítům, dvě stě a dvadceti Netinejských. A ti všickni ze jména vyčteni byli.
Levililərə kömək etmək üçün Davudla başçılarının təyin etdikləri məbəd qulluqçularından iki yüz iyirmi nəfəri bizə gətirdilər. Onların hamısı adbaad qeyd olunmuşdu.
21 Tedy vyhlásil jsem tu půst u řeky Ahava, abychom se ponižovali před Bohem svým, a hledali od něho cesty přímé sobě a dítkám svým, i všemu jmění našemu.
Allahımızın qarşısında özümüzü aşağı tutub Ondan özümüz, övladlarımız və bütün malımız üçün təhlükəsiz yol diləməkdən ötrü Ahava çayı yanında oruc elan etdim.
22 Nebo styděl jsem se žádati od krále vojska a jízdných, aby nás bránili před nepřátely na cestě; nebo jsme byli pravili králi, řkouce: Ruka Boha našeho jest nade všemi, kteříž ho hledají upřímě, ale moc a prchlivost jeho proti všechněm, kteříž ho opouštějí.
Çünki düşmənə qarşı yolda bizə kömək etmək üçün padşahdan əsgər və atlılar istəməyə utanırdım, həm də padşaha belə söyləmişdik: «Allahımızın əli yaxşılıq etmək üçün Ona etiqad edənlərin üzərindədir. Lakin Ondan dönənlərə Öz gücünü və qəzəbini göstərir».
23 A když jsme se postili a hledali v tom Boha svého, tedy vyslyšel nás.
Elə buna görə də biz oruc tutub Allahımıza yalvardıq. O bizim duamızı qəbul etdi.
24 Oddělil jsem pak přednějších kněží dvanácte: Serebiáše, Chasabiáše, a s nimi z bratří jejich deset.
Kahinlərin rəhbərləri arasından on iki nəfəri – Şerevya, Xaşavya ilə onların on nəfər soydaşını seçdim.
25 I odvážil jsem jim stříbro a zlato, a to nádobí, obět domu Boha našeho, kterouž obětovali král i rady jeho, i knížata jeho a všecken lid Izraelský, což se ho našlo.
Padşahın, məsləhətçilərinin, rəislərinin və orada olan bütün İsraillilərin Allahımızın məbədi üçün təqdim etdikləri qızıl və gümüşlə bərabər əşyaları da çəkib onlara verdim.
26 Odvážil jsem, pravím, do rukou jejich stříbra šest set centnéřů a padesát, a nádobí stříbrného sto centnéřů, a zlata sto centnéřů,
Onların əlinə altı yüz əlli talant gümüş, yüz talant gümüş əşya, yüz talant qızıl,
27 A koflíků zlatých dvadceti, každý v tisíc drachem, a dvě nádoby z mosazi nejlepší, tak vzácné jako zlato.
min dariklik dəyəri olan iyirmi qızıl boşqab və qızıl qədər qiymətli olan parlaq misdən iki gözəl qabı da çəkib verdim.
28 Potom jsem jim řekl: Vy jste posvěceni Hospodinu, i tyto nádoby posvěceny jsou, a to stříbro i zlato jest obět dobrovolná Hospodinu Bohu otců vašich.
Onlara dedim: «Siz Rəbbin müqəddəslərisiniz, bu əşyalar da müqəddəsdir. Bu qızılla gümüş atalarınızın Allahı Rəbbə edilən könüllü təqdimdir.
29 Pilni toho buďte a ostříhejte, až to i odvážíte před kněžími přednějšími a Levíty, i předními z čeledí otcovských z Izraele v Jeruzalémě v pokojích domu Hospodinova.
Diqqətli olun! Onları kahinlərin rəhbərləri, Levililər və İsrailin nəsil başçıları qarşısında Yerusəlimdəki Rəbbin məbədinin otaqlarında çəkib təhvil verənə qədər qoruyun».
30 A tak přijali kněží a Levítové váhu stříbra, zlata a nádobí, aby donesli do Jeruzaléma, do domu Boha našeho.
Kahinlərlə Levililər çəkilmiş qızıl və gümüşlə qabları Yerusəlimə, Allahımızın məbədinə aparmaq üçün götürdülər.
31 Zatím hnuli jsme se od řeky Ahava, dvanáctého dne měsíce prvního, abychom se brali do Jeruzaléma, a ruka Boha našeho byla s námi, a vytrhla nás z ruky nepřátel a úkladníků na cestě.
Yerusəlimə getmək üçün Ahava çayı sahilindən birinci ayın on ikinci günü köçdük. Allahımızın əli üzərimizdə idi və bizi düşmənin əlindən, yolumuzdakı pusqulardan qurtardı.
32 I přišli jsme do Jeruzaléma, a pobyli jsme tu tři dni.
Biz Yerusəlimə çatıb orada üç gün qaldıq.
33 Ètvrtého pak dne odváženo jest stříbro a zlato, a nádobí to v domě Boha našeho k ruce Meremota syna Uriáše kněze, s nímž byl Eleazar syn Fínesův, a pomocníci jejich Jozabad syn Jesua, a Noadiáš syn Binnui, Levítové,
Dördüncü gün isə Allahımızın məbədində qızıl-gümüş əşyaları çəkib kahin Uriyanın oğlu Meremotun əlinə verdik. Pinxas oğlu Eleazar, habelə Levililərdən olan Yeşua oğlu Yozavad və Binnuy oğlu Noadya da onunla idi.
34 Vše v počtu a váze, a zapsána jest všecka ta váha toho času.
Əşyaların hamısı sayla, çəki ilə təhvil veriləndə bütün çəki miqdarı yazıldı.
35 Vrátivše se pak z zajetí ti, kteříž byli přestěhováni, obětovali zápaly Bohu Izraelskému, volků dvanáct za všecken lid Izraelský, skopců devadesát a šest, beránků sedmdesát a sedm, kozlů za hřích dvanáct, vše v obět zápalnou Hospodinu.
Bütün İsrail üçün sürgündən qayıdanlar İsrailin Allahına yandırma qurbanı olaraq on iki buğa, doxsan altı qoç, yetmiş yeddi quzu və günah qurbanı olaraq on iki təkə təqdim etdilər. Bunların hamısı Rəbbə təqdim edilən yandırma qurbanları idi.
36 I dali výpovědi královy vládařům královským i vývodám za řekou. Kteříž pomocni byli lidu i domu Božímu.
Sonra onlar padşahın əmrlərini padşahın canişinlərinə və Fərat çayının qərb tərəfindəki valilərinə verdilər. Onlar da xalqa və Allahın evinə kömək etdilər.