< Vəhy 7 >

1 Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin.
अनन्तरं चत्वारो दिव्यदूता मया दृष्टाः, ते पृथिव्याश्चतुर्षु कोणेषु तिष्ठनतः पृथिव्यां समुद्रे वृक्षेषु च वायु र्यथा न वहेत् तथा पृथिव्याश्चतुरो वायून् धारयन्ति।
2 Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhürünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş dörd mələyi çağırıb dedi:
अनन्तरं सूर्य्योदयस्थानाद् उद्यन् अपर एको दूतो मया दृष्टः सोऽमरेश्वरस्य मुद्रां धारयति, येषु चर्तुषु दूतेषु पृथिवीसमुद्रयो र्हिंसनस्य भारो दत्तस्तान् स उच्चैरिदं अवदत्।
3 «Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın».
ईश्वरस्य दासा यावद् अस्माभि र्भालेषु मुद्रयाङ्किता न भविष्यन्ति तावत् पृथिवी समुद्रो तरवश्च युष्माभि र्न हिंस्यन्तां।
4 Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi:
ततः परं मुद्राङ्कितलोकानां संख्या मयाश्रावि। इस्रायेलः सर्व्ववंशाीयाश्चतुश्चत्वारिंशत्सहस्राधिकलक्षलोका मुद्रयाङ्किता अभवन्,
5 Yəhuda qəbiləsindən 12 000 möhürlənmiş nəfər; Ruven qəbiləsindən 12 000 nəfər; Qad qəbiləsindən 12 000 nəfər;
अर्थतो यिहूदावंशे द्वादशसहस्राणि रूबेणवंशे द्वादशसहस्राणि गादवंशे द्वादशसहस्राणि,
6 Aşer qəbiləsindən 12 000 nəfər; Naftali qəbiləsindən 12 000 nəfər; Menaşşe qəbiləsindən 12 000 nəfər;
आशेरवंशे द्वादशसहस्राणि नप्तालिवंशे द्वादशसहस्राणि मिनशिवंशे द्वादशसहस्राणि,
7 Şimeon qəbiləsindən 12 000 nəfər; Levi qəbiləsindən 12 000 nəfər; İssakar qəbiləsindən 12 000 nəfər;
शिमियोनवंशे द्वादशसहस्राणि लेविवंशे द्वादशसहस्राणि इषाखरवंशे द्वादशसहस्राणि,
8 Zevulun qəbiləsindən 12 000 nəfər; Yusif qəbiləsindən 12 000 nəfər; Binyamin qəbiləsindən 12 000 möhürlənmiş nəfər.
सिबूलूनवंशे द्वादशसहस्राणि यूषफवंशे द्वादशसहस्राणि बिन्यामीनवंशे च द्वादशसहस्राणि लोका मुद्राङ्किताः।
9 Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar.
ततः परं सर्व्वजातीयानां सर्व्ववंशीयानां सर्व्वदेशीयानां सर्व्वभाषावादिनाञ्च महालोकारण्यं मया दृष्टं, तान् गणयितुं केनापि न शक्यं, ते च शुभ्रपरिच्छदपरिहिताः सन्तः करैश्च तालवृन्तानि वहन्तः सिंहासनस्य मेषशावकस्य चान्तिके तिष्ठन्ति,
10 Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!»
उच्चैःस्वरैरिदं कथयन्ति च, सिंहासनोपविष्टस्य परमेशस्य नः स्तवः।स्तवश्च मेषवत्सस्य सम्भूयात् त्राणकारणात्।
11 Bütün mələklər də taxtın, ağsaqqalların və dörd canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın önündə üzüstə yerə qapanaraq Allaha səcdə edib dedilər:
ततः सर्व्वे दूताः सिंहासनस्य प्राचीनवर्गस्य प्राणिचतुष्टयस्य च परितस्तिष्ठन्तः सिंहासनस्यान्तिके न्यूब्जीभूयेश्वरं प्रणम्य वदन्ति,
12 «Amin! Allahımıza əbədi olaraq Alqış, izzət, hikmət, şükür, şərəf, Qüdrət və qüvvət olsun! Amin!» (aiōn g165)
तथास्तु धन्यवादश्च तेजो ज्ञानं प्रशंसनं। शौर्य्यं पराक्रमश्चापि शक्तिश्च सर्व्वमेव तत्। वर्त्ततामीश्वरेऽस्माकं नित्यं नित्यं तथास्त्विति। (aiōn g165)
13 Bu arada ağsaqqallardan biri məndən soruşdu: «Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəliblər?»
ततः परं तेषां प्राचीनानाम् एको जनो मां सम्भाष्य जगाद शुभ्रपरिच्छदपरिहिता इमे के? कुतो वागताः?
14 Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
ततो मयोक्तं हे महेच्छ भवानेव तत् जानाति। तेन कथितं, इमे महाक्लेशमध्याद् आगत्य मेेषशावकस्य रुधिरेण स्वीयपरिच्छदान् प्रक्षालितवन्तः शुक्लीकृतवन्तश्च।
15 Buna görə də Onlar Allahın taxtının önündədir, Gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da Onların üzərində məskən salacaq.
तत्कारणात् त ईश्वरस्य सिंहासनस्यान्तिके तिष्ठन्तो दिवारात्रं तस्य मन्दिरे तं सेवन्ते सिंहासनोपविष्टो जनश्च तान् अधिस्थास्यति।
16 Onlar bir daha nə ac, Nə də susuz qalacaq, Günəş və qızmar isti Onları vurmayacaq.
तेषां क्षुधा पिपासा वा पुन र्न भविष्यति रौद्रं कोप्युत्तापो वा तेषु न निपतिष्यति,
17 Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək».
यतः सिंहासनाधिष्ठानकारी मेषशावकस्तान् चारयिष्यति, अमृततोयानां प्रस्रवणानां सन्निधिं तान् गमयिष्यति च, ईश्वरोऽपि तेषां नयनभ्यः सर्व्वमश्रु प्रमार्क्ष्यति।

< Vəhy 7 >