< Birinci Şamuel 23 >

1 Davuda xəbər verərək dedilər: «Budur, Filiştlilər Qeilaya hücum çəkib xırmanları talan edirlər».
David was told, "Look, the Philistines are fighting against Keilah, and are robbing the threshing floors."
2 Davud Rəbbə müraciət edib dedi: «Gedib Filiştlilərlə vuruşummu?» Rəbb Davuda dedi: «Get Filiştlilərə hücum et və Qeilanı qurtar».
Therefore David inquired of the LORD, saying, "Shall I go and strike these Philistines?" Then the LORD replied, "Go strike the Philistines, and save Keilah."
3 Davudun adamları isə ona dedilər: «Bax burada – Yəhudada biz qorxu içərisindəyik. Bəs biz Qeilaya, Filişt ordularına qarşı necə çıxaq?»
David's men said to him, "Look, we are afraid here in Judah: how much more then if we go to Keilah against the armies of the Philistines?"
4 Davud Rəbbə yenidən müraciət etdi və Rəbb ona cavab verib dedi: «Qalx Qeilaya en, çünki Filiştliləri sənə təslim edəcəyəm».
Then David inquired of the LORD yet again. The LORD answered him, and said, "Arise, go down to Keilah; for I will deliver the Philistines into your hand."
5 Davudla adamları Qeilaya gedib Filiştlilərə qarşı hücuma keçdilər. Davud onların mal-qaralarını apardı və Filiştlilərə güclü zərbə vurub Qeila əhalisini qurtardı.
David and his men went to Keilah, and fought with the Philistines, and brought away their livestock, and killed them with a great slaughter. So David saved the inhabitants of Keilah.
6 Aximelekin oğlu Evyatar Qeilaya – Davudun yanına qaçarkən əlində efod enmişdi.
It happened, when Abiathar the son of Ahimelech fled to David, that he went down with David to Keilah, having an ephod in his hand.
7 Davudun Qeilaya gəlməsi Şaula çatdırıldı. Şaul dedi: «Allah onu mənim ovcumun içinə qoyub, çünki cəftəli darvazaları olan bir şəhərə girməklə o özünü çıxılmaz vəziyyətə salıb».
Now it was told Saul that David had come to Keilah. So Saul said, "God has sold him into my hand, for he has shut himself in by entering into a town that has gates and bars."
8 Şaul Qeilaya enmək və Davudla adamlarını mühasirəyə almaq üçün bütün xalqı müharibəyə çağırdı.
Then Saul summoned all the people to war, to go down to Keilah, to besiege David and his men.
9 Şaulun ona pislik etmək istədiyini Davud bilirdi. O, kahin Evyatara dedi: «Efodu bura gətir».
David knew that Saul was devising mischief against him; and he said to Abiathar the priest, "Bring the ephod here."
10 Davud sözünə davam etdi: «Ey İsrailin Allahı Rəbb, mən ciddi məlumat almışam ki, bu quluna görə şəhəri məhv etmək üçün Şaul Qeilaya gəlmək istəyir.
Then David said, "LORD, God of Israel, your servant has surely heard that Saul seeks to come to Keilah, to destroy the city for my sake.
11 Qeila sakinləri məni ona təslim edəcəklərmi? Ey İsrailin Allahı Rəbb, yalvarıram, bunu quluna agah et. Şaul da Sənin qulun eşitdiyi kimi bura enəcəkmi?» Rəbb «o enəcək» dedi.
And now, will Saul come down, as your servant has heard? LORD, God of Israel, tell your servant." And the LORD said, "He will come down."
12 O zaman Davud dedi: «Qeilalılar məni və adamlarımı Şaula təslim edəcəkmi?» Rəbb «təslim edəcəklər» dedi.
Then David said, "Will the men of Keilah deliver me and my men into the hand of Saul?" The LORD said, "They will deliver you up."
13 Davud təxminən altı yüz nəfər adam ilə qalxıb Qeiladan çıxdı və bu yerdən başqa yerə getdi. Davudun Qeiladan qaçdığını eşidən Şaul oraya getmək fikrindən döndü.
Then David and his men, who were about six hundred, arose and departed out of Keilah, and went wherever they could go. And Saul was told that David had escaped Keilah; so he gave up the pursuit.
14 Davud çöllükdə qalalarda qalıb Zif səhrasındakı dağlıq bölgəsində yaşadı. Şaul hər gün Davudu axtarırdı, lakin Allah onu Şaula təslim etmədi.
David stayed in the wilderness in the strongholds, and remained in the hill country in the wilderness of Ziph. Saul sought him every day, but the LORD did not deliver him into his hand.
15 Zif səhrasındakı Xoreşdə olan Davud gördü ki, Şaul onun canını almaq üçün yola çıxıb.
Now David was afraid that Saul had come out to seek his life. And David was in the wilderness of Ziph at Horesh.
16 Şaulun oğlu Yonatan qalxıb Xoreşə, Davudun yanına gəldi və onu Allah naminə ruhlandırdı.
Jonathan, Saul's son, set out and came to David at Horesh and encouraged him in the LORD.
17 Ona dedi: «Qorxma, atam Şaulun əlinə düşməyəcəksən, İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam. Bunu hətta atam Şaul da bilir».
He said to him, "Do not be afraid; for the hand of Saul my father shall not find you; and you shall be king over Israel, and I shall be next to you; and that also Saul my father knows."
18 Sonra ikisi də Rəbbin önündə əhd bağladı və Davud Xoreşdə qaldı, Yonatan isə evinə qayıtdı.
They both made a covenant before the LORD: and David stayed at Horesh, and Jonathan went to his house.
19 Ziflilər Giveaya, Şaulun yanına qalxıb dedilər: «Davud bizim yanımızda, Yeşimonun cənubundakı Xakila təpəsində, Xoreşdəki qalalarda gizlənmişdi.
Then the Ziphites came up to Saul to Gibeah, saying, "Doesn't David hide himself with us in the strongholds at Horesh, on the hill of Hakilah, which is on the south of Jeshimon?
20 Ey padşah, indi oraya ensən, ürəyindəki arzuna çatarsan. Onu padşaha təslim etmək bizim payımıza düşər».
Now therefore, O king, come down, according to all the desire of your soul to come down. It will be our responsibility to deliver him up into the king's hand."
21 Şaul dedi: «Mənə xeyirxahlıq etdiyiniz üçün Rəbb sizə bərəkət versin.
Saul said, "You are blessed by the LORD; for you have had compassion on me.
22 Gedin daha yaxşı araşdırın və öyrənin ki, hara ayaq basıb, kimlər onu görüb. Deyirlər ki, o çox hiyləgərdir.
Please go investigate again, and look around and learn the place where his swift foot is, for I am told that he is very clever.
23 Gizləndiyi yerlərin hamısını tapıb öyrənin, doğru xəbərlə mütləq yanıma gəlin və mən də sizinlə oraya gedəcəyəm. Əgər o bölgədə olsa, onu bütün Yəhuda tayfaları arasında axtaracağam».
See therefore, and find out all the hiding places where he hides himself, and come back to me when you know for certain, and I will go with you. And it shall happen, if he is in the land, that I will search for him among all the thousands of Judah."
24 Ziflilər qalxıb Şauldan qabaq Zifə qayıtdılar. Davudla adamları Yeşimonun cənubunda – Aravadakı Maon səhrasında idi.
They arose, and went to Ziph before Saul: but David and his men were in the wilderness of Maon, in the Arabah on the south of Jeshimon.
25 Şaulla adamları onu axtarmaq üçün həmin yerə getdilər. Bu, Davuda xəbər verildi və o da qayalığa enib Maon səhrasında qaldı. Şaul bunu eşidərkən Maon səhrasında Davudu təqib etdi.
Saul and his men went to seek him. When David was told, he went down to the rock, and stayed in the wilderness of Maon. When Saul heard that, he pursued David in the wilderness of Maon.
26 Şaul dağın bir tərəfi, Davudla adamları isə dağın o biri tərəfi ilə getməkdə idi. Davud cəld tərpənib Şaulun qabağından qaçdı, çünki Şaulla adamları Davudla adamlarını tutmaq üçün oranı mühasirəyə alırdılar.
And Saul went on this side of the mountain, and David and his men on that side of the mountain. And David was hurrying to get away for fear of Saul; for Saul and his men surrounded David and his men to take them.
27 Bu vaxt Şaulun yanına bir qasid gəlib dedi: «Tez ol, geri qayıt, çünki Filiştlilər ölkəyə hücum ediblər».
But a messenger came to Saul, saying, "Hurry and come; for the Philistines have made a raid on the land."
28 Şaul Davudu təqib etməkdən əl çəkərək Filiştlilərə qarşı döyüşə getdi. Ona görə də o yerə Sela-Hammaxleqot adı verildi.
So Saul returned from pursuing after David, and went against the Philistines. Therefore they called that place Rock of Divisions.
29 Davud oradan çıxıb En-Gedi qalalarında qaldı.
David went up from there, and lived in the strongholds of En Gedi.

< Birinci Şamuel 23 >