< 1 Královská 4 >
1 A tak král Šalomoun byl králem nade vším Izraelem.
Padşah Süleyman bütün İsrail üzərində hökmran idi.
2 Tato pak byla knížata jeho: Azariáš syn Sádochův knížetem,
Əyanları da bunlar idi: Kahin – Sadoq oğlu Azarya;
3 Elichoref a Achiáš synové Sísovi byli písaři, Jozafat syn Achiludův kancléřem,
Mirzələr – Şişanın oğulları Elixoref və Axiya; Salnaməçi – Axilud oğlu Yehoşafat;
4 A Banaiáš syn Joiadův nad vojskem, Sádoch pak a Abiatar kněžími,
Ordu başçısı – Yehoyada oğlu Benaya; Kahinlər – Sadoq və Evyatar;
5 A Azariáš syn Nátanův nad úředníky, a Zábud syn Nátanův nejvyšší rada královská,
Baş vali – Natan oğlu Azarya; Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud;
6 A Achisar vládař domu, Adoniram pak syn Abdy nad vybraným lidem.
Saray rəisi – Axişar; Mükəlləfiyyətçilər üzərində nəzarətçi – Avda oğlu Adoniram.
7 Měl také Šalomoun dvanácte vládařů nade vším Izraelem, kteříž opatrovali potravou krále i dům jeho. Každého roku za měsíc jeden každý měl opatrovati krále.
Bütün İsrail üzərində Süleymanın on iki bölgə valisi var idi. Onlar padşahı və onun evini ərzaqla təmin edirdilər və hər biri ildə bir aylıq ərzaq göndərməli idi.
8 A tato jsou jména jejich: Syn Chur na hoře Efraim;
Onların adları belədir: Efrayimin dağlıq bölgəsində Ben-Xur;
9 Syn Deker v Makaz a v Salbim, a v Betsemes a v Elon Betchanan;
Maqas, Şaalvim, Bet-Şemeş və Elon-Bet-Xanan bölgələrində Ben-Deqer;
10 Syn Chesed v Arubot, jehož bylo Socho i všecka země Chefer;
Soko və bütün Xefer torpağının da aid olduğu Arubbot bölgəsində Ben-Xesed;
11 Syn Abinadabův, jehož byly všecky končiny Dor, a měl Tafat dceru Šalomounovu za manželku;
bütün Nafat-Dor bölgəsində Süleymanın qızı Tafatın əri olan Ben-Avinadav;
12 Baana syn Achiludův, jehož byl Tanach a Mageddo, i všecken Betsan, kterýž jest vedlé Sartan pod Jezreelem, od Betsan až do Abelmehula a až za Jekmaam;
Taanak, Megiddo, İzreelin altındakı Sartanın yanında olan bütün Bet-Şean bölgəsində və Bet-Şeandan Avel-Mexolaya, Yoqmeamın o biri tərəfinə qədər uzanan bölgədə Axilud oğlu Baana;
13 Syn Geber v Rámot Galád, jehož byly vsi Jair, syna Manassesova, kteréž jsou v Galád, jehož byla krajina Argob, kteráž jest v Bázan, šedesáte měst velikých hrazených a závřitých;
Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever;
14 Achinadab syn Iddo v Mahanaim;
Maxanayim bölgəsində İddo oğlu Axinadav;
15 Achimaas v Neftalím, on také pojal Basemat dceru Šalomounovu za manželku;
Naftali torpağında Süleymanın qızı Basmatı arvad alan Aximaas;
16 Baana syn Chusai v Asser a v Alot;
Aşer torpağında və Alot bölgəsində Xuşay oğlu Baana;
17 Jozafat syn Paruach v Izachar;
İssakar torpağında Paruah oğlu Yehoşafat;
18 Semei syn Ela v Beniamin;
Binyamin torpağında Ela oğlu Şimey;
19 Geber syn Uri v zemi Galád, v zemi Seona, krále Amorejského, a Oga krále Bázan; ten sám vládařem jedním představen byl té zemi.
Gilead torpağında, yəni keçmişdə Emorluların padşahı Sixona və Başan padşahı Oqa məxsus olan ölkədə bu bölgənin yeganə valisi olan Uri oğlu Gever.
20 Tehdáž Juda a Izrael rozmnoženi jsouce jako písek při moři v množství, jedli a pili, a veselili se.
Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar.
21 Nebo Šalomoun panoval nade všemi královstvími od řeky až k zemi Filistinské, a až k končinám Egyptským. I přinášeli dary a sloužili Šalomounovi po všecky dny života jeho.
Süleyman Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlıqlar üzərində hökmranlıq edirdi. Onlar Süleymanın ömrünün axırına qədər xərac verdilər və ona qulluq etdilər.
22 Vycházelo pak ku potravě Šalomounovi na každý den třidceti měr běli, a šedesáte měr mouky obecné,
Süleymanın evinin gündəlik ərzağı bunlardan ibarət idi: otuz kor narın un və altmış kor iri üyüdülmüş un,
23 Deset volů krmných a dvadceti volů pastevných, a sto ovec, kromě jelenů, srn, bůvolů a ptactva vykrmeného.
on baş bəslənmiş mal-qara, iyirmi otlaq öküzü, yüz qoyun, maral, ceyran, cüyür və bəslənmiş ev quşları.
24 On zajisté panoval všudy s této strany řeky od Tipsach až do Gázy nade všemi králi, kteříž byli před řekou, a měl pokoj se všech stran vůkol.
Tifsahdan Qəzzəyə qədər Fərat çayının bu tayındakı bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı.
25 I bydlil Juda a Izrael bezpečně, jeden každý pod svým vinným kmenem a pod svým fíkem, od Dan až do Bersabé, po všecky dny Šalomounovy.
Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı.
26 Měl také Šalomoun čtyřidceti tisíc koní na stání k vozům svým, a dvanácte tisíc jízdných.
Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi.
27 A tak opatrovali ti úředníci krále Šalomouna i všecky, kteříž přicházeli k stolu krále Šalomouna, jeden každý za měsíc svůj, nedopouštějíce, aby v čem nedostatek býti měl.
Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı.
28 Ječmene také a slámy pro koně a pro mezky dodávali k tomu místu, kdež byl král, jeden každý, jakž mu uloženo bylo.
Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.
29 Nadto dal Bůh moudrost Šalomounovi a prozřetelnost velikou náramně, a širokost mysli, jako jest písku na břehu mořském.
Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi.
30 Nebo větší byla moudrost Šalomounova, než moudrost všech národů východních, a než všeliká moudrost Egyptských.
Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi.
31 Nýbrž moudřejší byl nad všecky lidi, až i nad Etana Ezrachitského, též nad Hémana, a Kalkole i Darda, syny Máchol, a rozneslo se jméno jeho po všech národech vůkol.
O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı.
32 Složil také tři tisíce přísloví, a písniček jeho bylo tisíc a pět.
O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi.
33 Vypsal též i o stromích, počna od cedru, kterýž jest na Libánu, až do mchu, kterýž roste na zdi; psal i o hovadech a o ptácích, a zeměplazích a o rybách.
Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı.
34 Protož přicházeli ze všech národů poslouchati moudrosti Šalomounovy, i ode všech králů země, kteříž slyšeli o moudrosti jeho.
Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi.