< Yeşua 21 >

1 O zaman Levililərin nəsil başçıları kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladları qəbilələrinin nəsil başçılarına yaxınlaşdılar.
ויגשו ראשי אבות הלוים אל אלעזר הכהן ואל יהושע בן נון ואל ראשי אבות המטות לבני ישראל׃
2 Kənan torpağında yerləşən Şiloda onlara belə dedilər: «Rəbb Musa vasitəsilə bizə yaşamaq üçün şəhərlər, heyvanlarımız üçün otlaqlar verməyi əmr edib».
וידברו אליהם בשלה בארץ כנען לאמר יהוה צוה ביד משה לתת לנו ערים לשבת ומגרשיהן לבהמתנו׃
3 İsrail övladları Rəbbin əmrinə görə öz irs torpaqlarından bu şəhərləri və oranın otlaqlarını Levililərə verdilər.
ויתנו בני ישראל ללוים מנחלתם אל פי יהוה את הערים האלה ואת מגרשיהן׃
4 Püşk Qohatdan olan nəsillərə düşdü. Levililərdən olan kahin Harun övladlarına Yəhuda, Şimeon və Binyamin qəbilələrindən püşk ilə on üç şəhər verildi.
ויצא הגורל למשפחת הקהתי ויהי לבני אהרן הכהן מן הלוים ממטה יהודה וממטה השמעני וממטה בנימן בגורל ערים שלש עשרה׃
5 Digər Qohat övladlarına isə Efrayim qəbiləsinin nəsillərindən, Dan qəbiləsindən və Menaşşe qəbiləsinin yarısından püşk ilə on şəhər verildi.
ולבני קהת הנותרים ממשפחת מטה אפרים וממטה דן ומחצי מטה מנשה בגורל ערים עשר׃
6 Gerşon övladlarına İssakar qəbiləsi nəsillərindən, Aşer, Naftali qəbilələrindən, Başanda Menaşşe qəbiləsinin yarısından püşk ilə on üç şəhər verildi.
ולבני גרשון ממשפחות מטה יששכר וממטה אשר וממטה נפתלי ומחצי מטה מנשה בבשן בגורל ערים שלש עשרה׃
7 Nəsillərinə görə Merari övladlarına Ruven, Qad, Zevulun qəbilələrindən on iki şəhər verildi.
לבני מררי למשפחתם ממטה ראובן וממטה גד וממטה זבולן ערים שתים עשרה׃
8 İsrail övladları Musa vasitəsilə Rəbbin əmr etdiyinə görə bu şəhərləri və onların otlaqlarını püşk ilə Levililərə verdilər.
ויתנו בני ישראל ללוים את הערים האלה ואת מגרשיהן כאשר צוה יהוה ביד משה בגורל׃
9 Onlara Yəhuda və Şimeon övladlarının qəbilələrindən adları göstərilən bu şəhərləri verdilər.
ויתנו ממטה בני יהודה וממטה בני שמעון את הערים האלה אשר יקרא אתהן בשם׃
10 Bunlar Levililərdən olan Qohat övladlarından Harun övladları üçün idi, çünki ilk püşk onların idi.
ויהי לבני אהרן ממשפחות הקהתי מבני לוי כי להם היה הגורל ראישנה׃
11 Yəhudanın dağlıq bölgəsindəki Anaqlıların atası Arbanın adı ilə adlanan Qiryat-Arba şəhərini, yəni Xevronu və ətrafında olan otlaqları onlara verdilər.
ויתנו להם את קרית ארבע אבי הענוק היא חברון בהר יהודה ואת מגרשה סביבתיה׃
12 Amma şəhərin tarlaları ilə kəndlərini mülk olaraq Yefunne oğlu Kalevə verdilər.
ואת שדה העיר ואת חצריה נתנו לכלב בן יפנה באחזתו׃
13 Kahin Harun övladlarına qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Xevronla otlaqlarını, Livna ilə otlaqlarını,
ולבני אהרן הכהן נתנו את עיר מקלט הרצח את חברון ואת מגרשה ואת לבנה ואת מגרשה׃
14 Yattirlə otlaqlarını, Eştemoa ilə otlaqlarını,
ואת יתר ואת מגרשה ואת אשתמע ואת מגרשה׃
15 Xolonla otlaqlarını, Devirlə otlaqlarını,
ואת חלן ואת מגרשה ואת דבר ואת מגרשה׃
16 Ayin, Yutta, Bet-Şemeş şəhərləri ilə otlaqlarını. Bu, iki qəbilədən cəmi doqquz şəhər idi.
ואת עין ואת מגרשה ואת יטה ואת מגרשה את בית שמש ואת מגרשה ערים תשע מאת שני השבטים האלה׃
17 Binyamin qəbiləsindən isə bu şəhərləri verdilər: Giveonla otlaqlarını, Geva ilə otlaqlarını,
וממטה בנימן את גבעון ואת מגרשה את גבע ואת מגרשה׃
18 Anatotla otlaqlarını, Almonla otlaqlarını. Bu, dörd şəhər idi.
את ענתות ואת מגרשה ואת עלמון ואת מגרשה ערים ארבע׃
19 Harun övladlarının, kahinlərin bütün şəhərləri otlaqları ilə birgə on üç şəhər idi.
כל ערי בני אהרן הכהנים שלש עשרה ערים ומגרשיהן׃
20 Levililərdən olan digər Qohat övladlarına nəsillərinə görə püşklə düşən Efrayim qəbiləsinə aid şəhərləri verdilər.
ולמשפחות בני קהת הלוים הנותרים מבני קהת ויהי ערי גורלם ממטה אפרים׃
21 Onlara Efrayimin dağlıq bölgəsində qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Şekemlə otlaqlarını, Gezerlə otlaqlarını,
ויתנו להם את עיר מקלט הרצח את שכם ואת מגרשה בהר אפרים ואת גזר ואת מגרשה׃
22 Qivsayimlə otlaqlarını, Bet-Xoronla otlaqlarını verdilər. Bunlar cəmi dörd şəhər idi.
ואת קבצים ואת מגרשה ואת בית חורן ואת מגרשה ערים ארבע׃
23 Dan qəbiləsindən bu şəhərləri verdilər: Elteqe ilə otlaqlarını, Gibbetonla otlaqlarını,
וממטה דן את אלתקא ואת מגרשה את גבתון ואת מגרשה׃
24 Ayyalonla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar da dörd şəhər idi.
את אילון ואת מגרשה את גת רמון ואת מגרשה ערים ארבע׃
25 Menaşşe qəbiləsinin yarısından isə bu şəhərləri verdilər: Taanakla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar isə iki şəhər idi.
וממחצית מטה מנשה את תענך ואת מגרשה ואת גת רמון ואת מגרשה ערים שתים׃
26 Digər Qohat övladlarına nəsillərinə görə verilən bütün şəhərlər otlaqları ilə birlikdə on şəhər idi.
כל ערים עשר ומגרשיהן למשפחות בני קהת הנותרים׃
27 Levililərin nəsillərindən Gerşon övladlarına Menaşşe qəbiləsinin yarısından qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Başandakı Qolanla otlaqlarını, Beeştera ilə otlaqlarını verdilər. Bunlar iki şəhər idi.
ולבני גרשון ממשפחת הלוים מחצי מטה מנשה את עיר מקלט הרצח את גלון בבשן ואת מגרשה ואת בעשתרה ואת מגרשה ערים שתים׃
28 İssakar qəbiləsindən Qişyonla otlaqlarını, Davratla otlaqlarını,
וממטה יששכר את קשיון ואת מגרשה את דברת ואת מגרשה׃
29 Yarmutla otlaqlarını, En-Qannimlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.
את ירמות ואת מגרשה את עין גנים ואת מגרשה ערים ארבע׃
30 Aşer qəbiləsindən Mişalla otlaqlarını, Avdonla otlaqlarını,
וממטה אשר את משאל ואת מגרשה את עבדון ואת מגרשה׃
31 Xelqatla otlaqlarını, Rexovla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.
את חלקת ואת מגרשה ואת רחב ואת מגרשה ערים ארבע׃
32 Naftali qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Qalileyadakı Qedeşlə otlaqlarını, Xammot-Dorla otlaqlarını və Qartanla otlaqlarını verdilər. Bunlar üç şəhər idi.
וממטה נפתלי את עיר מקלט הרצח את קדש בגליל ואת מגרשה ואת חמת דאר ואת מגרשה ואת קרתן ואת מגרשה ערים שלש׃
33 Nəsillərinə görə Gerşonluların bütün şəhərləri otlaqları ilə birlikdə on üç şəhər idi.
כל ערי הגרשני למשפחתם שלש עשרה עיר ומגרשיהן׃
34 Levililərdən olan Merari övladlarının nəsillərinə bu şəhərləri verdilər: Zevulun qəbiləsindən Yoqneamla otlaqlarını, Qarta ilə otlaqlarını,
ולמשפחות בני מררי הלוים הנותרים מאת מטה זבולן את יקנעם ואת מגרשה את קרתה ואת מגרשה׃
35 Dimna ilə otlaqlarını, Nahalalla otlaqlarını. Bunlar dörd şəhər idi.
את דמנה ואת מגרשה את נהלל ואת מגרשה ערים ארבע׃
36 Onlara Ruven qəbiləsindən Beserlə otlaqlarını, Yahsa ilə otlaqlarını,
וממטה ראובן את בצר ואת מגרשה ואת יהצה ואת מגרשה׃
37 Qedemotla otlaqlarını, Mefaatla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi;
את קדמות ואת מגרשה ואת מיפעת ואת מגרשה ערים ארבע׃
38 Qad qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Gileaddakı Ramotla otlaqlarını, Maxanayimlə otlaqlarını,
וממטה גד את עיר מקלט הרצח את רמת בגלעד ואת מגרשה ואת מחנים ואת מגרשה׃
39 Xeşbonla otlaqlarını, Yazerlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.
את חשבון ואת מגרשה את יעזר ואת מגרשה כל ערים ארבע׃
40 Bunların hamısı Merari övladlarının, yəni Levililərdən qalan nəsillərin şəhərləri idi. Onların püşkü on iki şəhərə düşmüşdü.
כל הערים לבני מררי למשפחתם הנותרים ממשפחות הלוים ויהי גורלם ערים שתים עשרה׃
41 İsrail övladlarının irsi arasında Levililərin bütün şəhərləri otlaqları ilə birlikdə qırx səkkiz şəhər idi.
כל ערי הלוים בתוך אחזת בני ישראל ערים ארבעים ושמנה ומגרשיהן׃
42 Bu şəhərlərin hər birinin ətrafında otlaqları var idi. Şəhərlərin hamısı belə idi.
תהיינה הערים האלה עיר עיר ומגרשיה סביבתיה כן לכל הערים האלה׃
43 Rəbb atalarına etdiyi anda görə vəd etdiyi bütün torpağı İsraillilərə verdi. Onlar bu torpağa sahib oldular və orada məskən saldılar.
ויתן יהוה לישראל את כל הארץ אשר נשבע לתת לאבותם וירשוה וישבו בה׃
44 Rəbb atalarına etdiyi anda görə hər şeydə onlara hər tərəfdən dinclik verdi və bütün düşmənlərindən heç biri onların qarşısında dura bilmədi. Rəbb bütün düşmənlərini onlara təslim etdi.
וינח יהוה להם מסביב ככל אשר נשבע לאבותם ולא עמד איש בפניהם מכל איביהם את כל איביהם נתן יהוה בידם׃
45 Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.
לא נפל דבר מכל הדבר הטוב אשר דבר יהוה אל בית ישראל הכל בא׃

< Yeşua 21 >